Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:30

Köhnə yeni «İnturist»


Yeni «İnturist»
Yeni «İnturist»

-

««İnturist» mehmanxanasının açılışı doğrudan da tarixi hadisədir. Bildiyiniz kimi, vaxtilə Azərbaycanda, Bakıda «İnturist» mehmanxanası olub. 80 il bundan əvvəl tikilmişdi. Əfsuslar olsun ki, sonra söküldü və onun yerində indi başqa bina tikilib».

Bunu prezident İlham Əliyev mayın 5-də Bakıda yeni «İnturist» otelinin açılışı mərasimində deyib.

İlham Əliyev bildirib ki, «İnturist» mehmanxanası yaşlı nəslin xatirəsində həmişə yaşayıb: «Ona görə çox şadam ki, belə bir qərar qəbul olundu və bu tarixi ədalət bərpa edildi. Gözəl yer seçilib. Əvvəlki «İnturist» mehmanxanasının yeri də buradan bir o qədər də uzaqda deyil. Amma bu yer də çox gözəldir. Çox gözəl mənzərə açılır. Bir daha demək istəyirəm ki, «İnturist» bundan sonra da yaşayacaq. Bu, doğrudan da təqdirəlayiq hadisədir. Biz öz tariximizə çox bağlıyıq, tarixi irsimizə sadiqik və çalışırıq ki, həmişə tarixi ədaləti bərpa edək».

Dövlət başçısı bildirib ki, bu mehmanxana ən yüksək standartlara cavab verir: «Çox gözəl şərait yaradılıb. Adam burada özünü sanki öz evindəki kimi hiss edir. Xüsusilə burada gözəl ab-hava var. Əminəm ki, yüksək xidmət də göstəriləcək və qonaqlar burada özlərini çox rahat hiss edəcəklər».

«FOUR SEASONS», «FAIRMONT», «MARIOTT», «KEMPINSKI», «JUMEIRAH», «HILTON», «SHERATON»…

Prezident qeyd edib ki, son vaxtlar Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Kadr hazırlığı da lazımi səviyyədədir:

Yeni «İnturist»də restoran
Yeni «İnturist»də restoran

«Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı otellər tikilib. Bu gün bütün müasir və ən qabaqcıl otellərin brendləri Bakıda vardır. Son 2-3 il ərzində görün nə qədər gözəl otellər tikilib. «Four Seasons», «Fairmont», «Mariott», «Kempinski», «Jumeirah», «Hilton», «Sheraton», - bunlardan əvvəl «Hyatt» var idi, - indi də «İnturist» oteli. «İnturist» mehmanxanasının da bu otellər sırasında öz yeri var. Əminəm ki, gələcəkdə bu proses davam edəcək. Çünki yaxın gələcəkdə yeni «Ağ şəhər» bulvarında «Bulvar» oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb. «Ağ şəhər» bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək. Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür və qeyd edirlər».

PREZİDENTƏ GÖRƏ, ƏN GÖZƏL ŞƏHƏR

İlham Əliyev vurğulayıb ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və onun üçün ən gözəl şəhərdir:

Otelin terrasından dənizə mənzərə açılır.
Otelin terrasından dənizə mənzərə açılır.

«Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Son vaxtlar o qədər ictimai yerlər açılıb ki, indi bu yerlərdə istirahət edə biləcək insanların sayı bəlkə də milyonlarla ölçülür. Bakı bulvarının dünyada analoqu yoxdur. Uzunluğu 16 kilometr olan bu bulvarda rahat, geniş gəzinti və velosiped zolaqları var. Digər ictimai yerlər də gözəldir. Yəqin, siz də izləyirsiniz, vaxtilə zəbt edilmiş bəzi torpaq sahələrini biz indi gözəl parklara çeviririk. Yəni ictimai yer insanlar üçündür. Bu gün Bakıda istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar var. Bu proses davam etdirilir. Bax, bu otellə üzbəüz yerlər vaxtilə sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu, ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi. Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların sərəncamına verildi. Eyni mənzərəni biz «Ağ şəhər» bulvarında görürük. Orada da bütün o yerlər ya zəbt edilmişdi, ya da vaxtilə sovet dövründə tikilmiş zövqsüz binalar yerləşirdi. Bu gün o ərazi insanlar üçün açıqdır. Ona görə, Azərbaycana investisiyalar da qoyulur. Bax, budur bugünkü ölkəmiz».

Köhnə «İnturist»
Köhnə «İnturist»

Bakının tarixi abidələrindən sayılan köhnə «İnturist» mehmanxanası 2006-cı ildə sökülüb.

«İnturist» Bakıda tikilən ilk mehmanxanalardan biri idi. Bina paytaxtın Neftçilər prospektində 1934-cu ildə dünya şöhrətli memar Alexey Shchusev-in rəhbərliyi ilə ucaldılmışdı.

1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin tərtib etdiyi qoruqlar siyahısına köhnə «İnturist» mehmanxanasının binası da tarixi abidə kimi salınmışdı.

XS
SM
MD
LG