Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:30

«Əsrin müqaviləsi»nin 17-ci ildönümü tamam olur


«Neft daşları»
«Neft daşları»
17 il əvvəl, 1994-cü il sentyabrın 20-də «Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında» Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə dünyanın tanınmış neft şirkətləri arasında saziş imzalanıb.

Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə «Əsrin müqaviləsi» adını alıb.

«Əsrin müqaviləsi»ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti («Amoco», bp, «McDermott», «Unocal», ARDNŞ, «LUKoil», «Statoil», «Ecson», «Türkiye Petrollari», «Pennzoil», «Itochu», «Remco», «Delta») iştirak edib.

«ƏSRİN MÜQAVİLƏSİ» – KONSORSİUMDA KİM VARDI, KİM QALDI?
XS
SM
MD
LG