Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:32

«Xalq nə qərar versə, biz də o qərarı yerinə yetirəcəyik» [Video]


Pianoçular İstanbulda etirazçıları əyləndirir
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Pianoçular İstanbulda etirazçıları əyləndirir

-

«Siz qeyri-leqal təşkilatlarla aranıza pərdə çəkməlisiniz. Deyirsiniz ki, bizim onlarla əlaqəmiz yoxdur. Bunu nə qədər desəniz də, onlarla eyni yerdəsiniz. Qurunun oduna da yaş belə yanır».

Bunu iyunun 13-də Türkiyənin baş naziri Receb Tayyip Erdogan Gezi Parkı heyəti ilə görüşə toxunaraq deyib.

Erdoğan bildirib ki, «kimsə bizə Gezi Parkı ilə bağlı dərs verməsin. Dayanmadan gözyaşardıcı qaz, gözyaşardıcı qaz deyirlər. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edə bilərmi? Bəli. Bu, su idi, rəngli su idi. Yeri gələndə gözyaşardıcı qazdan istifadə olunur. Bu, polisin ən təbii haqqıdır. Yandırmaq, uçurtmaq olmaz. Hazırda 100 trilyondan (lirə) artıq ziyan vurulub. Bunu kim ödəyəcək, dövlət ödəyəcək. Avtobusları yandırırlar. Sonra da sürücü yerinə keçib şəkil çəkdirirlər. Bu, vətəndaşa yaraşarmı? Bu azadlıq, hüquq mübarizəsi deyil. Ona görə də oradakı səmimi qardaşlarıma deyirəm ki, ordan çəkilin. Bizi terror təşkilatları ilə üz-üzə buraxın ki, Gezi Parkını təmizləyək».

Erdogan deyib ki, «İstanbul xalqı nə istəyirsə, onu edəcəyik. Əks təqdirdə daha artıq gözləməyəcəyik. Gezi Parkı işğalçıların deyil, bütün millətindir».

GEZİ PARKI İLƏ BAĞLI REFERENDUM KEÇİRİLƏCƏK

Türkiyənin baş naziri Receb Tayyip Erdogan Ankarada «Gezi Parkı» heyəti ilə görüşüb. Görüşdə Gezi Parkı və Topçu Kışlası ilə bağlı referendum keçirilməsi qərara alınıb.

Bu haqda Erdogan-ın köməkçisi Hüseyn Çelik məlumat verib. Erdogan Gezi Parkı etirazçıları ilə bağlı deyib ki, «kənar qruplardan aralansalar mən o gənclərlə görüşmək istəyərəm».

Çelik deyib ki, «referendumda qərarı istanbullular verəcək. Xalq nə qərar versə, biz də o qərarı yerinə yetirəcəyik».

Ötən axşam Taksim meydanında axşam piano səsləri eşidilib. Həmin vaxt Gezi parkının Atatürk Mədəniyyət Mərkəzinə (AKM) baxan hissəsində polisə və hökumətə qarşı etirazlar davam edib. Atatürkün abidəsi qarşısında iki pianoçu çaldıqca qələbəlik meydanın bu hissəsinə axışıb. Dünənki gecə klassik musiqidən inqilab, sülh mövzularına qədər parçalar ifa olunub.

Mayın 31-dən bəri ölkənin 78 şəhərində etiraz aksiyaları keçirilir.

Əvvəlcə İstanbuldakı Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya sonradan baş nazir Recep Tayyip Erdogana qarşı yönəlib.
XS
SM
MD
LG