Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:45

Pelevinin daha bir romanı film olur


Viktor Pelevin
Viktor Pelevin
-

Avqustun 28-də Almaniyada tanınmış rus yazıçısı Viktor Pelevinin “Çapayev və Pustota” romanı əsasında filmin çəkilişinə başlanıb.

Film “Buddanın çeçələ barmağı” adlanacaq.

Roman ABŞ-da bu adla çap edilib.

Rejissor Toni Pemberton həm də roman əsasında ssenarini yazıb.

Filmin prodüseri Karsten Ştaterin sözlərinə görə, romanın süjeti ilə çox sərbəst davranıblar. Süjetin bəzi qollarından imtina ediblər.

Amma Pelevin ssenaridən razı qalıb.

Yazıçı filmin çəkilişlərində iştirak etməyəcək.

2,5 milyon dollar büdcəsi olan filmin çəkilişləri sentyabrın 30-da başa çatacaq.

Film gələn il ekranlara çıxacaq.

Pelevinin “Çapayev və Pustota” romanı 1996-cı ildə çap edilib.

Hadisələr iki dövrdə 1919 və 1990-cı illərdə cərəyan edir.

Baş qəhrəman dekadent şair Pyotr Pustota hər iki epoxada yaşayır.

Pustota rolunu Tobi Kebbell ifa edəcək.

2013-cü ildə Pelevinin “Ampir V” romanı əsasında da film çəkiləcək.

"P nəsli" romanı əsasında çəkilən film isə Rusiya prokatında böyük uğur qazanıb.

"P nəsli" filminin treyleri
XS
SM
MD
LG