Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:33

Terri Devidson: «Ləngimə sistemlə bağlı idi»


«Prosedura qaydalara əsasən deyə bilərəm ki, ABŞ Senatında Metyu Brayzanın namizədliyi ilə bağlı dinləmələr yaxın iki həftə ərzində keçirilə bilər. Dəqiq vaxt hələ məlum deyil».

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson deyib.

Onun sözlərinə görə, M. Brayzanın səfir təyin olunması ABŞ-ın Azərbaycandakı diplomatik korpusu tərəfindən də yüksək qarşılanıb:

«Əlbəttə, biz də Metyu Brayzanın səfir olmasına çox şadıq. Bu təyinat prezident Barak Obama tərəfindən peşəkarcasına atılan addımdır. Çünki Metyu Brayza regionu yaxşı tanıyır. Biz onun səfir postuna təsdiq ediləcəyinə inanırıq».

T. Devidson ABŞ-ın Azərbaycanla sıx əməkdaşlıq etdiyini də deyib:

«Bəziləri deyirdi ki, ABŞ-ın Azərbaycana səfir təyin etməməsi mənfi ismarıcdı. Göründüyü kimi bəlli oldu ki, ləngimə sistemlə bağlı idi».
XS
SM
MD
LG