Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:30

Koronavirusun yeni növləri nə dərəcədə təhlükəlidir?


Koronavirusun Braziliya variantı
Koronavirusun Braziliya variantı

Britaniyada ictimai səhiyyə rəsmiləri koronavirusa yoluxmanın yeni 6 tipini araşdırırlar.

BBC yazır ki, məqsəd bu virusların hansı miqyasda yayıldığılnı öyrənməkdir.

Alimlər bu araşdırmanı 6 yoluxmaya daraltmaq üçün cənub-şərqi İngiltərədə 379 ailədə yoxlama keçiriblər.

Virusun bəzi yeni variantları daha yoluxucudur və bu səbəbdən də vaksinlərin onların qarşısında aciz qala biləcəyindən narahatlıqlar var.

Yeni variantlar

Hazırda COVID-19 virusunun dövriyyədə olan minlərlə versiyaları və ya variantları var.

Həm də P.1 virusu kimi tanınan Braziliya variantından başqa bəzi başqa mutasiyalar da narahatlıq doğurur:

B.1.1.7 kimi tanınan Britaniya və ya Kent variantı hazırda Britaniyada ən geniş yayılmış mutasiyadır. O 50-dən çox başqa ölkəyə keçib

B.1.351 kod adı olan Cənubi Afrika variantı Britaniya da daxil azı 20 ölkəyə yayılıb.

Yeni virus variantlarının yaranmasında təəccüb doğuracaq heç nə yoxdur. Bütün viruslar öz surətlərini çıxararaq yayılır və inkişaf edirlər.

Yaranan fərqlərin əksəriyyəti davamlı olmur. Bəzi mutasiyalar hətta virusun öz ziyanına işləyə bilər. Amma bir sıra başqa variantlar daha yoluxucu və təhlükəli ola bilər.

Yeni varıantlar dahamı təhlükəlidir?

Bu yeni variantların adamların əksəriyyətində daha qorxulu xəstəlik törətməsinə dair dəlillər yoxdur.

Koronavirusun ilkin variantı kimi yeni variantlar da əsasən yaşlılar və xroniki xəstəlikləri olanlar üçün daha təhlükəlidir.

Bəzi tədqiqatlar Britaniya variantının 30 faiz daha ölümcül ola biləcəyini göstərib. Lakin bu tədqiqatın dəlilləri elə də güclü deyil.

Alimlər xatırladırlar ki, maska taxmaq, əllərinizi tez-tez yumaq və adamlarla fiziki məsafə saxlamaq virusun yeni versiyalarından da qoruyur.

Ən əsası budur ki, sözü gedən vasitələr və tədbirlərdən daha ciddi istifadə olunmalıdır, çünki yeni virus variantları, deyəsən, daha asan yoluxurlar.

Virus necə dəyişir?

Britaniya, Cənubi Afrika və Braziliya variantları daha yoluxucu ola bilər.

Bu üç virus növünün hamısında tac tikanlarının proteinlərində dəyişikliklər baş verib.

Virus insan hüceyrəsinə məhz həmin tac çıxıntıları ilə yapışır.

Yeni variantların daha sürətlə yayılması da bu dəyişikliklərlə bağlıdır.

Mənfur E484K

Ekspertlər düşünürlər ki, ötən sentyabrda aşkarlanmış Kent variantı 70 faiz daha yoluxucu ola bilər. Amma son araşdırmalar bu rəqəmin 30-50 faiz arasında olduğunu göstərib.

Cənubi Afrika variantı oktyabrda aşkar olunub və onun tac proteinində daha böyük dəyişiklik baş verib.

Bu virus variantının E484K adlanan mutasiyası virusa immun sisteminin əsası olan anticismlərdən yayınmaq imkanı verə bilər.

Bundan əvvəlki yoluxmadan və ya vaksindən yaranan anticismlər viruslara qarşı əsas döyüşçülərdir.

İyulda aşkar olunmuş Braziliya variantının da E484K mutasiyası var.

Vaksinlər işləyəcəkmi?

Hazırkı vaksinlər virusun bundan əvvəlki variantları əsasında hazırlanıb.

Amma alimlər inanırlar ki, vaksinlər yeni variantları da dəf edəcək, hərçənd bir o qədər də effektiv şəkildə yox.

Son tədqiqatlar göstərir ki, Braziliya variantı anticismlərə ciddi müqavimət göstərə bilir.

Erkən laboratoriya təcrübələrinin nəticələrinə görə Pfizer vaksini yeni mutasiyalara qarşı daha yaxşı işləyir.

Tezliklə təsdiqlənəcək daha iki vaksin – Novavax və Janssen də müəyyən ümidlər verir.

Sınaq məlumatları göstərir ki, İngiltərənin AstraZeneca vaksini Britaniya variantına qarşı yaxşı işləyir. Bu vaksin Cənubi Afrika variantına qarşı daha az təsirlidir. Buna baxmayaraq vaksin hətta bu varianta yoluxanları da xəstəliyin ağır formalarından müəyyən qədər qoruyur.

Ekspertlər deyirlər ki, Moderna vaksini Cənubi Afrika variantına qarşı daha effektlidir, hərçənd onun yaratdığı immunitet uzunmüddətli olmaya bilər.

Təbiidir ki, yeni virus variasiyaları gələcəkdə də yaranacaq.

Hətta ən pis halda da alimlər vaksinləri yeniləyə, onları gücləndirə bilərlər. Həm də bunun üçün onlara artıq aylar və illər yox, həftələr və günlər lazım gələcək.

Hazırda adi qripə qarşı vaksinlər hər dəfə təzələnir.

XS
SM
MD
LG