Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:48

Ermənistan prezidenti hökuməti istefaya çağırır


Armen Sarkisyan
Armen Sarkisyan

Onun sözlərinə görə, bu, müvəqqəti hökumətdə hər partiyadan bir nazir olması anlamına gəlmir. Sarkisyan hesab edir ki, texnokrat hökuməti hamının hörmət etdiyi şəxs formalaşdırmalıdır

Ermənistanda vaxtından əvvəl seçkilər və milli birlik hökumətinin qurulması yaranmış böhranın yeganə sivil həll yoludur. Bunu Prezident Armen Sarkisyan Moskvada erməni icmasının təmsilçiləri ilə görüşündə deyib.

“Belə böyük faciə baş verən istənilən ölkədə həll yolu var: buna gətirib çıxarmış hökumət getməlidir. Siyasətçi güclüdürsə, sonradan qayıda bilər... Sivil yol var – növbədənkənar seçkilər, müvəqqəti milli birlik hökumətinin yaranması”, – prezident vurğulayıb.

Onun sözlərinə görə, bu, müvəqqəti hökumətdə hər partiyadan bir nazir olması anlamına gəlmir. Sarkisyan hesab edir ki, texnokrat hökuməti hamının hörmət etdiyi şəxs formalaşdırmalıdır. Onun fikrincə, bu hökumət yarım il, yaxud bir il, yeni seçkilərədək, “xalq hansısa qüvvəyə yenidən mandat verənəcən” işləməlidir.

“Prezidenti xalq seçməlidir”

Bu müddətdə referendum keçirilməli, Konstitusiya dəyişdirilməlidir. Sarkisyan deyir ki, parlament, hökumət və prezident institutu arasında balans olmalıdır. “Hesab edirəm ki, parlament ölkəsi kimi qalacağıqsa, prezidenti xalq seçməlidir”, – prezidentin mətbuat xidməti yazır.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin adından atəşkəs bəyanatı yayılandan sonra Ermənistanda etirazlar başlanıb. Müxalifət partiyaları Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Ancaq Paşinyan ölkədə sabitliyin bərqərar olmasını əsas vəzifə saydığını deyir. O, növbəti altı ay üçün yol xəritəsi açıqlayıb, xəritənin icrası haqda xalqa hesabat veriləcəyini bildirib.

Paşinyan hökumətinin bir neçə nazir, o cümlədən, xarici işlər, müdafiə, fövqəladə hallar, təhsil nazirləri istefa veriblər.

9 noyabr sazişini Azərbaycan hakimiyyəti Ermənistanın “kapitulyasiyası” adlandırır. Bu sazişlə sentyabrın 27-dən başlanmış hərbi əməliyyatlar dayandırıldı, tərəflər tutduqları mövqelərdə qaldılar v ölkə ərazisinə Rusiya sülhməramlılarının yerləşdirilməsini ölkənin müstəqilliyinə təhdid hesab edir.

XS
SM
MD
LG