Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Snapchat Trump-ın postlarını yaymır


Snapchat-in loqosu
Snapchat-in loqosu

Snapchat sosial şəbəkəsi dünən – iyunun 3-də bildirib ki, ABŞ Prezidenti Donald Trump-ın postları “irqi zorakılıq” qızışdırdığından onların yayılmasını dayandırır.

“Hazırda Snapchat-ın Discover platformasında prezidentin yazdıqlarının yayımını dayandırmışıq”, – Snapchat “Frans Pres” agentliyinin sorğusuna cavabında bildirib.

“Discover” gənclərə fokuslanan bu sosial şəbəkənin tövsiyə olunan kontent bölümüdür.

“İrqi zorakılıq və ədalətsizliyi qızışdıran səsləri Discover-də təbliğ etməklə onları ucaltmayacağıq”, – şəbəkə vurğulayıb.

Bundan öncə Twitter Trump-ın zorakılığı təbliğ etdiyi iddia olunan postunu görünməz edib. Rəqib Facebook isə ABŞ prezidentinin saxta, yaxud qızışdırıcı postlarını sanksiya etməkdən imtinasına görə problemlə üzləşib.

Həftəsonu Snapchat-ın təsisçi şirkəti Snap-ın rəhbəri Evan Spiegel işçilərinə göndərdiyi uzun məktubda ABŞ-da irqi ədalətsizlik və zorakılıq “irsi”ni pisləyib.

“Şər və yanlışın qarşısında susduğumuz hər dəqiqə şərə yol verənləri dəstəkləmiş oluruq”, – Spiegel yazıb.

Hesablar qalır, amma...

Minnesota ştatında qaradərili vətəndaşın polisin əlində ölməsi ölkədə etirazlara səbəb olub. Bir sıra şirkətlər buna qəzəbli reaksiya veriblər.

Spiegel deyir ki, Snapchat ABŞ-da irqi zorakılığı qızışdıran şəxslərə bağlı hesabları təbliğ etməyəcək.

Kaliforniyada yerləşən Snapchat “Discover” xidmətində istifadəçilərə kontent tövsiyə edir.

Trump-ın hesabları platformada qalır, sadəcə, daha tövsiyə olunanlar siyahısında olmayacaq.

Əgər dərc olunan kontent bizim qaydalarımıza uyğundursa, bölücü şəxslərin Snapchat-də hesab saxlamasına icazə verə bilərik, amma bu hesabı, yaxud kontenti heç cür təbliğ etməyəcəyik”, – Spiegel məktubunda qeyd edir.

Snapchat daha çox gənc internet istifadəçiləri arasında populyardır. Bu sosial şəbəkə iddia edir ki, ABŞ-dakı “Z nəslinin” yarıya qədəri xəbərləri onun “Discover” xidmətindən oxuyur.

Twitter şirkəti mayın 29-da Trump-ın “qarət törədilərsə, atəş də açılar” ifadəsi yazılmış postuna xəbərdarlıq nişanı qoymuşdu.

Bununla da Twitter bildirmişdi ki, bu post zorakılığı tərənnüm etməklə platformanın prinsiplərini pozub.

XS
SM
MD
LG