Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:21

Steve Jobs-dan uğur tövsiyələri


Steve Jobs
Steve Jobs

-

«Apple» şirkətinin qurucusu, xərçəng xəstəliyindən həyatını itirən Steve Jobs texnologiyada gözəlliyi və rahatlığı qiymətləndirib.

adme.ru Steve Jobs-un dünyanı dəyişən, nəinki texnologiyaya, hətta fəlsəfəyə töhfə verən 20 məşhur deyimini toplayıb.

1. Dünyaya öz töhfəmizi vermək üçün burdayıq. Yoxsa niyə burda olaq ki?

2. Qaldıra bilmədiyim kompüterə etibar etmirəm.

3. Ömrünün axırınadək şirin su satmaq istəyirsən, yoxsa dünyanı dəyişmək?

4. Mən əminliklə deyə bilərəm ki, uğurlu insanları uğursuz insanlardan fərqləndirən əsas əlamət – inadkarlıqdır

5. Müştərilərdən onların nə istədiyi barədə soruşmayın, çünki siz bunu edəndə, onlar artıq nəsə başqa bir şey istəyəcəklər.

6. İnsanların sifarişi əsasında yaxşı məhsul hazırlamaq mümkün deyil. Onlara hazır məhsulu göstərməyincə nə istədiklərini özləri də bilmirlər.

7. Mən özümün bütün texnoloji yeniliklərimi bir gün Sokratı görmək üçün qurban verərdim.

8. Mən bir il ərzində 250 milyon dollar itirməyin nə olduğunu bilən nadir insanlardanam. Bu, şəxsiyyəti çox yaxşı formalaşdırır

9. Vaxtilə Pablo Picasso deyib: «Yaxşı rəssamlar surətini çıxarırlar, böyük rəssamlar oğurlayırlar». Biz özgələrinin dahi ideyalarını oğurlamaqdan heç vaxt utanmamışıq.

10. Mənim bütün məsələlərdə rəhbər tutduğum qayda? «Siz tapana kimi nə axtardığınızı bilməyəcəksiniz».

11. Bacarıqlı insanları işə götürüb onları idarə etmək mənasızdır. Biz bacarıqlı insanları işə qəbul edirik ki, onlar bizə yol göstərsinlər.

12. Qəbiristanlıqda ən varlı adam olmaq mənim üçün heç nə ifadə etmir. Mənim üçün əhəmiyyətli olan, gecə yatağıma uzananda «Bu gün mükəmməl iş gördüm» - deyə bilməkdir.

13. Pulum yetməyəndə oturub düşünürdüm, qazanmaq ardınca qaçmırdım. İdeya – dünyada ən qiymətli maldır.

14. İnanıram ki, insanın keyfiyyəti ətraf mühitlə formalaşır, nəinki irsən keçir.

15. Özünlə və adamlarla dürüst ol, hər zaman işi vaxtında gör, heç vaxt təslim olma, məqsədinə doğru get, hətta hər şey pisdirsə belə.

16. Keçilmiş yol özü mükafatdır.

17. Səhv etməmək qüsurlu həyat yaşamaq deməkdir.

18. Böyüyərkən beyninizə yeritməyə çalışırlar ki, dünyanı olduğu kimi qəbul et, sakitcə öz həyatını yaşa və dayaqları laxlatmağa çalışma... Ancaq bu çox dar yanaşmadır. Sadə bir faktı anlayan kimi həyat sizin üçün qat-qat zənginləşəcək: Ətrafınızda nə varsa, hər şey sizin kimi insanlar tərəfindən yaradılıb. Taleyin qabaqcadan yazılması ilə bağlı yanlış təsəvvürdən canınızı qurtarın. Həyatın ssenarisini özünüz yaza bilərsiniz, bunu dərk etsəniz, dünya əvvəlki kimi olmayacaq.

19. Texnologiya bir heçdir. Əvvəldən vacib olanı insanlara inamdır və bu çox doğrudur. Onlara alətlər verin və onlar bunun köməyi ilə heç nədən gülüstan yarada bilərlər.

20. Sizin zamanınız məhduddur – bunu başqa birilərinin həyatını yaşayaraq puç etməyin.

XS
SM
MD
LG