Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:25

Milli Şuranın 18 avqust mitinqi [Video/Foto]

Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırıldığından polisin ciddi müdaxiləsi olmayıb. Amma təşkilatçılar şəhərin mərkəzindən mitinqin keçiriləcəyi əraziyə gedən avtobusların hərəkətinə maneələr yaradıldığını bildirirlər.

10:21 19.8.2013
Mitinqdən video
Milli Şuranın «Azad gələcək naminə» mitinqi (geniş reportaj)
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00
22:00 18.8.2013
Daxili İşlər Nazirliyi 18 avqust aksiyasına münasibət bildirib:

«Özlərini Demokratik Qüvvələrin Milli Şurasını adlandıran təşkilat Bayıldakı «20-ci sahə»də yerləşən sürücülük məktəbinin həyətində Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirib. Aksiya insidentsiz ötüşüb. Aksiyanın keçirildiyi zaman ictimai asayişin və hüquq qaydasının kobud pozulması hallarına yol verilməyib».
21:27 18.8.2013
18 avqust mitinqindən fotolar
20:20 18.8.2013
«Bu gün sürücülük məktəbinin qarşısında mitinq yox, piket keçirildi. Bu piketlə də Milli Şuranın fatihəsi oxundu».

Bunu apa-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın aksiyasını şərh edərkən deyib:

«Azərbaycan xalqı, həmişə olduğu kimi, bu dəfə də öz müdrikliyini göstərdi və bu cür insanlara, ümumiyyətlə, etimad göstərmədiyini sübut etdi. Bundan əvvəl müxalifətin bu məkanda bir mitinqi oldu, orada təxminən 800 nəfər yığışmışdı, bu gün isə heç onun yarısı da olmadı. İstər təşkilati baxımdan, istər keçirilmə səviyyəsindən, ümumiyyətlə, bütün cəhətlərinə görə, bu piket müxalifətin indiyə qədər keçirdiyi ən aşağı səviyyəli aksiya oldu».

S.Novruzov deyib ki, Milli Şurada problem olduğu bu gün də etiraf edilib:

«Bugünkü piketlərində özləri də etiraf elədilər ki, Milli Şurada qeyri-müəyyənlik var. Azərbaycanda artıq 15 gündür ki, seçki prosesi gedir. Bunlar isə hələ də qeyri-müəyyənlik yaşayırlar, onlar bu qeyri müəyyənlikdən çıxanda artıq seçki prosesi başa çatmış olacaq. Ona görə də bunlar əvvəldən seçkiyə getməyəcəkləri barədə də bilirdilər, bu, planlı şəkildədir. Bu formada da öz fəaliyyətlərini davam etdirirlər. Bu gün onların sosial bazası yoxdur. Bu baxımdan da, istər Rüstəm İbrahimbəyov gəlmədiyi təqdirdə başqa vahid namizəd seçsinlər, istərsə də ayrı-ayrı partiyalarla namizədlərini irəli sürsünlər, bizim üçün heç bir əhəmiyyəti yoxdur».

Davamı

XS
SM
MD
LG