Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 04:59

İran yeni Sovet İttifaqına çevrilə bilərmi – Qərb mediası


İranın Shahab-3 yer-yer tipli raketi
İranın Shahab-3 yer-yer tipli raketi

İran liderlərinin supergücə çevrilmək niyyəti yoxdur, ancaq Fars İmperiyası kimi region hegemonu olmağın həsrətini çəkirlər. İndiyədək İran ucuz başa gələn müharibələrə girişib, proksilərdən istifadə edib, Birləşmiş Ştatlar kimi Vyetnama, İraqa, Əfqanıstana əsgərlər göndərməyib. “The National Interest” dərgisində Michael Peck hətta ucuzvari müharibənin də baha başa gələ biləcəyini yazır.

Müəllifin fikrincə, İran ordusu qeyri-standart metodlarla müharibə aparmaqdan adi silahlarakeçir. Bu, düşməni vurmaq üçün daha artıq ballistik raketlərin hazırlanması, Fars Körfəzini neft tankerlərinin üzünə bağlamaqdan ötrü minalar və digər donanma silahlarının əldə olunmasından ibarətdir. Bu haqda İranın hərbi gücünə dair yeni hesabatda söz açılır. Hesabatı Pantaqonun kəşfiyyat xidməti olan Müdafiə Kəşfiyyatı Agentliyi (MKA) hazırlayıb.

Müəllif Tehranın bütün bu sözügedən qabiliyyəti necə inkişaf etdirəcəyini sual edir.

Çətinliklər

Agentlik İranın qeyri-standart metodlardan istifadəni davam etdirəcəyini gözləyir, yəni, terrorçuluğu, Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanı kimi düşmənlərinə qarşı Hizbulla kimi proksiləri dəstəkləyəcək. Eyni zamanda Tehran adi silahlarını təkmilləşdirəcək, agentlik bildirir. İranın son beşillik inkişaf planında prioritet raketlərə, donanma qüvvələrinə, havadan müdafiəyə verilir.

Pentaqonun təhlilçiləri eyni zamanda belə bir ambisiyalı proqramın baha başa gələcəyini vurğulayırlar.

“Bu məqsədlərə baxmayaraq, davam edən maliyyə sıxıntıları və sanksiyalar İranın hərbi modernləşmə cəhdlərini çətinləşdirəcək. Tehran belə bir mühitdə prioritetlərini bütünlükdə əldə etməyə bilər. Yaxın Şərqdə mürəkkəb təhlükəsizlik durumu – ABŞ qüvvələrinin qalması, İsrailin üstün qüvvəyə çevrilmə potensialı, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin artan hərbi qabiliyyəti İranın adi qüvvələrini qurmasını daha da mürəkkəbləşdirəcək”, – MKA proqnozlaşdırır.

Müəllif bu hesabatın bu ilin avqustunda hazırlandığını, sentyabrda Səudiyyənin neft obyektlərinə hücumları əhatə etmədiyini qeyd edir. Hücumları İranın Yəməndə dəstəklədiyi husi yaraqlıları həyata keçirib. Bu ilin iyununda isə İranın yer-hava tipli raketi ABŞ-ın kəşfiyyat dronunu vurdu. “Səudiyyəlilər, israillilər və amerikalılar İranın raket-dron qabiliyyətin də nəzərə almamış olmazlar”, – məqalədə vurğulanır.

XS
SM
MD
LG