Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:39

Dünya tarixində ən çox can alan kütləvi qətli heç kim xatırlamır


Çində böyük aclıq dövrü.
Çində böyük aclıq dövrü.

-

Düya tarixinin ən böyük kütləvi qətlini xatırlayarkən

Dünya tarixində ən böyük kütləvi qətlin müəllifi kimdir? Əlbəttə insanlar çoxu bu suala cavab kimi Holocaust-ın ideya müəllifi Adolf Hitlerin adını çəkəcəklər. Yəqin Hitlerdən sonra bu ünvana ən layiqli namizəd Jozef Stalin olar. Axı, Stalin Hitlerinkindən də böyük qətllər törətmiş, dövlət siyasətinə çevirdiyi terror vasitəsilə Holocaustda ölənlərdən qat-qat çox günahsız insanın qətlinə fərman verib.

Mao Zedong Çin Xalq Respublikasının yaranmasını elan edir. 1949-cü il.
Mao Zedong Çin Xalq Respublikasının yaranmasını elan edir. 1949-cü il.

Di gəl ki, Hitler və Stalin bu işdə Mao Zedong-dan qat-qat geri qalırmış. Belə ki, onun 1958-ci ildən 1962-ci ilə qədər davam edən “Böyük sıçrayış” siyasəti 45 milyon insanın həyatını alıb.

“Maonun böyük aclığı” kitabının müəllifi tarixçi Frank Dikötter bu yaxınlardan “History Today” qəzetində yazdığı məqaləsində hər şeyin əslində necə baş verdiyindən danışır:

"Mao düşünürdü ki ölkə boyu kəndliləri nəhəng icmalarda toplayarsa ölkəsi rəqib ölkələri geridə qoya biləcək. Bir utopik cənnət arzusu ilə hər şey kollektivləşdirildi. İnsanların işi, evi, torpağı, mülkiyyəti və dolanışıq vasitəsi kollektivə aid idi. Kollektiv yeməkxanalardaa hər kəsin gördüyü işə görə paylanılan yemək hökümətin əlində insanları zorla partiyanın hər bir əmrinə tabe etmək üçün silaha çevrildi. İş üçün stimul qalmayanda, ac fermerləri işlətmək üçün məcbur etməyə və zorakılığa əl atmağa başladılar. Əslində isə tarlalarda suvarma sistemləri qurulmamış, diqqətdən kənarda qalmışdı.

Frank Dikötterin "Maonun böyün aclığı" kitabının üz qabığı.
Frank Dikötterin "Maonun böyün aclığı" kitabının üz qabığı.

Fəlakətin miqyası gün-gündən böyüyürdü. Əhalinin sayını göstərən statistik qiymətləndirmə, aclıq üzündən on milyonlarla insanın həyatını itirdiyini təsdiqləyirdi. Amma hadisənin həqiqi miqyası ancaq indi, o dövrün partiya tərəfindən dəyişdirilmiş rəqəmlərinin əsli ortaya çıxdıqdan sonra məlum olur.

Dəhşətin qurbanlarının hekayələrindən ibarət böyük və təfsilatlı dosyesi Maonu 1958-ci illə 1962-ci il arası 45 milyon insanın ölümündən cavabdeh birisi kimi gözümüzün önünə çıxarır. Aparılan araşdırmalar təkcə nəticələri kiçildilmiş fəlakəti ortaya qoymur, həmçinin bir çox insanların hansı yolla qətlə yetirildiyini də göstərir: belə ki, ölənlərin 2-3 milyonunun ya ən kiçik səhvlərinə görə ölənə qədər işgəncə verilərək ya da kütləvi qətllərin nəticəsində dünyasını dəyişdiyi məlum olub. Məsəlçün, Hunan əyalətindəki bir kəntdə yerli rəhbər Xiong Dechang bir ovuc buğda oğurlayan oğlanın atasını oğlunu diri-diri basdırmağa məcbur etmişdi. Ata bir neçə gün sonra oğlunun dərdinə dözməyib ölüb.

Buna da bax: "Çinin yoxsul əyalətində öndər Mao-ya “qızıl heykəl” ucaltdılar"

Wang Ziyou məsələsi ilə bağlı mərkəzi hakimiyyətə xəbər verilib ki, o kartof qazmağa getmədiyi üçün cəza kimi qulaqlarının biri kəsilmiş, ayaqları dəmir məftillə bir-birinə bağlanmış və belinə 10 kq-lıq daş salınmış və axırda alov püskürən cihazla yandırılmışdır".

“Böyük sıçrayış” dövrü haqda əsas faktlar uzun müddət alimlərə məlum olub. Ancaq Dikötter-in araşdırmaları qurbanların sayının düşünüldüyündən də çox ola biləcəyini göstərir və kütləvi qətillərin Mao və tərəfdarlarının əli ilə əvvəlcədən düşünülərək, qurbanların böyük hissəsinin edam edilərək, işgəncə verilərək yaxud da sadəcə ac qoyularaq öldürüldüyünü ortaya çıxarır. Hətta əvvəllər məlum olan 30 milyon ya da ondan bir az çox qurban sayı belə bu qətilləri tarixin ən böyük kütləvi qətlinə çevirir.

Buna da bax: "Çində yeni nəsil liderlər seçilir"

“Böyük sıçrayış”ın dəhşətləri kommunizm və Çin tarixi üzrə ekspertlər tərəfindən yaxşı bilinsə də Çinin hüdualarından kənarda sadə adamlar tərəfindən çox az hallarda yada salınır və mədəni təzahürü çox zəifdir. Qərblilər tarixin böyük qəddarlıqları haqda düşünərək, nadir hallarda Çindəki “Böyük sıçrayış”ı da dilə gətirirlər.

Holocaust çeşidli kitablar, filmlər, muzeylər və anım günləri həsr olunsa da, “Böyük sıçrayış”ın xatırlanmasına və ondan dərs çıxarılmasına çox az səy göstəririk. Biz “bir də təkrarlanmasın” dediyimiz şeylərdən bəhs edərkən, bu cür qəddarlığı da rasizm və antisemitizm qəbilindən olan bir cinayət kimi xarakterizə etməliyik.

Buna da bax: "Ukrayna «Qolodomor» qurbanlarını yad edir"

Mao-nun Hitlerinkindən daha çox canlar alması onun Hitlerdən daha qəddar olduğunu göstərmir. Qurbanların sayının çoxluğu Maonun daha uzun dövr içində, sayı daha çox olan əhaliyə hökmranlıq etməsinin nəticəsidir. Mən özüm Holocaustda bir neçə qohumumu itirmişəm və heç də onun önəmini kiçiltmək fikrində deyiləm. Ancaq Çin kommunistlərinin nəhəng miqyaslı qəddarlıqları Holokstla eyni qəbildən bir faciəyə gətirib çıxarıb. Ən azından bu faciə indi olduğundan daha böyük diqqət və hissiyatla qarşılanmalıdır.

Ilya Somin

"Washingtonpost" qəzeti

XS
SM
MD
LG