Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:36

«İşdən sonra»: AXCP sədri Əli Kərimli ilə müsahibə


18:05

Mövzu: Partiyalar parlament seçkilərinə necə hazırlaşırlar?

AXCP sədri Əli Kərimli studiyanın qonağıdır.

Onun efirdə dediklərindən:

Əli Kərimli ilə
Hakimiyyətin qoşun yeridərək bütöv bir kəndin dinc sakinlərinə divan tutduğu bir vaxtda mənim siyasi iddiam yoxdur. Mənim iddiam vətəndaş iddiasıdır.

İndiyə qədər fəaliyyətimdə elə bir ciddi səhv görmürəm. Müəyyən korrektələr edərdim.

Mən heç kimə vəd etmirəm ki, biz yaxın vaxtlarda vəziyyəti dəyişə bilməyəcəyik. Amma mən umidliyəm ki, yaxın vaxtlarda bu dəyişəcək. Çünki Azərbaycan xalqı demokratiyaya hazır xalqdır, demokratiya uğrunda mübarizə aparmağa hazır olan kifayət qədər fədai var və nəhayət dünyada qlobal demikratikləşmə prosesi gedir.



Proqramın birinci saatında deyilənlər

Mövzu: Bənənyar kəndində nə baş verir?

Hüquq müdafiəçiləri, rəsmilər və kənd sakinlərinin mövqeləri

"Daxili işlər nazirliyinin mətbuat xidməti kiminsə həbs olunması və ya fiziki təqyiqlərə məruz qaldıqlarını təkzib edir"

Ehsan Zahidov AzadlıqRadiosu ilə söhbətində soruşub ki, niyə təqiblərə məruz qalan vətəndaşlar mətbuata müraicət edib, polisə yox.

Bənənyar kənd sakinləri isə bildirilər ki, onlara hücum edənlər elə polis əməkdaşları olublar.

İranın Səhər telekanalı bildirib ki, Bənənyarda özünü yandıran şəxs hazırda Təbrizdə müalicə olunur.

Telefonla Bakıdan efirə qoşulan Bənənyar sakini bildirdi ki, maskalı şəxslər onun qardaşını aparıblar. Bakıda olan Bənənyarlılar aclıq aksiyası keçirəcəklər. Dünəndən onlar Ombudsmanla, Daxili işlər nazirliyi və ATƏTin Bakı offisi ilə görüşüblər, lakin bir nəticə yoxdur.

Hüquq müdafiəçisi Vüqar Qocayev bildirdi ki, Bənənyardan ziddiyyətli xəbərlər gəlir, respublika mediası susur. Amma Bənənyar camaatı hələ sovet dövründə öz dindarlığı ilə seçilib və hətta sovet hakimiyyəti onların aşura məsariminə mane olmayıblar.

Novella Cəfərova bildirdi ki, Daxili işlər nazirliyinin köməkçisi onların müraciətinə cavab olaraq zəng edib dedi ki, bir neçə günü onları qəbul edəcəklər. O inanır ki, Ramil Usubov yaxın günlərdə onları qəbul edəcək və bu görüşdə onların təklifi bu olacaq ki, xüsusi komissiya yaradılsın və nə baş verdiyi araşdırılsın. Novella Cəfərova əlavə etdi ki, bu Bakıya gəlib şikayət edən şəxlərə hədə gəliblər və hazırda həmin şəxslər öz təhlükəsizliklərindən qorxurlar.

AXCP Naxçıvan şöbəsinin rəhbəri Asəf Quliyev: "Hələ də 25 nəfər həbsdədir - Böyük düzdə saxlanılırlar. Daxili qoşun əsgərləri kəndən çıxarılıb. Kəndin mühasiərsini polis əməkdaşları həyata keçirir. 3 müəllimi həbsdən buraxıblar. Qadınları azad ediblər. Onların dediklərinə görə, polis onlardan zorla Rza Nuriyeva qarşı saxta ifadə almaq istəyiblər. Bu qədər adam həbsdədir, amma Naxçıvanda bir nəfər də olsun vəkil tapa bilmirlər. Bakıdan vəkil dəvət etmək istəyirlər, amma heç kim Naxçıvana gəlməyə ürək etmir. Rəsmilər deyir ki, heç nə baş verməyib, elə isə niyə heç kimi kəndə buraxmırlar?"

Aparıcı: Biz Naxçıvandan olan ziyalılarla əlaqə saxlamaq istədik. Amma müxtəlif bəhanələrlə onlar hadisələrə reaksiya verməkdən imtina edirlər. Əkrəm Əylisli bildirdi ki, "mən aşura günü ilə bağlı məsələyə münasibət bildirmək istəmirəm"
XS
SM
MD
LG