Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:53

Sülh üçün şans?


Prezidentlərin Kazan görüşü
Prezidentlərin Kazan görüşü
Əvəz Həsənov:

«Kazan görüşünə qədər prezidentlərin qərar verməsi üçün çoxlu əhəmiyyətli görüşlər oldu. Ən əhəmiyyətli görüş isə bu Dovil görüşü idi. Burda 8-lik ölkələrinin artıq bəyənatları səslənəndən sonra belə bir təəssürat yarandı ki, maraqlı dövlətlər bu regionda sülh istəyirlər. Mən hesab edirəm ki, bu görüş ciddi dönüş nöqtəsi ola bilər. Hesab etmirəm ki, nəsə vacib bir sənəd imzalansın, gələcək sülhün şərtləri olsun. Ancaq ciddi bir dönüş nöqtəsi ola bilər. O da ola bilər ki, ölkə başçılarının fikirləşməsi üçün limit darala bilər. Biz bunu uzun müddət uzada bilməyəcəyik. Ermənistanda da, Azərbaycanda da bunu başa düşürlər. Beynəlxalq ictimaiyyət tərəfindən edilə biləcək nə var idisə prezidentlərə edildi ki, qətiyyətli olsunlar».

Təbib Hüseynov:

Təbib Hüseynov
«Dünya ictimaiyyəti və ələlxüsus da Minsk qrupunun həmsədr ölkələri hiss edirlər ki, artıq qərar vermək vaxtıdır. Çünki masada konkret sənəd müzakirə olunur. Bu sənədi illərdir müzakirə edirlər. Bu sənədə fundamental dəyişikliklər olmasa da bəzi formal dəyişikliklər edilib. Amerikalı həmsədr Robert Bradke də bu yaxınlarda bildirdi ki, artıq 14 prinsipdən ibarət və 5,5 səhifə uzunluğunda olan bu çərçivə sənədini imzalamaq və ya buna rəsmi razılıq vermək vaxtı gəlib çatıb. Amma mən də hesab edirəm ki, bu sülh üçün son şans deyil. Bu yəqin ki, bir dönüş nöqtəsidir. Elə bir dönüş nöqtəsidir ki, bundan sonra artıq hər iki prezidentdən konkret nəticələr, qərarlar gözlənilir. Bu qərar çox güman ki, Kazan görüşündə olmayacaq. Çox güman ki, Kazan görüşündə biz bu 14 bənddən ibarət sənədin rəsmi olaraq imzalanması mərasiminə şahidlik etməyəcəyik. Çünki Ermənistan cəmiyyəti və Ermənistan siyasi dairələri hələ ki, bu kompromisi qəbul etməyə hazır deyil. Onları buna yavaş-yavaş gətirmək lazımdır. Həmişə ehtimal var ki, nə isə doğru getməyəcək və mənfi sonluqla yekunlaşacaq bu görüş. Amma mən optimist olaraq ümidvaram ki, bu görüşün yekununda prezidentlər hər hansı bir ümumi bəyənatla çıxış edəcəklər».

Arif Yunus:

Arif Yunus
«Əgər Kazan görüşündə prezidentlər heç nəyə qol çəkməsələr bu faciə deyil. Bu yalnız onu göstərir ki, Madrid prinsipləri ilə bağlı aparılan danışıqlar mərhələsinin sonudur. Bundan sonra əlbəttə ki, davam ediləcək və yeni təkliflər irəli sürüləcək. Burda heç bir ajiotaj lazım deyil. Ermənistanda müsbət yanaşırlar bu Madrid prinsiplərinə. Çünki başa düşürlər ki, Madrid prinsipləri Ermənistanın xeyrinədir. Orada referendum məsələsi var. 10-15 ildən sonra referendum vasitəsi ilə Qarabağ müstəqil olmalıdır. Onlar deyirlər ki, Azərbaycan tərəfi zəmanət verməlidir ki, referendumun nəticələrini Azərbaycan qəbul edəcək. Hələ ki,Azərbaycan buna razılıq vermir. Əsas məsələ bununla bağlıdır. Ermənistan bu məsələyə ehtiyyyatla yanaşır».

Verilişi tam olaraq buradan dinləyin:




HƏMÇİNİN OXUYUN:

ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır
İlham Əliyev Baza Prinsiplərinin qəbul edilə biləcəyini deyir
A.Əzimov Kazan görüşündən ciddi nəticələr gözləmir
ABŞ Qarabağa dair Baza Prinsiplərini dəstəkləyir
ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir
XS
SM
MD
LG