Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:30

«İmprovizasiyaya hazırlıq» rekord qiymətə satıla bilər


Arxiv foto: Vasily Kandinsky'nin Tehran muzeyində saxlanan əsəri
Arxiv foto: Vasily Kandinsky'nin Tehran muzeyində saxlanan əsəri
Mücərrəd rəssamlığın öndə gələn isimlərindən Vasily Kandinsky'nin «İmprovizasiyaya hazırlıq 8» (Studie für improvisation 8) adlı əsəri Londonda auksiona çıxarılıb.

Xəbəri «Christie's»saytı yayıb.

Tanınmış rus rəssamının 1909-cu ildə Kiyevdə yağlı boya ilə işlədiyi bu əsərin satış qiyməti 20-30 milyon dollar arasında göstərilir.

Kiyevin qala divarları ilə qapalı qədim hissəsində yerləşən daxma və sarayları, qapı önündə qalan 2 kişini əks etdirən tablo Kandinsky'nin ən dəyərli işlərindən biri sayılır.

Əsər sentyabrın 7-də açıq hərraca çıxarılacaq və buna qədərsə tablo Londondakı Rokfeller Mərkəzində sərgilənəcək.

Vasili Kandinsky'nin bugünə qədərki ən bahalı tablosu 1914-cü ilə aid «Fuqa»dır.

Sanki bir musiqi parçasının ardıcıl şəkildə ən müxtəlif səslərlə ifasını rənglərin diliylə ifadə edən həmin tablo 1990-cı ildə 20 milyon 900 min dollara satılıb.

Xatırladaq ki, tanınmış rus rəssamı Vasili Kandinsky abstraksionizmin banilərindən sayılır.

1866-cı ildə Moskvada doğulub. Sovetlərin incəsənətə münasibətini qəbul etmədiyindən 1921-ci ildə Almaniyaya köçüb.

Nasistlər hakimiyyətə gələndə Fransaya köç etməli olub. Nasistlər onun əsərlərini qəbul etməyiblər.

1939-cu ildə Fransa vətəndaşlığı alıb. 1944-cü ildə Paris yaxınlığındakı bir şəhərcikdə vəfat edib.

2007-ci ildən Rusiyada illik Kandinsky mükafatı təsis olunub. Bu mükafat müasir Rusiya incəsənətində iz buraxan şəxslərə verilir.
XS
SM
MD
LG