Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:42

Doqquz meymuna vaksin vurulub


Arxiv fotosu
Arxiv fotosu

Yanvarda San Diezo Zooparkı Safari Parkında səkkiz qorilla koronavirusa yoluxmuşdu. Bu, virusun böyük meymunlara ilk yoluxması idi

Kaliforniyada bir zooparkda doqquz meymuna COVID-19-a qarşı vaksin vurulub.

San Dieqo zooparkının rəsmilərinin martın 5-də bildirməsinə görə, dörd oranqutan və beş bonoboya son həftələr vaksin vurulub.

Heyvanlar ilkin olaraq itlər və pişiklər üçün hazırlanmış eksperimental vaksinin iki dozasını da qəbul ediblər və özlərini yaxşı hiss edirlər.

Yanvarda San Diezo Zooparkı Safari Parkında səkkiz qorilla koronavirusa yoluxmuşdu. Bu, virusun böyük meymunlara ilk yoluxması idi.

Vaksin Zoetis farmaseptik şirkəti tərəfindən inkişaf etdirilib, amma meymunlar üzərində sınaqdan keçirilməmişdi.

Rusiyada vaksinasiya və inam

İnsanlara gəlincə, Rusiyada artıq 2 milyon nəfərə yerli vaksinin hər iki dozasının, 2 milyona isə ilk dozanın vurulduğu bildirilir. Açıqlamanı Prezident Vladimir Putin verib.

Rusiyanın 146 milyon əhalisi var və üç aydır vaksinasiya başlanıb.

Putin Rusiyanın 85 regionundan 9-na hələ heç bir doza verilmədiyini də bildirib.

14 ölkədə keçirilən sorğu COVID-19 vaksinlərinə inamın artdığını göstərir. Vaksinlərin yan təsirləri haqda narahatlıq isə azalmaqdadır.

Sorğunu London İmperial Kollecinin Qlobal Səhiyyə İnnovasiyası İnstitutu və YouGov sorğu şirkəti keçirib. 14 ölkədən 9-da, o cümlədən Fransa, Yaponiya və Sinqapurda COVID-19 vaksinlərinə əvvəl aşağı olan inamın yüksəldiyi üzə çıxıb.

Vaksin vurdurmağa ən çox həvəsli isə britaniyalılardır. Respondentlərin 77 faizi deyib ki, bu həftə mümkün olsaydı, vaksin vurdurardılar. Noyabrda bu göstərici 55 faiz idi.

XS
SM
MD
LG