Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:15

Bənənyar hadisələri Strasburqda qaldırılacaq


Bənənyar kəndi
Bənənyar kəndi
Bənənyar hadisələri zamanı həbs edilənlərdən sonuncusu Rza Nuriyev yanvarın 22-də azadlığa buraxılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Culfa təşkilatının sədri olan R.Nuriyev AzadlıqRadiosuna qısa müsahibəsində indi hər şeyin qaydasında olduğunu deyib. Ancaq Bakıdan Naxçıvana aparılan Bənənyar kəndinin 4 sakininin 3-ü artıq buraxılsa da, bir nəfərin - İbrahim Ələkbərovun taleyindən xəbər yoxdur. Ailə üzvlərinin deməsinə görə, İ.Ələkbərov Bakıdakı evindən aparıldıqdan sonra ondan hər hansı bir xəbər ala bilməyiblər.

İBRAHİM ƏLƏKBƏROV HARDADIR?


Bənənyar hadisələrinin gərgin vaxtı həmin kəndin Bakıda yaşayan bir qrup sakini xüsusi fəallıqları ilə yadda qalmışdılar. Həmin 4 şəxs də onların arasında idi. Onlar Bənənyar hadisələri ilə bağlı Bakıda mətbuat konfransı keçirib, bir sıra beynəlxalq təşkilatların nümayəndəliklərinə öz narahatlıqlarını çatdırırdılar.

Hüquq müdafiəçiləri ehtimal edirlər ki, onlar məhz bu fəallıqlarına görə Naxçıvana aparılıblar. Naxçıvanın hüquq-mühafizə orqanları isə əvvəlki sükutu davam etdirərək, indi də İbrahim Ələkbərovun taleyi ilə bağlı hər hansı bir açıqlama vermirlər. Qəribədir ki, Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi də İbrahim Ələkbərovun itkin düşməsi ilə bağlı onun ailə üzvlərinin iddiasını əsassız sayır:

- Bu şayiələr nə qədər davam edəcək? Bu məsələ artıq bitibdir. Niyə özlərindən bu məsələləri çıxarırlar? İtkin düşüb, tapa bilmirlər?
Avropa Şurası, 12 mart 2008
Bu necə ola bilər adam iynədir, yoxsa nədir? Belə şey yoxdur.

BƏNƏNYAR HADİSƏLƏRİ STRASBURQDA QALDIRILACAQ


Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasına hazırlaşan Azərbaycanın hüquq müdafiəçiləri Bənənyar hadisələrini orada qaldırmaq niyyətindədirlər. Hüquq müdafiəçilərindən Səadət Bənənyarlı deyir ki, əgər bu müddət ərzində İbrahim Ələkbərov da evinə buraxılmasa, onun məsələsini də ayrıca diqqətə çatdıracaqlar:

- O buraxılmasa, onun haqqında bütün informasiyaları yayacağıq. Hətta saxlanması ilə də bağlı informasiyalar verəcəyik ki, Bakıda yalnız KİV-ə müsahibələr verdiyi üçün Naxçıvana aparılıb orda həbs edilib.

KONSTİTUSİYAYA HÖRMƏTSİZLİK?


«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə düşünür ki, insanların XXI-ci əsrdə KİV-ə verdikləri açıqlamaya görə, həbs edilmələri anormal haldır. O deyir ki,
Rauf Mirqədirov
əgər onların açıqlamasında şər, böhtan xarakterli nəsə də vardısa, Bakıdakı hüquq-mühafizə orqanları bununla bağlı bir ölçü götürə bilərdilər. Hərçənd şərhçi həmin açıqlamalarda qanunsuz hər hansı bir halın olduğuna şübhə edir.

R.Mirqədirov yada salır ki, bundan əvvəl bir neçə jurnalist də məhz Naxçıvandan reportajlar hazırladıqlarına görə tutulub ora aparılmışdılar:

- Bu, Azərbaycan Konstitusiyasının, ölkə qanunvericiliyinin ayaqlar altına atılmasıdır. Buna başqa ad vermək olmaz.

R.Mirqədirov deyir ki, Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbova «Şöhrət» ordeninin verilməsi də göstərir ki, bu siyasətin arxasında məhz Azərbaycan hakimiyyəti durub.
XS
SM
MD
LG