Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:40

"Nə seksual tərbiyə? Nəzərə alın ki ölkənin 80 faizindən çoxu müsəlmandır"


Şəhriyar Məcidzadə və Mehriban Zeynalova
Şəhriyar Məcidzadə və Mehriban Zeynalova
-


Şəhriyar Məcidzadə:

- Ölkənin 80 faizindən çoxu müsəlmandır. Bu kimi şeylər nəzərə alınmalıdır.

Mehriban Zeynalova:

- Dərsin adı - "Cinsi tərbiyə" qıcıq doğura bilər. Ancaq mən düşünmürəm ki, bu fənnin tədrisi qızların məktəbə buraxılmaması kimi ağır nəticələrə gətirə bilər.


Azərbaycanın orta məktəblərində seksual tərbiyə üzrə dərslərin keçiriləcəyi gözlənir. Bu məsələ "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanuna ediləcək əlavədə öz əksini tapacaq.

“Cinsi tərbiyə” dərslərinə ehtiyac varmı? Və Azərbaycan şəraitində müəllimlərin şagirdlərə bu mövzuda danışması mümkündürmü?

Bu təklifə qarşı çıxan Milli Fikir Mərkəzinin sədri Səhriyar Məcidzadə və cinsi tərbiyəni vacib sayan “Təmiz dünya” Mərkəzinin rəhbəri Mehriban Zeynalova “Pen klub”da üz-üzə gəldi.

“SƏN MƏNİM UŞAĞIMA NƏ ÖYRƏDİRSƏN, NİYƏ ÖYRƏDİRSƏN?..”

Mehriban Zeynalova:

- İstənilən halda uşaqlar hardansa məlumat alırlar. “Sınıq telefon” deyilən anlayış var, yəni informasiyanın ötürülməsində yanlışlıqlar olur. O mənada hesab edirəm ki, təklif qəbulediləndir. Amma bu məsələdə mentalitet nəzərə alınmalıdır. Məsələn, dəfələrlə HİV-lə bağlı dərslər keçilməsində qarşıdurmalara şahid olmuşuq. Müəllim çəkinib, pərdəni götürmək istəməyib, münasibətləri pozmaq istəməyib, düşünüblər ki, uşaqlar artıq sual verə bilər, cavab verilə bilməz... Bu psixoloji yanaşma da ona səbəb olub ki, HİV-lə bağlı dərs lazımi formada keçilməyib. Eləcə də insan alveri ilə bağlı. Valideynlər də aqressiv qarşılayırlar ki, sən mənim uşağıma nə öyrədirsən, niyə öyrədirsən, uşaqları yoldan çıxarırsan. Ancaq istənilən halda informasiya texnologiyaları əsridir, uşaqlar da həmin informasiyaları hardansa götürürlər. Bu da onların sağlamlığına zərbə vurur.

Şahnaz Bəylərqızı:

- Bu dərsi keçməklə azərbaycanlı yeniyetmənin həyatında nə dəyişəcək?

Mehriban Z:

- Söhbət təkcə cinslərarası münasibətlərdən getmir. Ən azı gigiyenik sağlamlıq, xəstəliklərlə bağlı məlumatlılıq, qarşı cinsə münasibət və ya bioloji tərəflər var bu məsələdə. Biz seksual tərbiyə deyərkən dərhal cinslərarası münasibətləri düşünürük və elə bilirik ki, intim münasibətlərdən söhbət gedəcək. Ancaq bir sıra məsələlərin peşəkar izahına ehtiyac var.

“BİRİNCİ DƏFƏ BU FƏNN İNGİLTƏRƏDƏ TƏDRİS OLUNUB”

Şəhriyar Məcidzadə:

- Birinci dəfə bu fənn 1889-cu ildə İngiltərədə tədris olunub. Orda cəmiyyət buna kəskin reaksiya verib və fənn yığışdırılıb. Eləcə də Almaniyada. Bu yaxınlarda həmin fənn Rusiyada da tədris olunmağa başlandı, hətta bağçalar üçün kitablar nəşr olunurdu. Rus cəmiyyətinin etirazı ilə bu aradan qalxdı. ABŞ-da bu tədris başlanmadan öncə mərkəzlər yaradıldı ki, yeniyetmələrin psixikasında dəyişiklikləri araşdırsın. Bu mərkəzin büdcəsi 1,5 milyard dollar idi. Bu ciddi məsələ idi. Biz isə qanunları qəbul edəndə sosial, psixolji araşdırmalar aparmırıq.

(ardı aşağıda)


Proqramın audioyazısı



PROQRAMIN VİDEOYAZISINA BAX

“DİNDAR KƏSİM BUNU NECƏ QARŞILAYACAQ?”

Şahnaz B:

- Mehriban xanım, bu fənnin tədrisi hansı zərərə gətirə bilər? Şəhriyar bəy dedi ki, bəzi ölkələrdə bu dərsin tədrisi dayandırlıb artıq.

Mehriban Z:

- Təhsil Nazirliyi tədrisə modullar əlavə edəndə müəllimlər hazırlanır, təlimlərdən keçir. Amma nə dərəcədə müəllimlər bu məsələdə hazırlıqlıdır, dəyişiklik istəyir? Həssas məsələdir və çoxtərəfli müzakirə olunmalıdı.

Şəhriyar M:

- Hicab məsələsinə görə dindar və mühafizəkar ailələr öz qızlarını məktəbə qoymadılar. Belə qanunlar qəbul olunsa, siz təsəvvür edirsizmi, həmin dindar kəsim bunu necə qarşılayacaq? İkincisi, yeniyetməlik dövründə cinsi tərbiyə ilə bağlı məlumat, bilik almağa başladıqda vaxtından tez oyanma baş verir. Mütəxəssislər bunu fərqli edə bilərlər, ailə planlaması, gender bərabərliyi şəklində dərslər verilməsinin əleyhinə deyiləm. Amma bunun adını cinsi tərbiyə qoyub ondan sonra da şəxsi münasibətləri tədris etmək mümkün deyil.

Mehriban Z:

- Dərsin adı - cinsi tərbiyə qıcıq doğura bilər. Ancaq mən düşünmürəm ki, bu fənnin tədrisi qızların məktəbə buraxılmaması kimi ağır nəticələrə gətirə bilər. Mən dindarlarla danışıram və heç də bunun tam əleyhinə deyillər. Amma onun təqdimatına yanaşma fərqlidir. Ölkə üçün önəmli məsələdir və tələsmək olmaz.

“ÖLKƏMİZİ FREYD FƏLSƏFƏSİNƏ TƏSLİM ETMƏLİYİK?”

Şəhriyar M:

- Biz məsələyə təkcə qadın-kişi problemlərinin çözümü səviyyəsində yanaşmamalıyıq. Ölkənin 80 faizindən çoxu müsəlmandır. Bu kimi şeylər nəzərə alınmalıdır, eləcə də adət-ənənələr. Son zamanlar bir neçə qanuna dəyişiklik edilib. Azərbaycanda kütləvi aksiyalarda iştirakla bağlı cəzalar maksimum həddə çatdırıldı. İkinci dəyişiklik budur ki, qız uşaqları abort edilməsin, ancaq oğlan uşaqları edilə bilər. Üçüncü təklif də cinsi tərbiyə dərsidir. Biz ölkəmizi Freyd fəlsəfəsinə təslim etmək istəyirik? 5-6 il əvvəl Azərbaycanda hər oğlana 7 qız düşürdü. İndi bu rəqəmi 30-a çatdırmaqda məqsəd nədir? Bu qızlar kiminlə ailə quracaqlar? Mən ailə planlamasına qarşı deyiləm. Amma bu daha böyük siniflərdə və universitetlərdə verilsə yaxşıdır.

Mehriban Z:

- Bir çox fikirlərinizlə razılaşıram. Amma bütün Azərbaycan mühafizəkar deyil. Real vəziyyətə baxsanız, bir çox qadınların pis yola düşməsinə həm də cinsi tərbiyənin yoxluğundan törəyən səhvlər səbəb olur.

Şəhriyar M:

- Mən demirəm ki, hamı mühafizəkardır. Deyirəm ki, ölkənin aparıcı çoxluğu zatən öz bəlli mentallığı ilə yaşayır.

Mehriban Z:

- Mentallıq bilirsiz nədir, insanın lazımı məqamda ondan istifadə etdiyi vasitədir sadəcə. Bu gün valideynlər var ki, qızlarını televiziyaya çıxarırlar. Məncə, ölkədə qadına qarşı münasibət pisdir. Bu münaisbət dəyişməlidir.

Şahnaz B:

- Bəzi ailələr bu cür incə məsələləri müzakirə etmək bir yana ağızlarına da almırlar. Bu halda uşağa həmin məsələlər barədə məktəbdə savadlı müəllim məlumat verərsə, nəyi pis olar?

Şəhriyar M:

- İndiyədək Azərbaycanda bu, müzakirə olunmurdu, genefondumuz ziyan görürdü?

Mehriban Z:

- İndi həmin dövr deyil. Həmin dövrdə qapalılıq var idi. Amma indi informasiya axını var…

Proqramdan sonra
Proqramdan sonra
XS
SM
MD
LG