Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:54

Karantin bir həftəyə bitir, bəs sonra?


Bakıda karantin yoxlaması, 21 iyun 2020
Bakıda karantin yoxlaması, 21 iyun 2020

Azərbaycanda koronvirus pandemiyasi ilə bagli elan edilən karantin rejimi avqustun 31-də başa çatmalıdır. Ancaq son bir neçə gündə COVİD-19 infeksiyasına yoluxanların sayının artması karantin müddətinin uzadılıb-uzadılmayacağı, əgər uzadılacaqsa rayonlara gediş-gəlişə icazə verilib-verilməyəcəyi və ticarət mərkəzlərinin açılıb-açılmayacağı ilə bağlı sualların səslənməsinə səbəb olub.

“Evdə qal” karantini insanları bezdirib...”

AzadliqRadiosunun yaranan suallarla bağlı müraciət etdiyi şəxslər məsələyə fərqli yanaşıblar. Tibb sahəsi üzrə professor Adil Qeybulla hesab edir ki, karantin rejimi birdəfəlik ləğv olunmalı və diqqət karantin davranışlarına yönəlməlidir:

“ Çünki insanlar evdə qalmaqdan beziblər. Ona görə də insanların karantin davranışlarına əməl edilməsi üçün maarifləndirmə işi aparılmalıdır. Yəni “Evdə qal” karantini insanları bezdirib. Bu baxımdan insanlar qapalı mühitdə maska taxmağa, fiziki məsafə gözləməyə, dizinfeksiyadan istifayə fikir verməlidir. Sadalananlarla pandemiyanın içində yaşamaq mümkündür. Postpandemiya dövründə araşdırma aparılsa, məlum olacaq, ən doğrusu bu idi.

Adil Qeybulla, arxiv foto
Adil Qeybulla, arxiv foto

Adil Qeybulla bildirib ki, toylara, yaslara və rayonlara gediş-gəliş qadağaları götürülməlidir. “Operativ Qərargah ən optimal variantı tapacaq”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Babaoğlu isə bildirib ki, karantin qaydaları həssas olduğundan bu barədə danışarkən diqqətli olmaq vacibdir,Onun fikrincə, nəticə etibarıyla söhbət xalqın sağlamlığından gedir:

“Bilirsiniz, Operativ Qərargah bizim bildiyimiz və bilmədiyimiz bütün məlumatları əldə edir, koronavirusa yoluxmada azalmanı və artmanı müşahidə edir, təhlildən sonra doğru qərarlar verir. Üstəlik də, dünya təcrübəsi və Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin rəyləri olur. Ona görə də qərar verərkən tələsmək, məhdudiyyətləri uzatmaq olmaz. Güman ki, Operativ Qərargah ən optimal variantı tapacaq”.

Hikmət Babaoğlu xatırladıb ki, hazırkı yoluxma sayı 150 ətrafındadır, halbuki, Qurban Bayramına ( iyulun 31-i, avqustun 1-i) qədər 76-ya qədər enmişdi.Onun fikrincə yoluxmada artımın nə üçün baş verməsi araşdırılmalıdır, bu dinamikaya baxıb, sonra qərar vermək olar. Deputat hesab edir ki, qərargahın ekspertləri bu informasiyaları təhlil edib rəy verəcəklər:

“Mənim mövqeyimə gəldikdə, vətəndaşların qeydinə qalıb qərarlar verilir. Biz nə qədər məsələyə yaxın olsaq da, fərdi qərarlar yox, ümumləşdirilmiş qərarlara ehtiyac var”.

“Karantin müddəti uzadılmalıdrmı?

Hikmət Babaoğlu, arxiv foto
Hikmət Babaoğlu, arxiv foto

Uzadılmalıdırsa, bəs rayonlara gediş-gəliş yoxdu,mollar açılmayıb, bir az da yumşalma ola bilərmi? Ümumiyyətlə, rayonlara icazə ilə bir çox insanlar buraxılsa da, onların qızdırmasının olub-olmamasi yoxlanmır.” sualına Hikmət Babaoğlu belə cavab verib:

“Bu barədə dəqiq məlumatım yoxdur, əgər sizdə fakt varsa, müvafiq qurumlara məlumat verin ki, inzibati tədbirlər görülsün. Mən istisna etmirəm belə halların olmasın, amma küləvi olduğuna inanmaq istəmirəm. Çünki hər birimiz şəhərdə oluruq və xeyli dərəcədə qaydalara riayət edildiyini ngörürük. Mən özüm ticarət mərkəzlərinə gedəndə, istiliyimi yoxlayırlar”.

Xatırlatma

Karantin, arxiv foto
Karantin, arxiv foto

COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uazadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu əks-proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirildi. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazə almalı olurdular.

Avqustun 5-dən sərt karantin rejimi bir qədər yumşaldılıb. SMS-lə icazə yenidən ləğv edilib, çimərliklər açılıb. Amma rayonlara gediş-gəliş qadağası qalır.Üstəlik,iri ticarət mərkəzləri də açılmayıb. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 23 milyon 383 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 808 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi 35105 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 515 nəfərin vəfat etdiyi açıqlanıb. Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.

XS
SM
MD
LG