Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:41

Bənənyar kəndinin 10 sakini həbsdən buraxılıb


Azad olunmuş bənəniyarlılar həbsdə hələ 15 nəfərin qaldığını deyiblər. Rza Nuriyev də onların arasındadır. Kənd sakinləri AzadlıqRadiosuna bildirib ki, camaat hələ də qorxu içindədir, bir-birinin evinə gedib-gəlməyə qorxurlar

Yanvarın 7-i gecə Bənənyar kəndinin 10 sakini həbsdən buraxılıb. AXCP Culfa rayon şöbəsinin sədri Rza Nuriyevin oğlanları Pərvin və Pərviz də buraxılanlar arasındadır.

Azad olunmuş bənəniyarlılar həbsdə hələ 15 nəfərin qaldığını deyiblər. Rza Nuriyev də onların arasındadır.

Kənddən Daxili Qoşun hissələrini çıxarsalar da, polis postu qalır. Kənd sakinləri AzadlıqRadiosuna bildirib ki, camaat hələ də qorxu içindədir, bir-birinin evinə gedib-gəlməyə qorxurlar.

Bakıda hüquq müdafiəçiləri yanvarın 8-də Baş prokuror Zakir Qaralovla görüşdə insan haqları məsələsini, o cümlədən Bənəniyarda baş verənləri qaldırıblar.

Novella Cəfəroğlu deyir ki, «bütün məsələlərə toxunduq, baş prokuror dedi ki, qanun çərçivəsində hamısını həll edəcəyik».

Culfanın Bənənyar kəndinin sakinləri bildiriblər ki, Aşura mərasimi zamanı polis kəndə basqın edərək çox sayda adamı döyüb və həbs edib. Buna etiraz edən kənd sakinlərindən biri özünü yandırıb. İranın «Səhər» televiziyası həmin adamın Təbrizdə müalicəsini davam etdirdiyini yazır. DİN bu məlumatları təkzib edir.
XS
SM
MD
LG