Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

Kazan sammiti: Sülh prosesində dönüş nöqtəsi?


Tomas de Val (Thomas de Waal)
Tomas de Val (Thomas de Waal)
Richard Solash

Ermənistan, Azərbaycan və Rusiya prezidentləri cümə günü ABŞ və Fransa diplomatlarının da iştirakı ilə keçiriləcək görüşdə geosiyasi rıçaqı tərpətməyə cəhd edəcəklər, amma gərək onu geri qayıtmağa qoymasınlar.

Bu metaforanı Tomas de Val (Thomas de Waal) işlədir. O, Vaşinqtonda Beynəlxalq Sülh üzrə Karnegi Fondunda Cənubi Qafqaz üzrə təhlilçidir. Uzun illər Dağlıq Qarabağ münaqişəsini araşdırıb.

«Mən Dağlıq Qarabağ sülh prosesini Sizif (Sisyphus) barədə yunan əsatiri ilə müqayisə edirəm. O, böyük bir daşı dağın başına dırmaşdırmalıdır, ancaq dağın başına heç vaxt çatmır, çünki daş geri- aşağı yuvarlanır»- De Val deyir. «Məncə biz açıq-aydın həmin anlardan birinə çatmışıq».


1988-1994-cü illərin qanlı Dağlıq Qarabağ münaqişəsi atəşkəslə başa çatandan sonra beynəlxalq ictimaiyyətin münaqişəni həll etmək cəhdləri davamlı maneəyə tuş gəlib. Regionda gərginlik qalır, ərazidəki etnik ermənilər isə heç də asan olmayan şəraitdə de fakto müstəqilliyi saxlayır, sülh prosesindəki hər hansı geriləmə isə döyüşün bərpa olunma təhlükəsini yaradır.

Ancaq indi müşahidəçilər inanırlar ki, nəhayət ki, nikbinlik üçün səbəb var.

BAZA PRİNSİPLƏRİ

İyunun 24-25-də Kazanda keçirilən sammitdən əvvəl bəziləri dönüşün mümkün olduğunu deyirlər.

İlham Əliyev Kazan aeroportunda

Qarabağ sülh prosesində bu, əslində münaqişənin həlli demək deyil, gələcək addımları müəyyənləşdirəcək baza prinsiplərini razılaşdırmaq deməkdir.

Bu prinsiplərə ermənilərin işğal etdiyi Dağlıq Qarabağ torpaqlarının Bakının nəzarətinə verilməsi; məcburi köçkünlərin geri qayıtma haqqının tanınması; Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə təminatı ilə aralıq statusun verilməsi; və gələcəkdə bu ərazinin yekun qanuni statusunun müəyyənləşdirilməsi üzrə razılıq daxildir.

Rusiya, Birləşmiş Ştatlar və Fransa beş ildən çoxdur ki, hər iki tərəflə bu prinsipləri razılaşdırırlar. Son vaxtlar isə işi gücləndiriblər. Mayın 26-də Böyük Səkkizliyin sammiti çərçivəsində Fransanın Dovil (Deauville) şəhərində verdikləri bəyanatda hər üç ölkə bəyan edib ki, «qətiyyətli addımların vaxtı çatıb».

«İşin yubanması Ermənistanla Azərbaycanın razılıq əldə etmək öhdəliyini sual altına qoyacaq»- bəyanatda deyilirdi.

De Val deyir ki, Kazan sammiti ərəfəsi Rusiya, Birləşmiş Ştatlar və Fransanın daha yaxşı koordinasiya qurması işə yarayıb.

Bakıda və daha çox siyasi plüralizmin olduğu Yerevanda növbəti prezident seçkilərinəcən nəfəs almağa vaxt var. Bu faktor Azərbaycan və Ermənistan prezidentlərini kompromisə daha açıq edə bilər.

MEDVEDEVİN SƏRMAYƏSİ

Rusiya prezidenti Medvedev

De Val əlavə edir ki, «yeni olan əsas element Rusiya prezidenti Dmitri Medvedevin sülh prosesinə diqqətini artmasıdır». Kazan görüşü Rusiya liderinin SarkisyanƏliyev arasında təşkil elədiyi beşinci görüşdür. Medvedev həmçinin prinsiplərin ifadə edilməsinə kömək göstərib.

Vaşinqton Rusiyanın cəhdlərini alqışlayıb. Baxmayaraq ki, həm Qərbdə, həm də Qafqazın özündə Moskvanın regiondakı motivlərindən narahatlıq var. 2008-ci ilin avqustunda baş vermiş Gürcüstan müharibəsinin xatirələri hələ təzədir.

De Val Medvedevin prosesdə şəxsən iştirakını belə dəyərləndirir:

«Məncə, 2008-ci il Gürcüstan müharibəsindən sonra o və Rusiyanı idarə edən başqa şəxslər Gürcüstanı itirəndən sonra Ermənistan və Azərbaycanla daha çox işləməlidir. Medvedev Azərbaycanla daha sıx münasibət qurur. Bu işi daha səmərəli etmək üçün Qarabağ probleminə ciddi yanaşmaq lazımdır».

«Məncə, həmin vaxtdan bəri o, ciddi işləməyə başlayıb. O, bu məsələyə özünün imici kimi baxır. O, sülhsevər olmaq istəyir- bu həm də onun 2012-ci ildə yenidən seçilməsinə hesablanıb. Yəni o, Qərb tərəfdaşları ilə yaxşı işləyir. Kazanda uğursuzluq Medvedev üçün uğursuzluq deməkdir».

FİKİR AYRILIQLARININ AZALMAĞI

Həm Ermənistan, həm də Azərbaycan tərəfdən ictimai bəyanatlar olub ki, bu dəfə proqres mümkündür.

İyunun 11-də Rusiyada iki ölkənin xarici işlər nazirlərinin görüşündə Eduard NalbandyanElmar Məmmədyarov deyib ki, onlar «Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas prinsiplərlə bağlı bir sıra məsələlər» üzrə fikir ayrılıqlarını azaldıblar.

İyunun 22-də Strasburqda jurnalistlərə danışan Sarksyan isə deyib ki, o Kazana «ortaq məxrəc» tapmaq ümidilə gedir:

«Kazanda müzakirə olunacaq sənəd Ermənistanın arzuladığı deyil, ancaq daha böyük sazişə doğru getməyə bizə imkan verir. Azərbaycan yeni təklif irəli sürməsə, məncə, biz müsbət nəticə gözləyə bilərik».

İlham Əliyev isə həmin gün Brüsseldə Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso ilə görüşündə deyib ki, Kazan görüşü onu «ürəkləndirən məqamdır», çünki bu məqam Ermənistan işğalının sonu deməkdir:

«Biz ərazilərimizin işğalına son qoymaq istəyirik. Cənab Barrozunun bu gün səsləndirdiyi bəyanatlar bizi daha da ürəkləndirir və bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin - ABŞ, Rusiya və Fransa rəhbərlərinin bəyanatları status-kvonun qəbuledilməz olduğunu göstərir. Status-kvo dəyişilməlidir. Bu bəyanatlar bizi daha da ürəkləndirir, çünki status-kvonun dəyişilməsi işğalın sonu deməkdir».

Prezidentlərin Soçi görüşü
ÇƏTİN MƏSƏLƏ

Təhlilçilər deyirlər ki, Əliyevin Kazanda baza prinsiplərini imzalamasına nail olmaq Sarksyanın razılığını almaqdan daha çətin olacaq.

Əgər Yerevan və Bakı razılaşma imzalasa belə, rahatlıq hissi uzun çəkməyəcək.

Bu prinsiplər hər iki prezident üçün çətinliklər yaradacaq, çünki onlar öz xalqlarını və siyasi elitanı inandırmalı olacaqlar ki, razılaşma onlar üçün sərfəlidir.

Vaşinqtondakı «American Foreign Policy Council»da işləyən E. Wayne Merry deyir ki, Sarksyanın bu yaxınlarda müxalifətə etdiyi güzəştlər- nümayişlərə icazə verilməsi, siyasi məhbusların buraxılması, müxalifətlə dialoqa başlanması Kazandan sonra baş verəcəkləri nəzərə alaraq atılıb:

«Bəziləri sual edir ki, Ermənistan hökuməti xüsusilə də keçmiş prezident Levon Ter-Petrosyanla niyə münasibət yaradır? Səbəblərlə bağlı spekulyasiya etmək olar, ancaq aydın olan odur ki, Sarkisyan Petrosyanı da cəlb etmək istəyir. Kazan sammitindən ciddi nəticə çıxa bilər və Ermənistan hökumətinə ölkə daxilində siyasi dəstək lazım ola bilər ki, həmin nəticədən istifadə edə bilsin».

Ter-Petrosyan 1998-ci ildə Ermənistanda hakimiyyəti itirib. Buna bir səbəb həmin vaxt da indikinə oxşar prinsiplərin müzakirə edilməsi olub.

Ermənistanda hərbi parad
HƏRBİ ŞOULAR

Ermənistan və Azərbaycanda hərbi güc nümayişi də prosesə zərbə vura bilər.

Ermənistan ordusu bu yaxınlarda pilotsuz təyyarə aldığını açıqlayıb. Yerevan Rusiyadan raket artilleriyası almaqda maraqlı olduğunu bildirib. Bakıda isə Kazan görüşündən sonra hərbi parad keçiriləcək.

Bundan başqa prinsiplərin sonrakı danışıqlar üçün açıq qoyduğu suallar da var. Ən mühümü Dağlıq Qarabağın yekun statusunun müəyyənləşəcəyi referendumla bağlıdır.

De Val deyir ki, Bakı referendumun bütün Azərbaycan vətəndaşları üçün deyil, Dağlıq Qarabağ sakinləri üçün keçirilməsinə razılaşır. Ancaq həmin ərazidən didərgin düşmüş şəxslərin bunda iştirak edib-etməməsi, referendumun münaqişənin həllindən əvvəl ya sonra baş verməsinə dair hələ qərar yoxdur.

Vasitəçilər ümid edirlər ki, bu sualların təxirə salınması gərginliyin bir az da azalması üçün nəfəslik açacaq. Həmin müddətdə Dağlıq Qarabağın bərpasında da irəliləyiş ola bilər.

Onlar həmçinin ümid edirlər ki, gələcəkdə baş verəcək fikir ayrılıqları tərəfləri indi- fürsət yaranan bir vaxtda addım atmaqdan çəkindirməyəcək.

HƏMÇİNİN OXUYUN:

ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır
lham Əliyev Baza Prinsiplərinin qəbul edilə biləcəyini deyir
A.Əzimov Kazan görüşündən ciddi nəticələr gözləmir
ABŞ Qarabağa dair Baza Prinsiplərini dəstəkləyir
ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir
XS
SM
MD
LG