Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:37

"Manat yenə qiymətdən salınacaq"- Ekspertlər


Samir Əliyev
Samir Əliyev

-

Noyabrda Mərkəzi Bankın (MB) rəsmi valyuta ehtiyatları 589 milyon dollar azalaraq 6 milyard 300 milyon dollara enib. Bu, son 5 ilin ən aşağı həddidir və yalnız 2010-cu ilin sonlarında ehtiyatın həcmi həmin səviyyədə olub. 2015-ci ilin əvvəlində 13 milyard 600 milyon dolları olan MB-nin valyuta ehtiyatı ötən 11 ayda yarıdan çox azalıb (55 faiz).

Mütəxəssislərin fikrincə, ehtiyatlarının azalması, bu ehtiyatların manatın məzənnəsinin qorunmasına xərclənməsi daha birdevalvasiyanı qaçılmaz edir. MB valyuta ehtiyatını tükətməmək üçün növbəti devalvasiyaya getməyə məcbur qalacaq.

«DEVALVASİYANIN TƏKCƏ FORMA VƏ ZAMANI SUAL DOĞURUR»

İqtisadçı ekspert Samir Əliyev deyir ki, devalvasiyanın olub-olmayacağı artıq müzakirə mövzusu deyil: «Nə qədər çətin olsa da deməliyik ki, bu, qaçılmaz prosesdir. Sadəcə, devalvasiyanın forması və zamanı sual doğurur. Bu gün devalvasiya ehtimalını gücləndirən amillər çoxdur».

Ekspert Amerika Mərkəzi Bankının - FED-in dekabrın ortalarında (15-16 dekabr) keçiriləcək iclasına diqqət çəkir: «Orada uçot dərəcəsi qaldırılarsa, dünya bazarlarında güclü ajiotaj yaranacaq və dollar bahalaşacaq. Bu, Azərbaycana təsirsiz ötüşməz, axı neftin indiki qiyməti manatı saxlamağa yetmir. Bu il Neft Fondunun gəliri, ən yaxşı halda, 7 milyard manat civarında olacaq. Fondun təkcə büdcə qarşısında öhdəliyi isə 8 milyard 100 milyon manatdır. Deməli, Fondda, təxminən, 2 milyard manatadək kəsir yaranacaq».

Samir Əliyev manatın dəyərini inzibati yolla uzun müddət saxlamağın mümkünlüyünə inanmır: «Hökumət bu məsələyə devalvasiya prizmasından yox, ümumi makroiqtisadi sabitliyin qorunması baxımından yanaşmalıdır. Bundan ötrü isə təcili antiböhran proqramı hazırlanmalıdır».

Rəşad Həsənov
Rəşad Həsənov

DEKABRDA DOLLARA TƏLƏBAT DAHA DA ARTACAQ

İqtisadçı ekspert Rəşad Həsənov devalvasiyanın qaçılmazlığını belə əsaslandırır: «MB-nin hesabatından məlum olur ki, müdaxilə xərcləri noyabrdadaha da artıb. Dekabrda isə baş bank daxili bazarlara daha çox dollar buraxmaq məcburiyyətində qalacaq. Çünki idxalçı subyektlərin xarici tərəfdaşlarla ilsonu hesablaşmaları ölkə daxilində dollara tələbatı çoxaldacaq».

VƏTƏNDAŞIN DEVALVASİYA GÖZLƏNTİSİ DƏ...

Ekspertadi vətəndaş və sahibkarların daha bir devalvasiya gözləntilərinin də dollara əlavə tələbat doğuracağını düşünür: «Bu da təzyiqləri artıran səbəblərdən sayılır. Eyni zamanda neft qiymətlərinin ucuzlaşması da ölkəyə dollar axınını azaldır və problem yaradan bir başqa amillə çevrilir. FED dekabrda uçot dərəcəsinin artırılmasına qərar verərsə, dünya birjalarında ABŞ dolları uzun müddət möhkəmlənəcək. MB-nin indiki məzənnə siyasətinə bu da mənfi təsir göstərəcək».

Ekspert əlavə edir ki,dollar təklifinə mənfi təsir edən məqamlardan biri isə miqrant soydaşlarımızın göndərdiyi valyutanın həcminin azalmasıdır: «Hazırda manatın məzənnəsinə müsbət mənada təsir göstərəcək yeganə amil pul kütləsinin azlığıdır. Digər bütün faktorlar isə devalvasiya risklərini artırır».

XS
SM
MD
LG