Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:26

Şahdağda İ. Əliyevlə görüşən səyyahın yazdıqları...


Paul Steel, özünü ehtiraslı turist, alpinist və səyyah kimi təqdim edir. Təsisçisi olduğu BaldHiker.com saytında cənab Steel Azərbaycana və Şahdağdakı lüks hotellərə olan səyahətindən, burada Azərbaycan prezidenti İlham Əliyevlə bir neçə dəqiqəlik görüşündən yazır.

Sonuncu hadisənin əhəmiyyətini xüsusilə qeyd edən müəllif bildrir ki, səyahətə çıxan adamın prezidentlə görüşmək təsadüfü gözlənilməz bir hadisədir. “Mənə dedilər ki, Azərbaycana səyahətim haqda məqalələrimi oxuyan prezident onları bəyənib. Hazırda onun da burada olduğunu nəzərə alaraq bir neçə dəqiqəlik görüş imkanı var”.

Qısa görüşünü qısaca təsvir edən müəllif İlham Əliyevin fəxrlə Azərbaycanda turizm haqda danışdığından, 11 iqlim qovşağından 9-nu özündə cəmləyən ölkənin xarici tursitlərə həm rahat istirahət, həm də maraqlı tarixi səyahət təklif etdiyindən yazır.

Paul Steel daha bir görüşünü xatırladır: Qaldığı “Pik Palace Hotel”in də daxil olduğu “Pasha Hotels” şirkətinin icraçı direktoru Marc Ehler-lə qəhvə fincanı arxasındakı söhbətindən yazır. Əslən alman olan Ehler-in həm öz işinə, həm də Azərbaycan turizminə ehtirasla yanaşdığını qeyd edən müəllif yazır: “Biz ümumi razılığa gəldik ki, bütün dünya xalqları bu ölkəni mütləq görməldirlər”

Paul Steel yazısını Şahdağdan çəkdiyi fotolarla illüstrasiya edir. İlham Əliyevlə, Marc Ehlel-lə görüşlərdən, hotel əməkdaşlarının kolektiv fotolarından, Pik Palace Hoteldən olan görüntülərə burada baxmaq mümkündür.
.
XS
SM
MD
LG