Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:41

«Blok iqtidara qarşı mübarizə aparacaq»


«Artıq 95 dairədə vahid namizədi razılaşdırmışıq». Bu sözləri yeni yaradılan «İslahatçı» seçki blokuna daxil olan Böyük Quruluş partiyasının sədr Fazil Mustafa AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, uzun müddətdir davam edən danışıqlardan sonra seçkiyə vahid namizəd siyahısıyla getməyə qərar veriblər:

«Bu seçki bloku da müxalifət bloku olaraq iqtidara qarşı mübarizə aparacaq».

Fazil Mustafa deyir ki, blok digər partiyalara da açıqdır, hətta yeni qoşulmalar olarsa, artıq razılaşdırılmış siyahıya yenidən baxılması da istisna edilmir. Onun sözlərinə görə, bloka qoşulmaq üçün müraciət etmiş «Təkamül» partiyasına müsbət cavab veriblər.

«İslahatçı» seçki blokunu Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyaları təsis edib.
Bir müddət əvvəl başqa müxalif partiyalar da öz seçki bloklarını yaratdıqlarını bəyan ediblər.
XS
SM
MD
LG