Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Norveçin Xarici İşlər naziri Leyla Yunusla görüşüb


Sülh və Demokratiya İnstitutunun Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisi sökülərkən
Sülh və Demokratiya İnstitutunun Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisi sökülərkən
Avqustun 15-də Norveçin Dövlət katibi Espen Barth Eide azərbaycanlı hüquq müdafiəçi və Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusla görüşüb. Dövlət katibinə avqustun 11-də SDİ və digər iki QHT-nin yerləşdiyi binanın sökülməsinə dair məlumat verilib.

Bu barədə xəbər Norveçin Azərbaycandakı səfirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Espen Barth Eide SDİ-nin və Leyla Yunusun demorkatiya və insan haqları sahəsində fəaliyyətinə dəstəyini ifadə edib.

«Norveçin məqsədi əsas dəyər və normaların təbliği sahəsində Azərbaycanla əməkdaşlıq etməkdir. Buna görə də biz, Azərbaycandan ölkələrimizin götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsini gözləyirik. Qanunun aliliyinin idarə etdiyi dövlətdə əsas hüquq və qaydalara, o cümlədən mülkiyyət hüquqlarına hörmət olunmalıdır. Şəhər inkişafı bir çox ölkələrdə şəxsi mülkiyyətə toxuna bilər, lakin bunun üçün lazımi hüquqi prosedurların qorunması çox mühümdür».

Avqustun 11-də axşam saatlarında Sülh və Demokratiya İnstitutunun Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisi sökülüb. Söküntü işləri 1 saylı inzibati iqtisad məhkəməsinin 24 may tarixli qətnaməsinə baxmayaraq həyata keçirilib. Söküntü işləri gedən zaman institutun rəhbəri Leyla Yunus ölkədə olmayıb. Ona görə şəxsi əşyalarını və sənədlərini ofisdən götürə bilməyib.
XS
SM
MD
LG