Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:23

«1 iqtidar bloku, 1 müxalifət»


«Qarabağ» seçki blokunun təsisçilərindən biri, ADP-nin sədri Sərdar Cəlaloğlu
«Qarabağ» seçki blokunun təsisçilərindən biri, ADP-nin sədri Sərdar Cəlaloğlu
«Əgər biz vaxtında düzgün qərar qəbul etsəydik, Azərbaycanda bir iqtidar bloku, bir müxalifət bloku olardı».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Qarabağ» seçki blokunun təsisçilərindən biri, ADP-nin sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, müxalifətdə pərakəndəlik olmasaydı, bu bloklar da yaranmazdı.

SEÇİCİLƏR BATAQLIĞA SALINIR

«Blokların çoxsaylı olması müxalifətin pərakəndəliyinin tam aradan qaldırılmamasının əlamətidir. Əgər biz vaxtında düzgün qərar qəbul etsəydik Azərbaycanda bir iqtidar bloku, bir müxalifət bloku olardı. Bu da demokratiya üçün çox önəmlidir. Demokratiyanın əsas problemlərindən biri seçiciləri seçki bataqlığı deyilən bir anlayış var. Seçicilərin həmin bataqlığa salınmasıdır».

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə deyib ki, bu prosesin bu cür çoxbloklu sistemə çevrilməsi həm də hakimiyyətin maraqları ilə bağlıdır.

Onun fikrincə, bu gün Azərbaycanda biri blok adı ilə, biri başqa adla hakimiyyətə yarınaraq ondan nəsə qoparmağa çalışırlar:
Nurəddin Məmmədli


BLOK ADIYLA HAKİMİYYƏTƏ YARINMA...


«Ən düzgün olan iki seçki blokunun olmasıdır. Bu gün cəmiyyətdə siyasi inteqrasiya prosesi demək olar ki, yekunlaşıb. Bu gün Azərbaycan cəmiyyətinin əksəriyyəti kimin hansı əqidəyə xidmət etdiyini daha yaxşı bilir. Və bu gün demək olar ki, ölkədə miyanə olan komanda qalmayıb. İnsanlar ya hakimiyyətin yanındadır, ya da xalqın. Bu mənada real baxanda bu gün iki blokun olması vacibdir. Sadəcə olaraq süni surətdə bu prosesin bu cür çoxbloklu sistemə çevrilməsi bir tərəfdən hakimiyyətin maraqları ilə bağlıdır, digər tərəfdən isə Azərbaycanın problemi neçə blokla seçkiyə qatılmaq deyil. Azərbaycanın problemi seçkilərin demokratik keçirilməməsi ilə bağlıdır. Əgər seçkilər demokratik keçirilərsə, neçə blok olursa-olsun xalqın iradəsi ilə normal parlament və digər strukturlar formalaşa bilər. Problem ondadır ki, bu gün Azərbaycanda biri blok adı ilə, biri başqa adlarla hakimiyyətə yarınmaq ondan nəsə qoparmağa çalışırlar».

Sərdar Cəlaloğlu bildirib ki, son vaxtlar müxalifət düşərgəsində piardan istifadə geniş yayılıb ki elə bu da bir tərəfdən iqtidarın maraqlarına xidmət edir.

MÜXALİFƏTİN ÖZÜNÜN ÖZÜNƏ ETDİYİ...

Rüstəm Seyidov
«Bu gün Azərbaycanda müxalifətdə olan elə bir partiya yoxdur ki, onun haqqında ən ağır ittihamlar - vətənə xəyanətdən, iqtidara satılmağa qədər ittihamlar irəli sürülməsin. Siyasətdə bu cür piar təbii bir şeydir. Yəni bütün dünyada belə qəbul olunub ki, siyasətdə piardan sui-istifadə edilsin. Amma ən dəhşətlisi və demokratiyaya dəyən ən böyük zərbə odur ki, müxalifət özü-öz içində piarla məşğul olur. Müxalifət özü-özünə iqtidarın demədiyi ittihamları irəli sürür».

BLOKLAŞMA İQTİDARIN XEYRİNƏDİR

Siyasi şərhçi Rüstəm Seyidov da son vaxtlar müxalifət düşərgəsində baş verənləri iqtidar üçün gözəl nəticə ola biləcəyini deyib. Siyasi şərhçi həm də onu bildirib ki, müxalifətin bu gün birləşmək ideyası alınmayacaq.

«İqtidar üçün bu çox gözəl müsbət nəticədir. Çünki heç bir real siyasi mübarizə olmayacaq. İqtidara qarşı real, inteqrasiya olunmuş bir müxalifət bloku çıxış etməyəcək. On il bundan qabaq müxalifət indikindən qat-qat güclü idi. Heç o vaxt onlar birləşə bilmədilər. İndiki zamanda isə müxalifət praktiki olaraq yoxdur. Birləşmək üçün müxalifətdə nə güc, nə iradə , nə də imkan görmürəm».

XS
SM
MD
LG