Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Erməni lobbisi niyə Brayzaya qarşıdır?


Metyu Brayza
Metyu Brayza
Sentyabrın 21-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin növbəti iclasında ABŞ-ın Azərbaycana səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyi yenidən müzakirə ediləcək. Avqustun əvvəlində keçirilən ilk müzakirədə senator Barbara Bokser başda olmaqla bəzi senatorlar onu Azərbaycanın və Türkiyənin maraqlarına xidmət etməkdə təqsirləndirib, müzakirəni təxirə salmışdılar.

Növbəti müzakirə ərəfəsində - sentyabrın 20-də ABŞ-ın nüfuzlu qəzetlərindən olan «The Wall Street Journal» erməni lobbisinin Brayza ilə mübarizədən həm də pul qazanmaq üçün istifadə etdiyini yazıb. Qəzetin yazdıqlarını qısaca təqdim edirik:

«Kaliforniyadan olan senator Barbara Boks yenidən seçilməyəcəyindən narahatdır deyə, 20 il diplomatik təcrübəyə malik peşəkar diplomatın səfir kimi təsdiq edilməsi hələ də risk altındadır. Brayza əleyhinə əsas müxalif fikri Amerika Erməni Milli Konqresi səsləndirir. Bu nüfuzlu lobbi qrupu onu ermənilərin regionda özlərinə düşmən saydıqları Azərbaycan və Türkiyənin xeyrinə çalışmaqda ittiham edirlər. Buna sübut kimi də Brayzanın Hudson İnstitutunun əməkdaşı, Türkiyədə doğulmuş Zeyno Baranla evlənməsini göstərirlər. Həmçinin, Brayzanın Qarabağ münaqişəsinə dair bəzi çıxışlarını araşdırırlar...

senator Barbara Bokser
ERMƏNİ LOBBİSİNİN BƏXTİ HARADA ÜZÜNƏ GÜLÜB?

Bu ittihamlar keçən ay Brayzanın namizədliyinin müzakirəsi zamanı sanki, bir çox senator üçün fürsət oldu. Halbuki, cənab Brayzanın həm Azərbaycanda, həm də Ermənistanda siyasi dairələrdə yaxşı əlaqələri var, onların heç biri onun səfir təyin edilməsinin əleyhinə deyil.

Bu mürəkkəb regionda bütün tərəflər cənab Brayzaya hörmət edir, buradakı vəziyyət həm də onun diplomatik bacarıqları üçün bir sınaq olardı.

Amma Erməni Milli Konqresi onunla mübarizədən özünə pul toplamaq vasitəsi kimi istifadə edir...

Bu arada Kaliforniyadan üç dəfə seçilmiş xanım senator Bokser yenidən seçilməmək təhlükəsi ilə üzləşib. Respublikaçılar Partiyasından olan rəqibi Karli Fiorina onu məğlub edə bilər.

Noyabrda keçiriləcək seçkidə Bokser ermənilərin daha çox yaşadıqları «Qızıl ştat» ləqəbli Kaliforniyadan səs almağa çalışır. Ona görə də keçən ay Xarici Əlaqələr Komitəsində Brayzanın namizədliyi müzakirə edilərkən Nyu-Cersinin senatoru Robert Menendezlə birlikdə xanım Bokser diplomatı sual atəşinə tutdu.

Hillari Klinton və İlham Əliyev, 4 iyul 2010
Brayzanın namizədliyinin təsdiqinin yubanması onun səfir təyinatına risklər yaradır. Hətta, cənab Brayza Komitədə maneəni dəf etsə belə, onun Senatda yekdilliklə təsdiqlənməsinə xanım Bokser maneə yarada bilər. Ağ Evin isə hansısa səfirin təyinatı üçün Senata təsir etməsi o qədər də real deyil. Administrasiyanın Senatla həll ediləsi daha böyük problemləri var.

VAŞİNQTONU DOST HESAB EDƏN BAKI BİGANƏLİKDƏN NARAHATDIR


Eyni zamanda da artıq 14 aydır ki, ABŞ-ın Bakıdakı səfiri vəzifəsi boşdur. Bu isə düz Erməni Milli Konqresinin arzuladığı vəziyyətdir. Erməni lobbisi ABŞ-ın türk dünyası ilə əlaqələrinin zəifləməsinə çalışır. Çünki hər il o, Osmanlı Türkiyəsində ermənilərin «soyqırımı»na məruz qalmalarına dair Konqresdə qərar qəbul etdirməyə çalışır.

İndi yaranan vəziyyət isə ABŞ-ın Qafqazda maraqlarına təsir edir. Rusiya ilə İran arasında yerləşən neft zəngini Azərbaycan Vaşinqtonla xoş münasibətlərdədir. Azərbaycan rəhbərliyi Bakıda səfirin olmamasına son vaxtlar ABŞ-ın ona biganəliyinin əlaməti kimi baxır. Bu cür fikri də Senator Boksun sırf siyasi, yalnız öz mənafeyinə xidmət edən oyunları formalaşdırır»...
XS
SM
MD
LG