Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Bakıdakı faciəvi yanğınla bağlı mübahisə bitmir


Azadliq prospektində yanan binanın söndürülmə anı
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

Azadliq prospektində yanan binanın söndürülmə anı

►Binəqədidə sakinlər təmirli evlərinə döndülər, mübahisə isə bitmir

“Prezidentin sərəncamı qismən yerinə yetirilsə də, bu günə kimi tam həllini tapmayıb. Hadisədən 6 ay keçməsinə baxmayaraq, bir qrup avtomobil və qeyri-yaşayış sahiblərinə dəymiş zərər hələ də ödənilməyib. Komissiyanın bütün üzvlərinə etdiyimiz müraciətlər cavabsız qalıb”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə bu il mayın 19-da Binəqədidə 16 mərtəbəli binanın yanması nəticəsində əmlaklarına zərər dəymiş bir qrup sakin deyir.

Onların sözlərinə görə, həm yanğın zamanı, həm də yanğın söndürülərkən zərər çəkmiş obyektlərinin təmiri hələ də başa çatmayıb. Sıradan çıxmış avtomobilləri isə bazar qiymətindən aşağı dəyərləndirilib.

Tofiq Mustafayev deyir, ona məxsus “Opel Astra” markalı avtomobilin bazar qiyməti 6250 manat olsa da, komissiya 4 min manat hesablayıb. Əmlakının aşağı dəyərlə qiymətləndirilməsinə etiraz etsə də, faydası olmayıb:

“Tək mənim maşınım deyil. Ülvi Hüseynovun “Peugeot 406” markalı avtomobilinin bazar qiyməti 10 min olsa da, komissiya 6 min 500 manat hesablayıb. Yəni tamamilə istifadəyə yararsız hala düşmüş maşınların dəyəri çox aşağı qiymətləndirilib. Biz də bununla razılaşmırıq”.

Buna da bax: Moskvada Türkiyə səfirliyinə hücum- [Video]

4 MİN 200 MANATLIQ ZƏRƏR

Bina təmirdən sonra
Bina təmirdən sonra

Başqa sakin Mirhəsən Seyidovun “Şəmkir 1001 xirdavat” mağazasına dəymiş zərər 2000 manat hesablanıb. O da bu hesablamayla razı deyil. O, hələ də qapıları qıfıllı qalan mağazanın bu günədək yığılıb qalmış icarə haqlarını da hökumətdən tələb edir. 6 aylıq icarəhaqqı isə 3 min manat civarındadır.

Binanın yaxınlığında mağaza işlədən Elman Əliyev deyir, mağazanın 6 aylıq icarə haqqı 1200 manatdır. Üstünə yanğının və suyun vurdugu 3 min manatı da gələndə 4 min 200 manat edir. Komissiya isə bu məbləğin heç yarısını da hesablamayıb.

Eyni şikayətlə “Qaynar xətt”ə Yusif Mahmudov, Qəribağa Rizvanov və əmlakı zərər çəkmiş daha bir neçə sakin də şikayət edib.

Buna da bax: Balıqçılara xüsusi komissiya nəzarət edəcək

PREZİDENT SƏRƏNCAMI ƏSAS GÖTÜRÜLMƏMƏLİDİR

Hüquqşünas Fuad Hüseynov deyir, əgər sakinlər prezidentin sərəncamına əsaslanırlarsa, həmin sərəncamda binanın həyətindəki avtomobillərə və əmlaklara dəymiş ziyana görə kompensasiya ödənilməsi göstərilməyib. Sonrakı araşdırmalar zamanı ortaya çıxıb ki, həm də binanın ətrafındakı əmlaklar zərər çəkib. Bundan sonra Komissiya əmlaklarına ziyan dəymiş sakinlərə də dəymiş məbləğin ödənilməsini qərara alıb:

“Bu səbəbdən də sakinlər məhkəməyə müraciət etməli olsalar, iddialarında prezidentin sərəncamını əsas götürməməlidirlər. Yanğın zamanı dəymiş zərərin ödənilməsi iddiası ilə müraciət etməlidirlər. Cavabdeh tərəf kimi Binəqədi rayon icra Hakimiyyətini və Bakı şəhər İcra Hakimiyyətini göstərməlidirlər”.

Buna da bax: Rövnəq Abdullayevin qoltuğundakı qaz

VƏD OLUNDU, ANCAQ...

3 ay əvvəl Binəqədi rayon İcra Hakimiyyətində sakinləri qəbul edən Abid Şərifov yanğın zamanı zərər çəkmiş 10 avtomobilin, 4 qeyri-yaşayış sahəsinin sahibini dinləyib. Avtomobil sahiblərinin hər birinə ekspertiza tərəfindən müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncam layihəsi hazırladığını bildirib. Qeyri-yaşayış sahələrinin sahiblərinə də vəd olunub ki, zərər çəkmiş sahələr yüksək səviyyədə təmir olunacaq. Lakin bu yaxınlarda komissiya avtomobillərə görə ayrılmış kompensasiyaların məbləğlərini açıqlayanda sakinlərdə narazılıq yaranıb.

Sakinlər növbəti həftə məhkəməyə müraciət edəcəklərini deyirlər.

XS
SM
MD
LG