Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:32

Ucuzlaşan neft manatı da ucuzlaşdıracaqmı?


Azərbaycan manatı
Azərbaycan manatı

-

Dünya bazarında neftin qiymətinin düşməsi, dolların bahalanması manata necə təsir göstərəcək? Manat dəyərini itirəcəkmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov öz Facebook profilində yazır ki, belə hallarda Mərkəzi Banklar rəsmi acıqlamalar verib əhalini məlumatlandırırlar:

“Hələlik Azərbaycanın baş bankında susmağa üstünlük verirlər. Bəs, manat dəyərdən düşəcəkmi? Əmanətləri dollara çevirməyə ehtiyac varmı? Neftin dünya bazar qiymətinin aşağı düşməsi dolların manata təzyiqini artırsa da, hələləlik tədiyyə balansımızda müsbət saldo saxlanılmaqdadır. İdxalı 3 dəfə üstələyən Azərbaycan ixracatında qara qızılın qiymətinin düşməsi səbəbindən dəyər ifadəsində azalmalar olsa da, hələ də xarici ticarətdə böyük profistə malikik. Bu isə o deməkdir ki, Azərbaycanı tərk edən valyuta ölkəyə daxil olan valyutadan xeyli azdır. Deməli, ölkəyə daha çox dollar kütləsi daxil olur”.

“HƏLƏ Kİ, MƏRKƏZİ BANKIN DOLLARI STERİLİZASİYA ETMƏSİNƏ EHTİYAC VAR”

Vüqar Bayramov hesab edir ki, iqtisadi baxımdan milli valyutanın kəskin möhkəmlənməməsi üçün Mərkəzi Bank dolların sterilizasiyasını həyata keçirməlidir:

“Amma məsələnin psixoloji və kənar effekt tərəfləri var. Psixoloji mesajlar daha çox dünya neft bazarından gəlir və bu da manat üzərində təzyiq formalaşdırır. Kənar effekt təsirlər isə ixracdan daxil olmalarin azalması fonunda dövlətin və əhalinin qənaət etməsi, bundan isə xidmət, bank sektorlar daxil olmaqla bir sıra digər sahələrin təsirlənməsidir. Buraya eyni zamanda Mərkəzi Bankın potensial intervensiya xərclərini də əlavə etsək o zaman mənzərə daha aydınlaşar. Eyni zamanda, bir sıra neft ölkələrində milli valyutanın develvasiyası büdcə kəsirinin doldurulmasında əsaslı alət kimi istifadə edilir. Qonşu Rusiya bu aspektdən uyğun nümunələrdəndir”.

“...MANATIN MƏZƏNNƏSİ İLƏ BAĞLI SİYASƏT DAHA ÇOX DÜNYA NEFT BAZARINDAN ASILI OLACAQ”

İqtisadçı ekspertin fikrincə, milli valyutanın məzənnəsini hazırda orta və uzunmüddətli deyil, qısa müddətli dövr üçün proqnozlaşdırmaq olar:

“Mərkəzi Bankın ehtiyatlarını və potensial intervensiya xərclərini nəzərə aldıqda qısa müddətli dövrdə manatın məzənnəsindəki stabilik qorunub saxlanılacaq. Bu isə o deməkdir ki, yaxın yarım ildə mövcud şərtlər daxilində manatın məzənnəsinda azalma müşahidə edilməməlidir. Deməli, milli valyutanın məzənnəsi ilə bağlı indki halda narahatçılıq yoxdur. Eyni zamanda Mərkəzi Bankın Pul Kredit Siyasətinin Əsas İstiqamətləri barədə sənədi də bu əminliyi formalaşdırır. Sonrakı mərhələdə isə manatı məzənnəsi ilə bağl siyasət daha çox dünya neft bazarında baş verənlərdən asılı olacaq”.

Mərkəzi Bankın son məlumatına görə, 1 dollar təxminən 78 qəpik, 1 avro isə 96 qəpikdir.

XS
SM
MD
LG