Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:34

Elif Şafak. Türkiyə paranoya girdabında


Elif Şafak
Elif Şafak
-

Ünlü yazar Elif Şafak “New York Times” qəzetindəki məqaləsində yazır ki, Türkiyə tədricən paranoya girdabına yuvarlanan bir dövlətə çevrilməkdədir.

Hökumət ölkədəki son hadisələri sui-qəsd nəzəriyyələri kontekstində izah etməyə çalışır.

Məsələn, baş nazir Recep Tayyip Erdogan Gezi parkında təşkil edilmiş etiraz aksiyalarının xaricdən idarə olunduğunu deyir, bəzi məmurlar isə yəhudi diasporu, BBC, CNN, xarici banklar kimi “qara qüvvələr”dən danışırlar.

Taksim meydanındakı aksiyaçılar terrorçu adlandırılır.

Elif Şafak yazır ki, artıq heç kəs Türkiyədə yayılan xəbərlərə dərhal inanmır, düşünür ki, yalan olmasa belə, arxasında hansısa məqsəd var.

Söz azadlığının məhdudlaşdırıldığı bir ölkədə sosial şəbəkələr insanların əsas xəbər mənbəyi və özünüifadə məkanına çevrilib.


Gezi hadisələrindən sonra baş vermiş korrupsiya qalmaqalı da hökumət tərəfindən xarici qüvvələrin Türkiyəyə qarşı sui-qəsdi kimi yozulur.

Yazar sual edir ki, niyə cəmiyyətin bir hissəsi belə yozumlara inanır.
Gezi parkında etirazlar, iyul, 2013
Gezi parkında etirazlar, iyul, 2013

Onun fikrincə, səbəb Türkiyə demokratiyasının yetkin olmaması, siyasət meydanında isə kişilərin dominant olması, siyasətin aqressivlik və qütbləşmə ilə səciyyələnməsidir.

Elif Şafak əmindir ki, bu problemin kökü həm də tərbiyədədir.

O, uşaqlıq dövrünün ifrat millətçi və “komplo” nəzəriyyələrinə əsaslanan mahnılarını xatırlayır.

Həmin mahnılarda almanlar “donuz”, ruslar “xain”, italyanlar “hiyləgər” adlandırılardı:

“Biz Türkiyənin üç tərəfdən su, bir tərəfdən isə düşmənlərlə əhatə olunduğuna inanaraq böyüyürdük. İnanırdıq ki, yunanlar İstanbulu geri almaq, onun adını yenidən Konstantinopol qoymaq istəyirlər. Ərəblərə qətiyyən inanmaq olmaz. Ruslar Bosforu ələ keçirməyə çalışırlar. Hər kəs bizim torpaqlarımızdan – Anadoludan nəsə qoparmaq istəyir. Türkünsə türkdən başqa dostu yoxdur”.

Elif Şafak yazır ki, Erdogan hakimiyyətə gələndə liberal ziyalılardan da ona dəstək verənlər olmuşdu və onlar düşünürdülər ki, Ədalət və İnkişaf Partiyası Türkiyədə uzun müddət beyinlərə yeridilən ksenofobiyadan imtina edəcək. Düzdür, AKP “qonşularla sıfır problem” kimi təşəbbüslərə başladı, amma onu sona çatdırmadan yenidən xaricilərə nifrət aşılayan bəyanatlar verir.
XS
SM
MD
LG