Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Azərbaycanda siyasi məhbus üzrə qətnamə təklifi təxirə salındı


Azərbaycanlı fəallar siyasi məhbuslara azadlıq tələbilə Avropa Şurasının qarşısında etiraz aksiyası keçirilər. 1 oktyabr 2013
Azərbaycanlı fəallar siyasi məhbuslara azadlıq tələbilə Avropa Şurasının qarşısında etiraz aksiyası keçirilər. 1 oktyabr 2013
-.

Mayın 22-də AŞPA-nın Bakıda keçirilən Büro iclasında Azərbaycanda siyasi məhbus üzrə qətnamə təklifi müzakirə olunmalıydı. Ancaq məsələ Strasburqda keçiriləcək növbəti Büro iclasına qalıb.

Bu barədə AzadlıqRadiosuna həmin təklifi hazırlamış irlandiyalı deputat Michael McNamara məlumat verib.

Prosedura görə, adətən AŞPA-da Qətnamə Təklifi irəli sürüləndə, o, ilkin olaraq Prezident Komitəsində müzakirə olunur. Komitəyə Assambleyanın Prezidenti və Siyasi Qrupların rəhbərləri daxildir. Daha sonra təklif Büroya keçir. Büroya isə Assambleyanın Prezidenti, Assambleyanın Komitə və Siyasi Qrup üzvləri daxildir. Yəni Prezident Komitəsi növbəti addım barədə tövsiyəsini verir.

Adətən Büro həmin təklifi hesabat hazırlanması üçün məruzəçi təyin etmək məqsədilə Komitəyə göndərir.

Michael McNamara deyir:

"Mənim və daha 55 deputatın imzaladığı Qətnamə Təklifi Strasburqdakı son sessiyada dəyərləndirilib və Prezident Komitəsinə baxılmaq üçün vaxtında təqdim olunub ki, bu gün Bakıdakı Büro iclasında ona baxılsın.

Apreldə Strasburqda Prezident Komitəsində baxılmış başqa bir təkliflə eyni vaxtda təqdim olunmasına baxmayaraq, Azərbaycana dair Təklifə bu səhər Bakıda ancaq Prezident Komitəsində baxıldı. O, Strasburqda növbəti Büro İclasına təqdim olundu və tövsiyə edildi ki, Azərbaycan üzrə həmməruzəçilərin diqqətinə, Monitorinq Komitəsinə verilsin.

Ümid edirəm ki, bu tövsiyəyə əməl olunmayacaq. Çünki inanıram ki, Qətnamə Təklifində qaldırılan məsələlər ayrıca hesabatın hazırlanması üçün kifayət qədər vacib və təcilidir.

Bundan başqa, QHT-lərin çoxu hazırkı məruzəçilərə inanmır, çünki onların mandatlarına uyğun olaraq Azərbaycanda insan haqları pozuntularını işıqlandırmadıqlarını düşünürlər".
İnsan haqlarını müdafiə təşkilatları Azərbaycanda 100-dən çox siyasi məhbus olduğunu deyirlər. Amma Azərbaycan rəsmiləri ölkədə kiminsə siyasi baxışlarına görə həbs edilmədiyini, siyasi məhbus kimi adı hallanan insanların konkret cinayətlərə görə tutulduqlarını deyirlər.
XS
SM
MD
LG