Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:27

Keçmiş prezidentlər Paşinyana cavab verdilər


Levon Ter-Petrosyan (solda) və Robert Koçaryan
Levon Ter-Petrosyan (solda) və Robert Koçaryan

Ertəsi gün Bako Saakyan və Arkadi Qukasyan Paşinyanla görüşdə bəyan ediblər ki, Qarabağın statusu dəqiqləşmədən, yaxud dəqiqləşdirmə mexanizmi olmadan hansısa sazişə razı deyillər

Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyanın və Robert Koçaryanın ofisləri baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsində məğlubiyyətlə bağlı son bəyanatlarına münasibət bildirib.

Paşinyan son günlər yazdığl Facebook postlarında müharibə günlərində Ter-Petrosyanın və Koçaryanın Moskvaya planlaşdırılan görüşü barədə yazıb.

AzadlıqRadiosu Erməni xidmətinin bildirdiyinə görə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan özünün Facebook səhifəsində yazıb:

“Prezident Levon Ter-Petrosyan milləti fəlakət məhvinə aparan şəxsin ruhi çapalamasına şərh verməyi mənasız sayır. Qoy ağzına gələni danışsın. Onsuz da onun bağışlanmaq şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”.

Öz növbəsində keçmiş prezident Robert Koçaryanın nümayəndəsi Viktor Soqomonyan Facebook-da yazıb:

“Yalan və faktların saxtalaşdırılması Nikolun ayrılmaz bir hissəsidir”.

Bundan əvvəl baş nazir Nikol Paşinyan Qarabağda müharibə günlərində baş verənlərlə bağlı təfərrüatlardan yazmışdı.

O noyabrın 30-da yazdığı postda oktyabr ayında Levon Ter-Petrosyan və Robert Koçaryanın Moskvaya mümkün səfərindən bəhs edib.

O yazır ki, son nəticədə “eks-prezidnetlər Moskvaya getmədilər”.

Oktyabrın 30-da ikinci prezident Robert Koçaryanın ofisi onun koronavirusa yoluxması səbəbindən Moskvaya gedə bilməyəcəyini xəbər vermişdi.

Paşinyan: 'Dedim ki, Şuşanın verilməsini təsəvvür etmirəm'

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 30-da səhər “Facebook” səhifəsində Dağlıq Qarabağın keçmiş separatçı liderləri ilə müharibə vaxtı görüşünün detallarını açıqlayıb.

Onun sözlərinə görə, oktyabrın 20-də Arkadi QukasyanBako Saakyan Ermənistanın və Dağlıq Qarabağdakı separatçıların indiki və keçmiş liderlərinin görüşünü təşkil etməyi təklif edib. Növbəti görüşdə Qukasyan və Saakyan ona deyiblər ki, ideyaya bir nüans əlavə olunub – Levon Ter-PetrosyanRobert Koçaryan Moskvaya getmək, orada yüksək səviyyədə görüşlər keçirmək istəyirlər. Ona görə də görüş onların səfərindən sonra təşkil olunacaq “informasiya müqayisə olunacaq, vəziyyətin daha ətraflı müzakirəsi aparılacaq”.

“Dedim ki, buna qarşı deyiləm, hətta dövlət təyyarəsi ayıraram, qoy getsinlər, görüşsünlər, qayıtsınlar. Ancaq mənim razılığımdan sonra Artsaxın (ermənilər Qarabağa belə deyirlər) keçmiş prezidentləri başqa məsələ qaldırdılar. Dedilər ki, Rusiya Prezidenti Vladimir Putin qarşısında məsələ qaldırmalıyam ki, Levon Ter-Petrosyanı və Robert Koçaryanı xüsusi elçi kimi qəbul eləsin”, – Paşinyan yazır.

Putin soruşsa ki...

O isə cavabında deyib ki, Rusiya prezidenti ilə bəzi günlər 5-6 dəfə telefonla danışır. Birdən Putin ondan soruşsa ki, birbaşa deyə bilmədiyi, xüsusi elçilər vasitəsilə demək istədiyi nədir, nə cavab versin?

Paşinyan belə bir variant irəli sürüb ki, Ter-Petrosyanla Koçaryanın keçmiş prezidentləri kimi Moskvaya təcili protokol səfəri təşkil olunsun, orada onlar Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin qonağı olsunlar, Rusiya prezidenti, xarici işlər naziri, digər yüksək vəzifəlilərlə görüşsünlər.

Bundan sonra Qukasyan və Saakyan bu variantı Ter-Petrosyan və Koçaryanla müzakirə etməyə gediblər və təklif olunan variant onlara maraqlı gəlməyib. Saakyan Paşinyana deyib ki, Ter-Petrosyan və Koçaryanın Sergey Lavrovla görüşlə bağlı razılaşması var.

“Bu halda məndən istəyirlər? Danışıblarsa, qoy Moskvaya getsinlər və görüşsünlər. Problemin Koçaryanın pasportunda olduğu üzə çıxdı, axı, onun işi məhkəmədədir. Mən də dedim ki, qoy məhkəmə iddiası qaldırsın, mən prokurorluqdan xahiş edərəm ki, pasportun qaytarılmasına etiraz etməsin. Belə də oldu. Məhkəmə Koçaryanın pasportunu qaytardı, ancaq Ter-Petrosyan və Koçaryan yenə də Moskvaya getmədilər”, – Paşinyan yazır.

Oktyabrın 30-da Koçaryanın koronavirusa yoluxduğu, özünütəcrid rejiminə keçdiyi xəbəri yayılmışdı. Səfərin təxirə salınmasına bunun səbəb olduğu güman edilirdi.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibəni dayandırmaq cəhdlərindən danışıb. Onun sözlərinə görə, Qarabağda separatçıların lideri Araik Arutyunyan hələ oktyabrın 19-da ona deyib ki, müharibəni dayandırmaq lazımdır. “O bildirdi ki, bu təkcə özünün deyil, Qarabağın əvvəlki prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, eləcə də Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sakisyan və Levon Ter-Petrosyanın mövqeyidir”, – o əlavə edib.

“Artıq qərar vermişdim”

Paşinyanın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinə zəng edib, o isə deyib ki, bu, Rusiyanın təkliflərinin məntiqi əsasında edilməlidir. Yəni, status məsələsini təxirə salmaq, rayonları təhvil vermək və rus sülhməramlılarını yerləşdirmək. “O razılaşdı və danışdıq ki, mən bir də müzakirələrdən sonra zəng edim”, – Paşinyan “Facebook” səhifəsində yazıb.

O qeyd edir ki, separatçıların lideri təklifə razılaşıb, parlamentdən kənar qüvvələrə də bu haqda informasiya verib, daha sonra Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda parlament fraksiyalarının təmsilçiləri, prezident, katolikos da iştirak edib. “Müxalifətçilər xəbəri narazılıqla qarşıladılar, ancaq mən dedim ki, onların üzərinə hansısa məsuliyyət qoymaq istəmirəm. Sadəcə, onlara informasiya verirəm ki, elə çıxmasın, nəyisə gizli, xalqın arxasından edirəm”, – deyən Paşinyan Putinə zəng edərək razı olduğunu deyib. Putinsə bildirib ki, məsələni səhərə qədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcək, sonra onunla danışacaq.

Ertəsi gün Bako SaakyanArkadi Qukasyan Paşinyanla görüşdə bəyan ediblər ki, Qarabağın statusu dəqiqləşmədən, yaxud dəqiqləşdirmə mexanizmi olmadan hansısa sazişə razı deyillər.

“Amma bu vacib deyildi, artıq qərar vermişdim və işi başa çatdırmaq fikrindəydim”, – Paşinyan yazır.

Laçındakı qondarma rəhbərlik əhaliyə buranı tərk etməməyi deyir
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

“Bu halda Şuşada əhalinin 90 faizi azərbaycanlılar olacaqdı”

Onun sözlərinə görə, ertəsi gün Rusiya prezidenti ona zəng edib, İlham Əliyevin şərtlərə razı olduğunu söyləyib. Ancaq bir şərtlə ki, sülhməramlılar Dağlıq Qarabağ sərhədi boyunca deyil, faktiki təmas xətti boyunca yerləşsinlər, çünki Hadrut və Talış artıq Azərbaycanın nəzarətindədir. “Həm də Ermənistan tərəfi azərbaycanlıların Şuşaya qayıtması öhdəliyi götürsün. Buna görə də atəşkəs alınmadı, çünki dedim ki, hətta Hadrut məsələsində razılaşsam belə, Şuşanın Azərbaycana verilməsini təsəvvür etmirəm. Rusiya prezidenti azərbaycanlıların Şuşaya qayıtmasına qarşı çıxmağıma təəccübləndi. Mən arqumentlərimi gətirəndə dedi ki, məntiqidir, o, bəzi nüansları bilməyib. Problem onda idi ki, bu halda Şuşada əhalinin 90 faizi azərbaycanlılardan ibarət olacaqdı və Stepanakertə (Xankəndi) gedən yola nəzarət olunacaqdı”, – Paşinyan deyir.

Baş nazir əmindir ki, Şuşanı təslim etməyə razılaşaydı, Azərbaycan yeni şərt - Qırmızı Bazar- Şuşa yolunun Azərbaycanın nəzarətində olmasını irəli sürəcəkdi.

Gəncə sakini: Övladlarımı istəyirəm, yoxdur...
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

“Beləliklə, razılaşma əldə olunmadı. O zaman Cəbrayıl, Hadrut, yaxınlıqdakı bir neçə kənd, Füzuli, Talış itirilmişdi”, – yazan Paşinyan buna qədər artıq iki dəfə razılaşdırılan atəşkəsin iflasa uğradığını vurğulayır.

Azərbaycan hakimiyyəti indiyədək 9 noyabr atəşkəs razılaşmasının necə əldə olunmasının detallarını açıqlamayıb. İctimaiyyətə saziş noyabrın 10-na keçən gecə açıqlanıb. Sonradan yayılan ziddiyyətli (Kəlbəcər rayonunun 30 kəndinin Ermənistanda qalması və s.) informasiyalarla bağlı rəsmi açıqlama verilməyib və ölkə mediası hər dəfə Ermənistan və Rusiyadakı mənbələrə istinad etməli olub.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin isə noyabrın 17-də "Rossiya 24" dövlət kanalına müsahibəsində deyirdi ki, hələ oktyabrda danışıqlar zamanı İlham Əliyevi döyüşlərin dayandırılmasına inandıra bilib, amma Əliyev qaçqınların Şuşa şəhərinə qaytarılması şərtini qoyub. Putinin sözlərinə görə Paşinyan “gözlənilmədiyi halda” bu şərti qəbul etməyib. Rusiya prezidenti deyib ki, bu müharibəyə qədər Şuşanın qaytarılması məsələsi qoyulmamışdı.

Sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib. Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, münaqişə tərəfləri hazırda tutduqları mövqelərdə qalırlar. Adam rayonu noyabrın 20-də, Kəlbəcər isə noyabrın 25-də Azərbaycana qaytarılıb. Dekabrın 1-dək Laçın rayonunun da Azərbaycana təhvil verilməsi nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

XS
SM
MD
LG