Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:39

Zavod 870, poliklinika 717, tikiş fabriki 110 min manata... [video]


İntiharlar niyə artır?
Gözlə

No media source currently available

0:00 0:15:20 0:00

Ramiz Mehdiyevin arvadının Novxanıdakı üzümlükləri

Fabrik, poliklinika, yanacaqdoldurma məntəqələri, kafe, restoran və digər dövlət müəssisələri özəlləşdirməyə çıxarılıb.

Hərracları yaxından izləyən müstəqil iqtisadçıların hesablamalarına görə, 2017-ci ildə bu dövlət müəssisələrinin satışından 200 milyon manat əldə olunması gözlənilir.

Hərraclarda qiymətlər də fərqlidir. Məsələn, Suraxanıda 9 saylı Stomatoloji poliklinika 717 min manata, Ucardakı tikiş fabriki 110 min manata, Bakının Qaradağ rayonunda mağaza 60 min manata, Sumqayıtda "Laçın" restoranı 386 min manata, Qusar Kərpic sexi 420 min manata hərraca qoyulub.

Buna da bax:​ Geniş özəlləşdirmə proqramı üzərində iş başladı

"BUNUNLA DA RƏQABƏT OLAR"

Millət vəkili Zahid Oruc hesab edir ki, hökumət öz yükünü azaltmaq üçün bu özəlləşdirməni çoxdan keçirməli idi:

"Biz deyirdik ki, neft dövrünün hökumətiyik. Əhalinin hər 100 min nəfərinə düşən məmur sayına görə dünyada ön yerləri tuturuq. İndi 327 dövlət müəssisə və təşkilatı özəlləşdirməyə çıxarılıb. Biz bunun vacibliyini o vaxtlarda da ona görə deyirdik ki, dövlət öz yükünü azaltsın. Bununla həm də rəqabət mühiti formalaşmış olur, həm də ümumdaxili məhsulda dövlət deyil özəl sektor da iştirak edir".

Buna da bax:​ Özəlləşdiriləcək müəssisələrin tam siyahısı

"1 MANATLIQ İŞİ 10 MANATA RƏSMİLƏŞDİRMƏZLƏR"

Bir neçə gün öncə Tarif Şurası elektrik və təbii qazın qiymətlərini artıran qərar verib. Millət vəkili Fazil Mustafa isə bu qərarların verilməsində də özəlləşdirmənin təsirlərini görür. O hesab edir ki, əhaliyə qaz, işıq satan müəssisələr də özəlləşdirilsəydi bəlkə də belə qiymət artımları olmazdı:

"Qiymətin artmasının səbəbi odur işıq, qaz, su sahələri, AZAL və digər müəssisələr hələ də özəlləşdirilməyib. Çünki özəlləşdirilsəydi dövlət büdcəsindən alınan 1 manatlıq xərci 10 manat kimi rəsmiləşdirməyəcəkdi".

Millət vəkilləri bu fikirlərini Maliyyə naziri Samir Şərifovun da qatıldığı parlamentin komitə iclasında səsləndiriblər.

Buna da bax:​ AzərTac da publik hüquqi şəxsə çevrilir

YÜZLƏRLƏ İŞÇİSİ OLAN ZAVODUN 3 NƏFƏR ƏMƏKDAŞI?

Böhrandan sonra dövlət büdcəsinin xərclərini azaltmaq üçün bəzi dövlət müəssisələri özəlləşdirməyə çıxarılıb. Turan İnformasiya agentliyinin hərracları yaxından izləyən iqtisadiyyat yazarı Hafiz Babalı bildirir ki, ümumilikdə hardasa 2 min 800 müəssisənin özəlləşdirilməsi planlaşdırır. O ötən hərraclarla müqayisədə bu dəfə satışın bazar qiymətinə uyğun, qismən rəqabətli şəraitdə keçirildiyini vurğulayır. Amma bildirir ki, hərracların anonsu, hərraclara etibar kimi problemlərlə yanaşı qanun pozuntuları da var:

"Məsələn, Gəncədəki Pambıqəyirici Zavodun nümunəsində görürük ki, yüzlərlə işçisi olan, özü də işlək durumda olan, gündəlik gəliri olan müəssisənin cəmi 3 nəfər əməkdaşı əmək kollektivinin üzvü kimi tanınıb. Onların 870 min manatlıq müəssisəni almaq hüququ yaranıb. Digərlərinin hüquqları faktiki olaraq, pozulub".

Buna da bax:​ Səhiyyəni publik hüquqi şəxsə çevirmək nə deməkdir? [ekspert rəyi]

HƏRRACLARA NİYƏ MARAQ AZDIR?

Hafiz Babalı əlavə edir ki, dövlət müəssisələrinin hərraca çıxarılmasına sentyabr ayından başlanıb. Amma hərraclarda elə də aktivlik yoxdur. Hafiz Babalı bunu əsas iki səbəblə izah edir. Birincisi, Dövlət Əmlak Komitəsinə inamsızlıq, ikincisi hərraclar haqda məlumatların xarici investorlara çatımsızlığı.

Yeməkxanadan, bufetdən tutmuş iri zavoda kimi müxtəlif dövlət müəssisələrinin özəlləşdirilməsindən Bakı sakinlərinin xəbəri varmı? Onlar da hansısa müəssisələrdən pay almağa can atırlarmı? Bu proseslər onlara nə qədər maraqlıdır? Bakı sakinlərini eşidək:

"Mən Azərbaycan hökuməti ilə oyun oynamıram"
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Hərraca çıxarılan müəssisələr, ilkin hərrac qiymətləri və tarixləri haqda məlumatlar Dövlət Əmlak Komitəsinin saytında, və www.privatization.az saytında yerləşdirilir.

XS
SM
MD
LG