Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:54

Milli Şura mitinq keçirdi, iki nəfər saxlanıldı [video/foto]

Mayın 30-da bir sıra müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda mitinq keçirib. Müxalifət fəalları «Xilas olaq!», «Talana və yalana son!» şüarları ilə keçirilən aksiya ilə ölkədə siyasi repressiyalara, korrupsiyaya, bahalaşmaya etiraz etdiklərini bildirirlər.

Etiraz aksiyası barədə bütün məlumatları burada izləyə bilərsən.

Canlı Bloq daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini vurmaqla bloqu «vərəqləmək» olar.

15:10 30.5.2015

Milli Şura «Xilas olaq» şüarı altında mitinqə başlayır

Milli Şura «Məhsul» stadionunda «Xilas olaq» şüarı altında mitinqə başlayır. Aksiyaya hazırlıq işləri artıq başa çatıb.

Təşkilatçıların verdiyi məlumata görə, Milli Şuranın bundan əvvəlki aksiyalarında tribunanın önündə asılan «Talana Son» şüarını polis cırıb. Ona görə də, bu dəfə tribunanın önündən «Siyasi Məhbuslara Azadlıq» şüarı asılacaq.

15:22 30.5.2015

Aksiya iştirakçıları maneəsiz meydana buraxılır. Aksiyaçılar «Hakimiyyət oddan təhlükəli», «Ucuz hakimiyyətin bahalı oyunları», «Siyasi məhbuslara azadlıq» şüarları qaldırıb.

15:25 30.5.2015

Yanmış binanın şəklini cırıblar

Polislər aksiyada qaldırılacaq yanmış binanın şəklini cırıblar. Deyiblər ki, mitinqdə belə şəkillər qaldırmaq olmaz.

Bu haqda AzadlıqRadiosuna mitinqin təşkilatçılarından biri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

«Qaldırılan şüarlara polisin müdaxilə etmək hüququ olmasa da, bunu edir», - Fuad Qəhrəmanlı bildirib.

15:31 30.5.2015
AXCP və Milli Şuranın rəhbərləri aksiyaçılara qoşulur
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

AXCP lideri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli aksiyaçılara qoşulur

Davamı

XS
SM
MD
LG