Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 06:43

Huawei Harmony əməliyyat sistemini işə salır


Richard Yu HarmonyOS-u təqdim edir
Richard Yu HarmonyOS-u təqdim edir

Çinin Huawei Technologies şirkəti avqustun 9-da smartfon və digər cihazlar üçün Harmony əməliyyat sistemini təqdim edib. ABŞ-ın mayda şirkətə sanksiyalar açıqlayıb, Android daxil olmaqla Amerika texnologiyasına çıxışını kəsməklə hədələyib.

Ancaq Huawei bildirib ki, indilik smartfonlarda Google-nun Android sistemi işlənəcək, yeni proqram tədricən smart qol saatları, spikerlər, virtual reallıq qacetlərində işə salınacaq.

“Birdəfəlik öz apps-lərini yaradırsan...”

Huawei özünün mikromexanizmlər və proqram texnologiyasını hazırlamaqla ABŞ firmalarından asılılığını azaltmağa çalışır. Bu arada ABŞ-Çin ticarət müharibəsi qızışmaqdadır.

Arxiv fotosu
Arxiv fotosu

Huawei proqram haqda az bilgi verir, onun Android sisteminə tezliklə və effektiv alternativ tapa biləcəyi suallar yaradırdı.

“Harmony əməliyyat sistemi Android və iOS-dan tamamilə fərqlidir”, – şirkətin istehlakçı qrupunun rəhbəri Richard Yu deyib. Android Alphabet Inc-in (GOOGL.O) Google şirkətinə, iOS isə Apple Inc-ə (AAPL.O) aiddir.

“Birdəfəlik öz apps-lərini yaradıb sonra onları çevik şəkildə müxtəlif cihazlarda tətbiq edə bilərsiniz”, – Yu Çinin cənubunda keçirilən konfransda deyib.

ABŞ Prezidenti Donald Trump administrasiyası xəbərdarlıq edib ki, Huawei Çinin casusluq fəaliyyətində alət ola bilər və şirkəti qara siyahıya salıb. Yəni, bu telekommunikasiya nəhəngi ilə iş görən ABŞ korporasiyaları indi buna görə xüsusi lisenziya almalıdırlar.

Ticarət naziri Wilbur Ross ötən həftə deyib ki, Vaşinqton bu həftə Huawei-yə məhsul satmaq üçün xüsusi lisenziya istəmiş şirkətlərə cavab verə bilər.

Huawei rəsmisi Yu-nun sözlərinə görə, şirkət Android-dən istifadəni davam etdirməklə bağlı yenilənmiş bilgiyə malik deyil.

Samsung-un da öz əməliyyat sistemi var

Huawei öz proqramları ətrafında möhkəm ekosistem quran ilk şirkət deyil. Rəqibi Samsung Electronics (005930.KS) smart qol saatlarında və televiziyalarda Tizen adlı əməliyyat sistemindən istifadə edir.

Bu Cənubi Koreya firması Tizen-i smartfonlarda tətbiq etməyə çalışsa da, developerlərin dəstəyi olmadığından alınmayıb.

Konfransa qatılan investor Marko Yang isə deyib ki, Çin bazarının həcminin Huawei-yə belə bir problemin öhdəsindən gəlməyə kömək edəcəyinə inanır. Huawei məhsul ekosistemində 800 mindən artıq developer olduğunu bildirir.

“Çin bazarı nəhəngdir, çoxlu istifadəçi, onların böyük tələbləri var və onların tələbinin həlli bir çox apps, məhsulu ortaya çıxaracaq... bu, bir özək ekosistem yaradacaq və Çin bazarı sonradan okeanın o tayındakı bazarı da cəlb edəcək”, – Yang vurğulayıb.

Huawei bildirir ki, şənbə günü Harmony ilə işləyən yeni “smart ekran”ın təqdimatını keçirəcək. Şirkət çincə “Hongmeng” adlanan əməliyyat sisteminin digər cihazlarla bağlı planlarını 2022-ci ilədək açıqlayacağını bəyan edib.

XS
SM
MD
LG