Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

30 aprel 2009. Dostunu itirən Arazın yaddaşında... (Həmin günün videoları)


Neft akademiyasındakı hadisələrdən görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00
Direct-ə keçid

Neft akademiyasındakı hadisələrdən görüntülər

-
“Mən də buranı, Neft Akademiyasını qurtarmışam. 2009-cu ildə həmin atışma olan gün yəqin ki, şanslı günüm idi. Axırıncı il olduğundan diplom işinə görə səhər tezdən gəlirdik. Onda da tezdən gəlmişdim. Müəllimlər gəlmədiyi üçün yaxınlıqdakı bufetə getdim. 9-a hardasa 5-10 dəqiqə qalmışdı. Qrup nümayəndəsi zəng etdi ki, hardasan? Dedim bufetdə. Dedi nə bufet, imtahandır, imtahana gəl”.
hadisənin ildönümü, 2011-ci il
hadisənin ildönümü, 2011-ci il
5 il əvvəl aprelin 30-da Neft Akademiyasının birinci kursunda oxuyan Araz Rəhimov hadisə baş verən binanın qarşısında dayanıb həmin günü belə xatırlayır. Əlində qərənfillər var. Deyir 5 il elə bil dünən olub, yadından heç nə çıxmayıb:

“İmtahana getdik. Həmin vaxt qrup nümayəndəsinə dayanmadan valideynlərindən, qohumlarından zəng gəlirdi, müəllim də açmağa icazə vermirdi. Qohumlarından hansısa biri polisdə işləyirdi, mesaj yazdı ki, “hardasınız, bilmirəm, amma əsas korpusa tərəf getməyin”. Fikirləşdik ki, bəlkə yanğın olub. İmtahandakı uşaqlardan birinə zəng gəldi, açdı və dedi ki, uşaqlar, atışmadır. İmtahanı tez yekunlaşdırıb, bura qaçdıq. Biz gələndə artıq hadisə olmuşdu. Buralara qədər adamlar düzülmüşdü. Metroda, marşrutda tıxac necə olur a, bu küçələr elə idi”...

İSTƏYİRDİM DEYİLƏNLƏR ZARAFAT OLSUN, OLMADI

Araz əlindəki güllərə baxır, boğazı tıxanır:

“Ayazı tanıyırdım, Savalan ən yaxın dostum idi. Burdan da əvvəl fizika-riyaziyyat təmayüllü liseydə 4 il bir yerdə oxumuşduq. Elə bir dost idi ki, imkanım olsaydı onun üçün canımı verərdim. Həmin vaxt uşaqlardan biri zəng etdi ki, “Araz, gəl Cəfər Cabbarlının heykəlinin yanına, bəs, Savalanı vurublar”. Onu axtarmağa gedirik. Düzü zəng edən oğlanı bir az lağlağı olmasına görə tanıyırdıq. Dedim belə zarafat eləmə. Sonra bildim ki, nə zarafat...”

qətliamın qurbanları
qətliamın qurbanları
Araz deyir ki, o hadisə baş verəndən qətlə yetirilənlərin xatirəsinin layiqincə yad olunmaması başqa tələbələr kimi onu da həmişə narahat edib:

“Hadisədən bir neçə gün sonra uşaqlar qətlə yetirilənlərin şəkillərindən stend düzəltmişdilər. Bir neçə gün sonra stendin ətrafını reklam lövhələri tutmuşdu, sonra da ayın 10-da gül bayramı keçirdilər...”

POLİS GÜLLƏRI DÜZMƏYƏ İMKAN VERMƏDİ

Araz bu gün dostlarını xatırlamaq, gülləri hadisənin baş verdiyi pilləkənlərə düzmək, yanında da şam yandırmaq istəyirdi. Ancaq binanı əhatəyə almış polis ona imkan vermədi.

“Gülləri düzmək istəyirdim, üstündən 5 il keçib, istəyirdim bu günü insanlar xatırlasınlar, imkan vermədilər, daha nə deyim”.

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 2009-cu il aprel 30-da baş vermişdi. Həmin hadisədə 12 nəfər ölüb, 13 nəfər yaralanmışdı.

Hadisənin Baş verdiyi gün müxbirlərimizin çəkdikləri videokadrlar:
Neft Akademiyasına silahlı basqın olub
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00
Təcili yardım xəstəxanasından görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00
Direct-ə keçid
Bakıda Neft akademiyasına hücum olub.
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
XS
SM
MD
LG