Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:40
Arxiv fotosu
Arxiv fotosu

Telemexanika zavodunda partlayış - ölən və yaralılar var

Səhiyyə Nazirliyi 1 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını bildirir. Amma qeyri-rəsmi məlumatlarda həlak olanların daha çox olduğu bildirilir.

16:25 6.7.2015

.

1 NƏFƏR HƏLAK OLUB, ÇOXSAYLI YARALILAR VAR

İyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda güclü partlayış olub. Səhiyyə Nazirliyi partlayışda 1 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını bildirir.

Şirvan şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bidiriblər ki, yaralılar zəhərlənmə və yüngül yanıq diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətləri yüngül və orta-ağır qiymətləndirilir.

"Telemexanika" zavodunda 245 nəfər çalışır. Bu zavod 2006-сi ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxil edilib.

Müəssisədə neft sənayesi ücün сihazlar və texnoloji tərtibatlar istehsal edilirr.

Amma bu yaxınlarda zavodda iriçaplı patronların istehsalı mərkəzi işə salınmışdı.

Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA informasiya agentliyinə bildirib ki, zavodda yanğın elektrik xətlərində qısaqapanmadan baş verib.

O, yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.

Zavodun direktoru Usubağa Məmmədov da deyib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.

Usubağa Məmmədovda yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.

16:29 6.7.2015

YARALILAR BAKIYA GÖNDƏRİLİR

Şirvan şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinin müdiri Tofiq Hüseynov AzadlıqRadiosuna deyib ki, xəstəxanaya gətirilənlərdən 13 nəfərinə ilkin amblator tibbi yardım göstərilib. 6 nəfər isə xəstəxanaya yerləşdirilib. Tofiq Hüseynov onlardan 3 nəfərinin vəziyyətinin daha ağır olduğunu bildirib:

"Həmin xəstələr Bakıya göndəriləcək. Digər 3 nəfərsə bizim xəstəxanada müalicəsi davam etdiriləcək".

Bakıya göndərilən xəstələr 44 yaşlı Xatirə Səttarova, 49 yaşlı Gülnarə Muradova və 42 yaşlı Zülfiyyə Mehtiyevadır.

17:09 6.7.2015

YARALILARDAN 3 NƏFƏRİ BAKIYA GÖNDƏRİLİR

Şirvan xəstəxanasının şöbə müdiri Tofiq Hüseynov partlayışda yaralılar barədə məlumat verir:

Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
Direct-ə keçid

18:56 6.7.2015

Direktor: "Səbəb qısaqapanma ola bilər"

Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid


“Telemexanika” zavodunun direktoru Usubağa Məmmədov AzadlıqRadiosuna deyib ki, qəzanın elektrik xəttində qısa qapanmadan baş verdiyi ehtimal edilir:

“Qəzadan 3 dəqiqə sonra mən sexdə idim. Qəza olan stehsalat sahəsində 8 nəfər işləyirdi. Biz yaxınlıqdakı sahələrdə də olan 19 nəfəri xəstəxanaya göndərdik ki, tez ilkin yardım göstərilsin. İşçilərdən bəri təəssüf olsun ki, qəzadan həyəcanlanıb və sexdən çıxa bilməyib. Çox təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmadı”.

Usubağa Məmmədov deyir ki, yanğının dəqiq baş vermə səbəbi yalnız tədqiqatdan sonra bilinəcək.

“Telemexanika” Müdafiə Sənayesi Nazirliyinin Azərbaycanda patron istehsal edən yeganə zavodudur.

Davamı

XS
SM
MD
LG