Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:41

ATƏT-in Bakı ofisinin mandatı dəyişdirildi


ATƏT-in Loqosu
ATƏT-in Loqosu
ATƏT-in üzv ölkələri qurumun Bakı ofisinin mandatı barədə konsensus əldə ediblər. Bundan sonra ATƏT-in Bakıda Layihə Koordinatoru fəaliyyət göstərəcək.
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kozhara bu qərarı alqışlayıb:
"ATƏT-in Bakıda Layihə Koordinatoru mandatının qəbulu ATƏT və Azərbaycan Respublikası arasında ATƏT prinsip və öhdəliklərinin yerinə yetirilməsinə yönəlik qarşılıqlı faydalı əməkdaşlığının davamı üçün mühüm addımdır," Kozhara belə deyib.
"Bu qərar Azərbaycan hökumətinin bu mənada gələcək irəliləyişə hazır olmasına müsbət əməkdaşlıq cavabıdır".
Bakıda Layihə Koordinatoru gələn il yanvarın 1-dən fəaliyyətə başlayacaq. "O, ATƏT-in Bakı ofisinin qurduğu dəyərli işi davam etdirəcək," ATƏT-in yaydığı xəbərdə belə deyilir.
Daimi Şura bu gün həmçinin ATƏT-in Yerevandakı ofisinin mandatını 2014-cü il dekabrın 31-dək uzadıb.
Rəsmi Bakı bu ilin martında ATƏT-in Bakı ofisinin mandatının dəyişdirilməsi üçün müraciət etmişdi. Ancaq ABŞ-ın qurumdakı missiyası hazırkı ofisin saxlanmasını məqsədəuyğun sayırdı. Xarici işlər naziri Elmar Məmmədyarov bəzi ölkələrin bu məsələdə Azərbaycanı "şantaj etdiyini" də bildirmişdi.
ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kozhara isə bu ayın əvvəlində Bakıya səfəri zamanı deyirdi ki, ATƏT-in ofisinin statusunu müəyyənləşdirmək onun yerləşdiyi ölkənin suveren hüququdur: “Ancaq biz ATƏT üzvüyük və komanda ruhu da var. Heç kim Azərbaycanın qərar qəbul etmək hüququnu kiçiltmir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi çox konstruktivdir. Ümid edirəm ki, tezliklə Azərbaycanı və Azərbaycan xalqını təmin edəcək qərarlar qəbul edəcəyik”.
XS
SM
MD
LG