Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:35

Milli Şura mitinq keçirdi, iki nəfər saxlanıldı [video/foto]

Mayın 30-da bir sıra müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda mitinq keçirib. Müxalifət fəalları «Xilas olaq!», «Talana və yalana son!» şüarları ilə keçirilən aksiya ilə ölkədə siyasi repressiyalara, korrupsiyaya, bahalaşmaya etiraz etdiklərini bildirirlər.

Etiraz aksiyası barədə bütün məlumatları burada izləyə bilərsən.

Canlı Bloq daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini vurmaqla bloqu «vərəqləmək» olar.

15:42 30.5.2015

Bir dəqiqəlik süküt...

Mitinqdə mayın 19-da Binəqədidə baş vermiş yanğında həlak olanların, gənc fəal Nərgiz Yaqublunun, son günlər həlak olan Azərbaycan əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatçılar bildirib ki, «Xilas ol» mitinqi Azərbaycana qurtuluş tələb edir, bu mitinq Azərbaycana azadlıq tələbidir. Bundan sonra meydanda «Azadlıq», «İstefa», «Talana son» şüarları səsləndirilib.

15:46 30.5.2015

«İnsanlar hökumətin acgözlüyünün qurbanı oldu»

AXCP sədri Əli Kərimli deyib ki, hökumət xalqın etimadını qazanmadığı üçün aprelin 5-dəki aksiyadan sonra hər dəfə mitinqlərin qarşısını alıb. «Maneələr bizim qarşımızı almaq üçündür. Bura toplaşan insanlar narazı insanların az bir qismidir. O gün uzaqda deyil, enerjimizi bütün Azərbaycana sirayət edəcək, «xilas ol» deyəcək».

Əli Kərimli Binəqədidə baş verən yanğınla bağlı deyib ki, həmin insanlar hökumətin acgözlüyünün qurbanı oldular: «İndi istəyirlər ki, bu dəhşətli cinayəti bir «JEK» müdirinin boynuna qoysunlar».

15:54 30.5.2015
Təşkilatçılar mitinqin tələblərini izah edirlər
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Aksiyanın tələbləri

Təşkilatçılardan biri olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı aksiyadan az öncə tələblərini izah edir.

15:56 30.5.2015

«Özləri kimi fərari olmayanları sevmirlər»

Əli Kərimli çıxışında deyib ki, hakimiyyət orduda işgəncə ilə əsgərləri öldürənləri, polis şöbələrində adam öldürənləri müdafiə edir.

«Qarabağ qazilərinə də divan tuturlar. Ötən ay Cəlilabada iki Qarabağ qazisi intihar etdi - biri özünü asdı, biri yandırdı. Bu hakimiyyət özləri kimi fərari olmayanları sevmirlər. Etdiklərinizə görə cavab verməli olacaqsınız».

Davamı

XS
SM
MD
LG