Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Əkrəm Əylisli: “Onlar mənə yubiley keçirsələr, getmərəm”


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

Dekabrın 6-da yazıçı Əkrəm Əylislinin 75 yaşı tamam olur.

Adətən Azərbaycan Yazıçılar Birliyi tanınmış yazıçıların əlamətdar günündə yubiley tədbirləri keçirir. Bəs, uzun illərdir Yazıçılar Birliyinə ayaq basmayan, onu zaman-zaman tənqid edən Əkrəm Əylislinin doğum günü münasibəti ilə yubiley tədbiri keçiriləcəkmi?

AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu oxuzali.az – a açıqlamasında bildirib ki, belə bir tədbir keçirməyi nəzərdə tutmayıblar:

“Əgər müəllif yaşayırsa, onun müraciəti əsasında, razılığı ilə tədbir keçiririk. Bir neçə dəfə başımıza gəlib, təşəbbüs göstərmişik, müəlliflər razı olmayıblar. Məsələn, istəyiblər ki, daha böyük salonlarda yubiley ilini qeyd etsinlər. Belə-belə şeylərə görə yubilyarın təşəbbüsü əsas götürülür. Ona görə də ehtiyatlı davranmaq istəyirik. Durub desək ki, Əkrəm Əylislinin yubiley tədbirini keçiririk və Əkrəm müəllimin özü də tədbirə gəlməsə onda necə olar? Düzdür, o, ustad yazıçıdır, onun tədbirində iştirak etməyi borcumuz sayardıq. Amma ehtiyat edirik. O bizi bəyənmir. İndi biz necə onun yubileyini keçirək, bilmirəm”.

Ədalət Əsgəroğlunun sözlərinə görə, Yazıçılar Birliyinin rəhbərliyinin yubiley üçün şəxsi təşəbbüsündən xəbərsizdir:

“Yazıçılar Birliyinin sədrliyində, katiblikdə şəxsi təşəbbüslə bağlı nəsə olubsa, mənim xəbərim yoxdur”.

Məsələ ilə bağlı Əkrəm Əylislinin də münasibətini öyrəndik. Yazıçının sözlərinə görə, bu haqda düşünməyib:

“Heç vaxt Yazıçılar Birliyində yubiley keçirmərəm. Mən 91-ci ildən onları saymıram. Hətta onlar özləri də təşəbbüs göstərib tədbir keçirsələr, getmərəm. Ona görə də ehtiyat etməkdə düz edirlər. O təşkilat mənim üçün yoxdur”.
XS
SM
MD
LG