Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:35

Fransa malları necə boykot olunur


Küveytdə Fransa malları rəflərdən yığışdırılıb
Küveytdə Fransa malları rəflərdən yığışdırılıb

İslam dininin beşiyi sayılan Səudiyyə Ərəbistanı da karikaturaları, islamı terrorçuluqla bağlamaq cəhdlərini pisləyib

İranın Xarici İşlər Nazirliyi Fransanın müvəqqəti işlər vəkilini Məhəmməd peyğəmbərin karikaturaları ilə əlaqədar çağırıb. İranın IRIB dövlət televiziyası bu haqda bu gün – oktyabrın 27-də məlumat yayıb.

Diplomata bildirilib ki, İran “İslamın Peyğəmbərinin hər hansı formada təhqirini, ona sayqısılığı” qətiyyətlə rədd edir.

Səudiyyənin mövqeyi

İslam dininin beşiyi sayılan Səudiyyə Ərəbistanı da karikaturaları, islamı terrorçuluqla bağlamaq cəhdlərini pisləyib. Ancaq krallıq karikaturaların Fransada dövlət binalarının üstündə göstərilməsinə qarşı müsəlman ölkələrinin çağırışlarına dəstək bildirməyib.

Xarici İşlər Nazirliyinin rəsmisi bəyanatında deyib ki, krallıq terrorçuluğun bütün formalarını pisləyir.

Parisdə peyğəmbərin karikaturalarını ifadə azadlığı dərsində uşaqlara göstərən müəllim bu ay qətlə yetirilib.

Karikaturalar müsəlman dünyasını qəzəbləndirib. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Fransa mallarının boykotuna çağırıb. Pakistan parlamenti isə hökuməti Parisdəki səfiri geri çağırmağa səsləyən qətnamə qəbul edib.

“Reuters” yazır ki, Səudiyyə Ərəbistanında sosial mediada Fransanın “Carrefour” supermarketlər şəbəkəsini boykot çağırışları səslənsə də, bazar ertəsi onların işində elə bir axsama hiss olunmayıb. Şirkətin Fransadakı təmsilçisi də elə bir təsir hiss etmədiklərini deyib.

Qonşu Küveytdə isə bəzi supermarketlərin Fransa mallarını satışdan yığışdırdığı xəbər verilir.

Fransa şirkətlərinə nə qədər ziyan dəyəcək

“Reuters” müsəlman ölkələrində işləyən Fransa şirkətləri və sektorlarını araşdırıb.

Fransa kənd təsərrüfatı məhsullarının əsas ixracatçısıdır və ixracın 3 faizi Yaxın Şərqə gedir. Dənli məhsullar bu ixracın böyük hissəsini təşkil edir. Əlcəzair Fransa üçün onuncu ixrac bazarıdır, 2019-cu ildə bu ölkəyə 1.4 milyard avroluq məhsul ixrac olunub. Karikatura məsələsini pisləmiş Mərakeş isə 17-ci yerdədir, ötən il 700 milyon avroluq məhsul idxal edib.

Enerji sektoruna gəlincə, Fransanın Total şirkəti bir çox müsəlman ölkələrində işləyir. Pakistan, Banqladeş və Türkiyədə Total əsasən neft-kimya və neft məhsulları satır. Səudiyyə Ərəbistanı və bir sıra digər körfəz ölkələrində isə bu şirkət tədqiqat, hasilat, bəzi hallarda emala sərmayə qoyur.

“Reuters”in əməkdaşları bazar günü Küveyt şəhərində bir ticarət mərkəzində “L’Oreal” şirkətinin hazırladığı kosmetika və dəriyə qulluq məhsullarını yığışdırıldığını görüb. Ancaq agentlik yazır ki, Yaxın Şərq Afrikayla birlikdə “L’Oreal”ın gəlirlərində cəmi 2 faizlik yer tutur.

XS
SM
MD
LG