Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:51

Xədicənin 8 martı


Xədicə
Xədicə

-

“Kameraya bir ədəd gül və 1 ədəd plitka şokolad verdilər. 8 martda kamerada olan 3 qadını Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsi məhz belə təbrik etdi".

Bunu məhbus jurnalsit Xədicə İsmayıl təsvir edir.

Onun AzadliqRadiosuna Kürdəxanı həbsxanasından çatdırdığı məktubda deyilir ki, əslində Penitensiar Xidmət qadınlara ehtiramını başqa yolla göstərə bilərdi - məhbus qadınların portretrini cızan bir statistika aparmaqla.

Xədicənin özünün hazırladığı məhbus-qadın portreti belədir:

a) cənub bölgəsi - əsasən “milli maddə” (234 – narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə məhkum olunanlar;

b) erkən nikahlar və təhsilsizlik üzündən baş verən cinayətlərin cəzasını çəkənlər;

c) kişilər tərəfindən cinayətə təhrik və ya məcbur edilənlər;

d) sevgi və ya qısqanclıq məhbusları.

Azərbaycanda qadınları həbsxanaya gətriən əsas səbəblərin yuxarıdakı siyahının a) və b) bəndlərinin olduğunu deyən Xədicə vaxtilə jurnalist kimi həmin problemləri qaldırdığını xatırladır.

“20 il əvvəl biz jurnalistlər cənub bölgəsinin problemləri və erkən nikahlar barədə danışanda bu nəticəni gözləməliydilər”.

Məhbus jurnalist bildirir ki, indi ölkənin şimal bölgəsində də eyni problem var və bir azdan bu problemin bütün ölkəyə yayılacağından ehtiyyat edir.

AzadliqRadiosu xatırladır ki, yuxarıda sadalanlar Xədicənin jurnalist fəaliyyətində qaldırdığı və cəmiyyətin laqeyid qaldığı yeganə problem deyil.

Onun hakim elitanın qanunsuz biznesi, nepotizm və korrupsiya haqda araşdırmaları AzadAvropa/AzadliqRadiosu rəhbərliyinin fikrincə Xədicənin həbsinin əsas səbəbidir.

XS
SM
MD
LG