Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:32

Ziyalılar Forumu Siyavuş Novruzova cavab verdi


Cəmil Həsənli
Cəmil Həsənli
«Ziyalılar Forumunun qarşısında belə bir plan yoxdur ki, hakimiyyət uğrunda mübarizədə iştirak etsin».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında tarixçi-alim Cəmil Həsənli son vaxtlar Ziyalılar Forumu haqda səslənən tənqidi fikirlərə münasibət bildirirkən deyib.

C.Həsənli bildirib ki, Ziyalılar Forumuna qarşı son vaxtlar total mübarizə başlanıb. O, deyib ki, son vaxtlar hakimiyyətin nəzarətində olan mətbuat orqanlarında yazılanlar Forumun fəaliyyətini düzgün qiymətləndirə bilməməkdən irəli gəlir.

C.Həsənli Ziyalılar Forumunun hakimiyyətinin bir qanadının diktəsi ilə hərəkət etməsi barədə söz-söhbətlərə də aydınlıq gətirib. O deyib ki, belə söhbətlər məntiqə uyğun deyil:

«Ziyalılar Forumunun fəaliyyəti çox yerə yozula bilər. Bu prosesə qoşulan adamlar öz vicdanlarının səsi ilə qoşulublar... Ola bilsin ki, bizim çıxışlarımız, tədbirlərimiz hakimiyyətdə hansısa tərəflərin maraqlarına uyğun olur... Amma bizim məqsədli şəkildə hansısa bir tərəflə əməkdaşlıq etmək, hansısa bir tərəfin maraqlarını ifadə etmək fikrimiz yoxdur…».

C.Həsənli bildirib ki, Ziyalılar Forumu islahatların aparılmasının tərəfdarıdır. Forumun başqa bir məqsədi yoxdur:

«Reformaları kim aparsa, biz onun tərəfindəyik. Hətta bu hakimiyyət aparsa, biz onun tərəfindəyik».

«FORUMDAN ÖZ GƏLƏCƏYİ ÜÇÜN İSTİFADƏ ETMƏK İSTƏYƏN ADAMLAR VAR»

Ötən ilin dekabrından Ziyalılar Forumuna qatılmayan vəkil Aslan İsmayılov isə deyir ki, Ziyalılar Forumundan ayrılsa da, Foruma daim uğurlar arzulayıb:

«Mən bu Foruma qatıldığım ilk vaxtlarda demişdim ki, Ziyalılar Forumunda hər bir kəsə cavabdehəm. Sonradan səhv etdiyimi başa düşdüm. Çünki bu Forumdan öz gələcəyi üçün istifadə etmək istəyən adamları gördüm.
Aslan İsmayılov
Aslan İsmayılov
Bu səbəbdən ayrıldım. Ancaq Forumun bundan sonrakı fəaliyyətinə uğurlar arzulayıram…».

A.İsmayılov Ziyalılar Forumu və özü haqda hakim partiya nümayəndələrinin səsləndirdiyi fikirlərə də münasibət bildirib. O deyib ki, Harvard Universitetini bitirmiş Bəxtiyar Hacıyevi həbsxanada saxlayırlarsa, onların hər hansı bir universitet haqqında anlayışı ola bilməz. A.İsmayılov YAP-ın belə fikirlər söyləyən şəxslərini mərkəzi Afrika ölkələrindən birinin keçmiş lideri ilə müqayisə edib:

«Qvineya lideri Bokassa'nın müxalifətə nifrəti o dərəcədə idi ki, o, müxalifət nümayəndələrini yeyirdi. Sadəcə, bunlar müxalif fikirli insanları yemirlər. Amma «Fəvvarələr meydanı»nda gəncləri döyəcləyəndə, Mübariz Qurbanlı ilə Səyavuş Novruzov kafedə oturub həzz ilə pivə içirdilər. Yəni, ondan ləzzət alırdılar…».

A.İsmayılov deyir ki, onun haqqında mənfi rəy yaratmaq istəyən insanlarla istənilən vaxt, istənilən kanalda debata hazırdır:

«Qoy xalq görsün ki, kim kimdir».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG