Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:27

AŞPA üzvü: «Görmədim, bilmədim, eşitmədim yanaşmasından əl çəkmək lazımdır»


Michael McNamara: "Görmədim, bilmədim, eşitmədim" yanaşmasından əl çəkmək lazımdır"
Gözlə

No media source currently available

0:00 0:05:24 0:00
-
AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin vitse-prezidenti, İrlandiyadan olan deputat Michael McNamara AzadlıqRadiosuna eksklüziv müsahibə verib. O, Azərbaycanda siyasi məhbus üzrə qətnamə təklifi hazırlasa da, mayın 22-də Bakıda keçirilən Büro iclasında həmin təklifin müzakirəsi iyunun sonunadək təxirə salınıb.

Mayın 23-də Bakıda AŞPA Daimi Komitəsinin iclasında Michael McNamara xarici işlər naziri Elmar Məmmədyarovdan soruşub ki, «Amnesty International»ın tanıdığı 19 vicdan məhbusu nə vaxt azadlığa buraxılacaq. McNamara deyir ki, məqsədi heç də hökumət və müxalifətlə debat aparmaq deyil.

– Mən Azərbaycandakı durumda maraqlıyam. Xarici işlər naziri Azərbaycan dövlətinin təmsilçisidir. Onun cavablarından məyus oldum. Nazir sualıma cavabında dəfələrlə bildirdi ki, hökumət məhkəmə prosesinə müdaxilə edə bilməz. Nəzəri baxımdan bu, düzdür. Onda belə bir güman yaranır ki, hökumət məhkəmə prosesinə lap əvvəldən müdaxilə etməyib. «Amnesty International» isə bu səbəbdən şübhələnir ki, insanlar törətdikləri cinayətlərə görə deyil, ifadə azadlıqlarından istifadə etdiklərinə, hökuməti tənqid etdiklərinə görə həbsə atılırlar. Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsi mayın 22-də REAL Hərəkatının lideri İlqar Məmmədovla bağlı qərarda 18-ci maddənin pozulduğunu bildirir. Çox nadir hallarda 18-ci maddənin pozulduğu aşkarlanır, yəni Konvensiyada nəzərdə tutulan azadlıqlar, Konvensiyadan kənar səbəblər üzündən məhdudlaşdırılanda məhkəmə belə bir qərar verir. Məhkəmə üzə çıxarıb ki, Məmmədovun məhkəmədən əvvəl saxlanmasının səbəbləri hökumətin dediyi kimi deyil. Çünki o, hakim partiyanın seçkidən əvvəl yayılmasını istəmədiyi məlumatları yayıb.
Michael McNamara
Michael McNamara

– Elə nazir də daha çox İlqar Məmmədovun adını vurğuladı.

– Bəli, bu da məyusluq yaradır. Azərbaycanda siyasi məhbus məsələsi AŞPA-da qızğın müzakirələr doğurub. Həmməruzəçilərin xeyli məhdud davranmasına baxmayaraq, deputat Christoph Straesser-in hazırladığı qətnamədə xeyli adlar var idi. «Amnesty International» isə bu məsələyə daha ehtiyatlı yanaşır və qurum Azərbaycanın sədrliyə başladığı gündə ölkədə 18 vicdan məhbusunun olduğunu bəyan edib. Mən də bu faktı cənab nazirini diqqətinə çatdırdım. Ümumiyyətlə, bu məsələyə etinasız yanaşırlar. Onun diqqətinə Azərbaycanın AŞPA-da geniş lobbiçilik etdiyini də çatdırdım. O, lobbiçiliyin olduğunu təsdiqləyir. Lobbiçilikdə qeyri-adi bir şey yoxdur, hər bir ölkə beynəlxalq qurumlarda daha yaxşı görünməyə, tanınmağa çalışır. Ancaq Azərbaycanın adından lobbiçilik edənlərin miqyası çox böyükdür.

– Dünənki büro iclasında qətnamə təklifinizin növbəti Büro iclasına saxlanması nə dərəcədə gözlənən oldu?

– Azərbaycanda siyasi məhbus üzrə qətnamə təklifini apreldə hazırlamışam. Qətnamə təklifi o deməkdir ki, bir qrup parlamentari hansısa bir məsələnin müzakirəyə çıxarılmasını təklif edir. Təklif əvvəlcə Prezident Komitəsinə gedir. Bu komitəyə Assambleyanın prezidenti və siyasi qrupların rəhbərləri daxildir. Daha sonra təklif Büroya keçir. Büroya isə Assambleyanın prezidenti, Assambleyanın Komitə və Siyasi Qrup üzvləri daxildir. Büro həmin məsələ üzrə məruzəçinin təyin olunmasına qərar verir. Mən çox ehtiyatlı davranaraq təklifi apreldə hazırlayıb təqdim etdim. Yəni apreldə Prezident Komitəsində baxılsaydı, dünən Büroda müzakirəyə çıxarılardı.

– Yəni apreldə Prezident Komitəsində baxılmalıydı.

– Baxıla bilərdi, ancaq buna bir məcburiyyət yox idi. Ancaq vaxtında verilmişdi deyə, istəsəydilər, baxa bilərdilər.

– Yəni sizin də xəbəriniz olmayıb ki, baxılıb, ya yox?

– Xeyr, dünən Bakıda bildim ki, hələ Prezident Komitəsində baxılacaq təklifə. Mən o komitənin üzvü deyiləm, Komitə konfidensial işləyir. Dünən bildik ki, Prezident Komitəsi təklifi Büroya göndərir və tövsiyə edir ki, Monitorinq Komitəsinə verilsin. Özü də ancaq informasiya məqsədilə, yəni məruzəçi təyin olunmasın. Ancaq mənim o təklifi hazırlamağım və deputat həmkarlarımın onu imzalamaqda məqsədi odur ki, məruzəçi təyin olunsun. Bu gün xarici işlər naziri bildirdi ki, heç bir ölkə insan haqları problemlərindən azad deyil. Mən bu fikirlə tam razıyam. İrlandiyanın özünə, Böyük Britaniyaya, hər bir ölkəyə qarşı saysız məhkəmə qətnamələri çıxarılıb. Ancaq insan haqları problemlərinin, pozuntularının hədləri var. Siyasi məhbusların, vicdan məhbuslarının mövcudluğu çox ciddi məsələdir. Azərbaycanda siyasi məhbus, vicdan məhbusu varmı, bilmirəm. Ancaq bu məsələdə çox-çox ehtiyatlı davranan «Amnesty International» kimi qurum belə iddialar irəli sürürsə, insan haqlarına ciddi yanaşan buna diqqət ayırmalıdır. «Amnesty International» deyirsə ki, Azərbaycanda 18 vicdan məhbusu var, AŞPA kimi qurum məsələni araşdırmalıdır, «görmədim, bilmədim, eşitmədim» yanaşmasından əl çəkib hərəkətə keçmək lazımdır. AŞPA-nın qanunvericilik gücü də bundadır.

– Sizcə, niyə belə nəticə alındı? Niyə Prezident Komitəsi qətnamə təklifini Büroya göndərir və tövsiyə edir ki, ancaq informasiya üçün Monitorinq Komitəsinə verilsin? Elə görünə bilər ki, AŞPA rəhbərliyi bu məsələyə görə ayrı-ayrı deputatlardan daha az narahatlıq keçirir?

- Əminəm ki, Komitənin bəzi üzvləri bu məsələ üzrə daha çox iş görmək istəyir, bəziləri daha az. Hazırda Monitorinq Komitəsində Azərbaycan üzrə iki məruzəçi var. Onlardan biri Prezident Komitəsində oturub. Bir işin təkrarlanmasını anlamıram.
Michael McNamara AzadlıqRadiosunda
Michael McNamara AzadlıqRadiosunda
Bir şeyi bilirəm ki, siyasi məhbusların mövcudluğu insan haqlarının pozulmasıdır. Azərbaycan ya şəffaflıq, açıqlıq, insan haqları, demokratiya, hüququn aliliyi üzrə nümunə göstərəcək, ya da əksinə – bu standartların heç birinə uyğun gəlməmək üzrə. Hər iki halda, Azərbaycanın göstərdiyi iş Avropa Şurasına nümunə olacaq və Azərbaycanın sədrliyi gələcəkdə bu qurumda iz qoyacaq.

– Deyirsiniz ki, Azərbaycanda siyasi məhbus və ya vicdan məhbusu olduğunu bilmirsiniz. Niyə onda məhz Azərbaycanda bu problemi qabardırsınız, hakimiyyətin dili ilə desək, digər ölkələrdə də problemin olmasına baxmayaraq, Azərbaycanı təkləyirsiniz?

– Əvvəla Avropa Şurasının bütün, demək olar bütün, və ya əksər üzvlərində vicdan məhbusu olması fikrini qəbul etmirəm. Avropa Şurası məkanında vicdan məhbusu nadir hadisədir. Dünyada belə məhbusların olduğu xeyli ölkələr var, ancaq AŞ üzvlərində deyil. Yəni heç kim Azərbaycanı təkləmir. Azərbaycan bu mənada çox az ölkələr arasındadır. AŞ kimi quruma sədrliyə başlayan zaman mötəbər beynəlxalq qurumların bu iddianı ortaya atması xeyli narahatlıq yaradan məsələdir. ATƏT-in insan haqları üzrə təmsilçisi olanda (Michael McNamara 2002-2004-cü illərdə ATƏT-də İnsan Haqları üzrə nümayəndəsi olub), tez-tez fikirləşirdim ki, Azərbaycanı digər ölkələrlə müqayisədə çox vaxt nahaq yerə tənqid edirlər. Avropa Şurasının Konvensiyaları isə çox yüksək standartlar qoyur. Azərbaycanı təkləmək fikrim yoxdur, bu ölkəyə əvvəlki səfərlərimdən də böyük zövq almışam. Ancaq AŞPA-nın üzvü kimi bu məsələni qaldırmağı özümə borc hesab edirəm. Bunu etməsəm, onda səfərlərim üçün pul ödəyən avropalı vergiödəyicilər adından gördüyüm iş nədən ibarət olacaq? Onların pulu əvəzində ancaq yaxşı mənzərəyə baxıb, dadlı yemək yeməli deyiləm ki. Avropalı vergiödəyicilərinin pulunun dəyəri bununla ölçülmür. Avropa Şurası insan haqları, hüququn aliliyi və demokratiyanı qoruyan fundamental qurumdur.

– Prezident İlham Əliyev də düşünür ki, AŞPA-nın özündə siyasi məhbusun müəyyənləşmiş mənası yoxdur. Varmı belə bir müəyyənləşmiş anlayış? Kimdir siyasi məhbus?

– Belə bir müəyyənləşmiş anlayış var. «Amnesty International»ın müəyyənləşdirdiyindən daha əhatəlidir. Azərbaycan və Ermənistan AŞ-na üzv olanda, belə bir anlayışı ekspert qrupu müəyyənləşdirib. Bu, 2002-ci ildə baş verib. 2012-ci ilin sonunda AŞPA onu bir daha təsdiqləyib. Aydın şəkildə ifadə olunub ki, bu şəxslər ədalətli mühakimə olunmayıblar. 2012-ci ildə qəbul olunmuş qətnamədə də bu tərif yer alıb. «Amnesty International» vicdan məhbusu üçün daha məhdud kriteriya müəyyənləşdirib.

– Bəs niyə siyasi məhbus məsələsinə dair tərəflər öz arqumentlərindən əl çəkmir? Bir tərəf siyasi məhbusun olduğunu, digəri olmadığını deyir.

– Axı hətta Avropa İnsan haqları Məhkəməsi də qətnamədə bildirdi ki, İlqar Məmmədovun məhkəmədən öncə təhlükəsizlik deyil, siyasi səbəblərə görə saxlanıb. Təəssüf ki, o, siyasi məhbusdur. Hətta texniki yanaşsaq, hazırda həbsdə olmasına səbəb olan ittihamla bağlı məhkəmə yekun qərar verməyib. Avropa Məhkəməsi məhkəmədən öncəki həbsin qanunsuz olmasına qərar verib.

– Qətnamə təklifini siz və 55 deputat imzalayıb. Bu, rəqəm böyükdür ya kiçik?

– İmzalamaq üçün vaxtın darlığını nəzərə alsaq, kifayət qədər böyük rəqəmdir. Avropa Şurasının üzvlərini, müxtəlif siyasi fraksiyaları əhatə edir. Adətən AŞPA-da səsvermədə iştirak edən deputatların sayı 100-150 olur. Qətnamə təklifi üçün böyük rəqəmdir. Heç kəsi də onu imzalamaq üçün dilə tutmamışam. Mən Azərbaycanın xeyrinə, ya əleyhinə lobbiçilik etmirəm. Siyasi müxalifətlə də heç bir bağlılığım yoxdur. Azərbaycanı sevirəm. Son 10 ildə Bakıdakı iqtisadi irəliləyiş adamda böyük təəssürat yaradır.

– Azərbaycan nümayəndə heyəti ilə birbaşa ünsiyyətiniz olurmu? Onların münasibəti necədir bu təklifə?
Arifə Kazımova və Michael McNamara
Arifə Kazımova və Michael McNamara

– Müdafiə mövqeyindədirlər. Bir çox ölkələr insan haqlarına görə tənqid olunanda müdafiə mövqeyi tuturlar.

– Christoph Straesser-in qətnaməsi qəbul olunmayanda, Azərbaycan bunu qələbə kimi qeyd etdi. Hətta bu təklif keçsə, yenə məruzəçi təyin olunsa və ayrıca qətnamə hazırlansa belə, son nəticəni necə görürsünüz?

– İnsan haqları sarıdan narahatlığı işıqlandıranda qələbə, ya məğlubiyyətdən danışmaq düzgün deyil. Bu, uzun bir yoldur. Qərbi Avropada, heç mənim ölkəmdə də insan haqlarına hörmət baxımından hər şey ideal deyil. Söhbət məsələni diqqətdə saxlamaqdan gedir, qələbə qazanmaqdan, yaxud məğlub olmaqdan deyil. Mən İrlandiyada siyasi məhbus olsaydım və bir qrup parlamentari insan haqları dəyərlərinin müzakirəsinə toplaşsaydı, mənim məsələmi hakimiyyət qarşısında qaldırsaydılar, cəsarətim artardı, məndə motivasiya yaranardı. İrlandiyada da siyasi məhbuslar olub, mənim seçki dairəmi təmsil edən deputatlar siyasi fəaliyyətə, torpaq islahatları tələb etdiklərinə görə həbs olunublar. Azərbaycan bu mənada birinci və axırıncı ölkə deyil.

– Hakimiyyət təmsilçiləri həmməruzəçilərin qətnaməsini qəbul edir. Siyasi məhbus məsələsi yalnız onların səlahiyyətində qala bilməzmi? Niyə ayrıca məruzəçinin olmasını istəyirsiniz?

– Çünki həmməruzəçilər Azərbaycanın öhdəliklərinə çox geniş yanaşırlar. Avropa Şurasına sədrliyi dövründə Azərbaycanın nümunə göstərməsi vacibdir. Bu anlamda «qələbə-məğlubiyyət» işə yaramır. Məsələni çox siyasiləşdirirlər. Azərbaycan təmsilçiləri Straesser-ə inanmırdılar, azərbaycanlı hüquq müdafiəçilərindən bəziləri isə həmməruzəçilərə inanmırlar. Bu durum dəyişməlidir.

– Azərbaycanın dostu, yoxsa düşmənləri siyahısında özünüzü hansı tərəfdə görürsünüz?

– Azərbaycanın dostu hesab olunmağa üstünlük verərdim. Hər dəfə buraya gələndə səfərimdən zövq almışam. Yəni məni dostdan fərqli saysalar, çox məyus olaram. Bəzən dostun vəzifəsi özəlliklə siyasətdə həqiqəti deməkdir. Bəzən mənə də dostlarım eşitmək istəmədiyim sözləri deyirlər, ancaq həqiqətdir deyə, eşitməliyəm.
XS
SM
MD
LG