Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:56

Çində virusdan ölənlərin sayı 80-ə çatıb


Los Anceles aeroportunda sərnişinlər
Los Anceles aeroportunda sərnişinlər

Çin hakimiyyəti bildirir ki, yeni koronovirusun yayılma qabiliyyəti güclənir və infeksiya daha da yayıla bilər. Hazırda ölkədə 2 min 700-dən artıq adam virusa yoluxub, 80 nəfər dünyasını dəyişib.

Çinin Səhiyyə naziri Ma Xiaowei yanvarın 26-da deyib ki, ölkə “kritik mərhələ”yə girir, çünki “virusun yayılma qabiliyyətinin gücləndiyi görünür”.

Xiaowei-nin sözlərinə görə, səyahət qadağaları və digər sərt tədbirlər xərcləri minimuma sala və bunu maksimum sürətlə edə bilər.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru yanvarın 26-da deyib ki, koronavirus epidemiyası ilə bağlı Çin rəsmiləri və səhiyyə ekspertləri ilə danışıqlar aparmaq üçün Pekinə yollanıb.

Dünyanın bir sıra ölkələrində virusa yoluxma halları aşkarlanmaqdadır.

İndilik, ölüm hallarının hamısı Çində baş verib. Tailand, Avstraliya, Birləşmiş Ştatlar, Kanada, Fransa və bir sıra digər ölkələrdə də yoluxma halları qeydə alınmaqdadır.

Əlavə min xəstə gözlənir

Epidemiyanın episentri sayılan Vuhanın meri şəhərdə 1000 yeni xəstə gözləndiyini deyib.

Birləşmiş Ştatlar, Fransa və Yaponiya həmin şəhərdəki vətəndaşlarını çıxarmağa hazır olduqlarını bəyan ediblər.

Prezident Xi Jinping yanvarın 25-də bildirib ki, Çin “yeni koronavirusun sürətlə yayılmasından dolayı ağır vəziyyətlə üzləşib”.

Getdikcə giriş-çıxış nəqliyyatının qadağan olunduğu şəhərlərin sayı da artır.

Çinin Səyahət Xidmətləri Assosiasiyası səyahət agentliklərini qruplarla səyahətləri dayandırmağa çağırıb. Çünki elə bayram mövsümündə milyonlarla adamın səyahətə çıxması epidemiyanın yayılmasını gücləndirib.

Ölüm hallarının çoxu 50 və daha yuxarı yaş qruplarında qeydə alınıb, rəsmilər belə deyirlər.

Bu virus koronaviruslar ailəsinə aiddir. Bəzi hallarda yumşaq keçsə də, bəzən soyuqdəymə, qripə xas simptomlarla üzə çıxır, öskürək, qızdırmayla müşayiət olunur. Daha kəskin hallarda təngnəfəslik müşahidə olunur.

Bu virus pnevmoniyaya çevrilə, ölümlə nəticələnə bilər.

XS
SM
MD
LG