Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:30

Eldar Qasımov:«Bu tək bizim yox, hamımızın qalibiyyətidir»


"Bu, hamımızın qələbəsidir"
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00
Direct-ə keçid

"Eurovision-2011"in qalibləri - Eldar və Nigarın Bakıdakı mətbuat konfransı.

Eldar Qasımov: «Bu tək bizim yox, hamımızın qalibiyyətidir. Əgər nə isə çatışmasaydı, o zaman istəyimizə nail ola bilməzdik. Çox sağ olun ki, bizə inandınız».

Nigar Camal: «Məndə bu müddət ərzində bizimlə olan hər kəsə təşəkkür edirəm».

«Eurovision 2011» mahnı müsabiqəsində Azərbaycanın adını qaliblər sırasına yazan Eldar və Nigar mayın 17-də Bakıda keçirilən mətbuat konfransında belə deyiblər.

EV SAHİBLİYİ ÜÇÜN RƏSMİ SƏNƏD AZƏRBAYCANDADIR

Avropa Yayım Birliyi 2012-ci ildə Azərbaycanın «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyi edəcəyinə dair rəsmi sənədi artıq Azərbaycana təqdim edib. İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru İsmayıl Ömərovun dediyinə görə, iyunun 20-də Cenevrədə ilkin müzakirələr keçiriləcək.

«ƏMİNƏM Kİ, YARIŞMANIN ƏN GÖZƏL VƏ TƏMTƏRAQLISI MƏHZ…»

«Gələn ayın 20-də Cenevrədə, Avropa Yayım Birliyinin mərkəzi ofisində yarışmanı harada və necə keçirməklə bağlı məsələlər müzakirə olunacaq. Əminəm ki, yarışmanın ən gözəl və təmtəraqlısı məhz Azərbaycanda keçiriləcək».

Qaliblər bu günlərdə ən çox müzakirələrə səbəb olan bayraq məsələsinə də aydınlıq gətiriblər. Əvəlcədən düşündüklərinə görə, qalib élan olunandan sonra Eldar Qasımov əlində Azərbaycan bayrağı, Nigar Camal isə Türkiyənin bayrağı ilə səhnəyə çıxmalıymış. Amma həyəcan və sevincdən Eldar Qasımov Azərbaycan bayrağını götürməyi unudub. Səhnədə Azərbaycan bayrağı yalnız onların arxasıyla gələn nümayəndə heyətinin əlində dalğalanıb.

NƏ BOZQURD, NƏ DƏ ROK...

Eldar Qasımov səhnədə göstərdiyi işarənin müxtəlif cür yozulmasına da lüzum olmadığını deyib. Bildirib ki, o göstərdiyi işarə ilə nə bozqurd, nə də rok anlamını çatdırmaq istəyib. Sadəcə bununla demək istəyib ki, «mən sizi sevirəm».

Qaliblər Bakıya qayıtdıqdan sonra ölkə prezidenti və onun xanımı ilə görüşüblər və bu görüşdən məmnun qaldıqlarını bildiriblər. Bəs müxalifət rəhbərlərindən də görüşlə bağlı təklif alarlarsa cavabları nə olacaq sualına onlar əlbəttə «görüşərik» cavabını veriblər.

O ki qaldı bu qələbənin Azərbaycana neçəyə başa gəlməsi?

Bu hələ ki sirr olaraq qalır. Müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli məbləğin yaxın günlərdə açıqlanacağını bildirib. Ötən il Azərbaycanın bu müsabiqəyə 1 milyon 560 min manat xərclədiyi bildirilirdi:

«MALİYYƏNİN QƏLƏBƏMİZDƏ ROLU TƏBBİ Kİ VAR, AMMA BU…»

«Maliyyə xərcləri keçən ilkindən daha az idi. Maliyyənin qələbəmizdə rolu təbbi ki var, amma bu, bizim qələbəmizin əsas şərti deyil».

Ermənistanın Bakıda keçiriləcək «Eurovision-2012» müsabiqəsində iştirakına gəldikdə İsmayıl Ömərov hələlik bu barədə heç nə deyə bilməyəcəyini bildirib. O, deyib ki, əgər qarşı tərəf Bakıya gəlməkdən imtina edərsə, o, buna sadəcə təəssüflənər. Çünki bu yarışma insanları humanizmə çağıran bir müsabiqədir.

Mətbuat konfransının sonunda Eldar və Nigar Azərbayca qalibiyyət gətirən «Running Scared» mahnısını ifa ediblər.
XS
SM
MD
LG