Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:25

"Ən yeni ədəbiyyat" seriyasından daha bir roman: Şərif Ağayarın "Haramı"sı


Yazar Şərif Ağayarın “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından “Haramı” kitabı işıq üzü görüb.

Kitabda “Haramı” romanı və “Xürrəm” povesti yer alıb.

Romanın qəhrəmanı Səməndər igid, qoçaq adamdır, ancaq cəmiyyətdə öz yerini tapa bilmir.

Ona görə ermənilərlə təmas xəttində yaxın neytral bir zonada məskən salır. Zamanla uyuşmayan Səməndər cəmiyyətdən nə qədər uzaq qaçmağa çalışsa da mümkün olmur.

Dərin ziddiyyətlər, bildiyiniz kimi qurbansız ötüşmür. Həmişə olduğu kimi yenə də zaman qalib gəlir!

“Haramı” romanında qeyri-adi situasiyalara düşən Səməndərin müxtəlif xarakter cizgiləri açılır və oxucunun yaddaşında dərin izlər buraxır.

“Haramı” müasir roman xüsusiyyətlərini uyğun olaraq qələmə alınıb.

Romanda yunan mifologiyası, Azərbaycanda ilk yazılı mənbə sayılan “Əhməd harami dastanı” və digər mətnlərlə əlaqələr qurulub.

“Haramı” romanında 3 mətn vardır: əsas hadisələri əks etdirən mətn, 7 günlük gündəlik və 12 əhvalat.

Rəqəmlərin xüsusi məna daşıdığı əsərdə əsas hadisələr bədii, gündəlik isə publisistik üslubda qələmə alınıb. Əhvalatlar ağız ədəbiyyatı janrında indiki zamanda nəql olunur.

Romanda detektiv xətt, pornoqrafiq elementlər də vardır.

“Xürrəm” povestində isə heç bir fikrində sabit olmayan gənc yazarın düşdüyü tragikomik saituasiyalar təsvir olunur.

“Haramı” kitabını şəhərimizin kitab mağazalarından əldə etmək olar.

Həmçinin oxu
Şahbaz Xuduoğlu: O yazarlar Rasim Qaracadan zəif deyil
XS
SM
MD
LG