Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:29

Alimlər Cənubi Amerikada yoluxmaların qəfil azalmasını izah edə bilmirlər


Argentina prezidenti Alberto Fernandezə Sputnik V vaksini vurulur
Argentina prezidenti Alberto Fernandezə Sputnik V vaksini vurulur

Ekspertlər bu yaxınlaradək qlobal pandemiyanın episentri sayılan regionda COVID-19 yoluxmalarının qəflətən kəskin azalmasından baş çıxara bilmirlər

Ekspertlər bu yaxınlaradək qlobal pandemiyanın episentri sayılan regionda COVID-19 yoluxmalarının qəflətən kəskin azalmasından baş çıxara bilmirlər.

The Week jurnalı yazır ki, elə ötən ay Lancet məcmuəsi Cənubi Amerikanın dünya əhalisinin 5 faizini təşkil etməsinə baxmayaraq bütün COVID-19 ölümlərinin 25 faizinin bu regionun payına düşməsini qeyd edirdi.

Amma indi The New York Times qəzetinin təbiri ilə deyilərsə, regiondakı 12 ölkənin başçıları “rahat nəfəs” alıblar. Yoluxmalar kəskin və sürətlə azalmaqdadır.

Halbuki bundan bir neçə həftə əvvəl COVID bütün Cənubi Amerika ölkələri boyunca “vahiməli sürətlə” artırdı.

Xəstəxanalar sistemi gərginlik altında idi və hər gün minlərlə insan dünyasını dəyişirdi.

Lancet yazırdı ki, COVID ölümlərinin belə sürətlə artmasına səbəb səhiyyə sistemlərində vəsait çatışmazlığı, kütləvi yoxsulluq, vaksinasiyanın ləng gedişi və virusun yeni variantlarının yayılması olub.

Ötən may ayının ortalarında koronavirusdan ölüm halları milyonu aşmışdı.

Covid xəstəsi küçəyə çıxsa hansı cəza alar?
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Hələ ölümlərin hamısı qeydə alınmayıb

Statistik məlumatlara görə dünyanın on ölkəsi arasında ən çox COVID ölümləri qeydə alınan üç ölkə Cənubi Amerika qitəsində yerləşir.

Braziliya koronavirus ölümlərinə görə bütün dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Burada indiyədək COVID-19-dan 584 min ölüm qeydə alınıb. Peru bu siyahıda 198 min ölümlə beşinci yerdədir. Onuncu yerdə olan Kolumbiyada indiyədək 125 min ölüm qeydə alınıb.

Üstəlik ekspertlər əmindirlər ki, bu regionda koronavirus ölümlərinin hamısı qeydə alınmayıb və rəsmi rəqəmlər yanlışdır.

The Guardian yazırdı ki, COVID-19 epidemiyası Paraqvaya, Surinama, Argentinaya, Uruqvaya, Kolumbiya, Braziliya və Peruya dünyanın başqa heç bir yerində görünməyən zərbə vurub.

Hindistanda yeni ölümcül virus peyda olub
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Belə bir vəziyyətdə...

Belə bir vəziyyətdə yoluxmaların qəfil və kəskin azalması ekspertləri heyrətə salıb.

Onlar bildirirlər ki, hazırda regionun heç bir yerində kütləvi yoluxmalar qeydə alınmır və geniş karantin tədbirləri həyata keçirilmir.

Ekspertlərdən bəziləri düşünürlər ki, hər halda region boyunca aparılan vaksinləmə kampaniyaları nəhayət təsirini göstərir.

Çili və Uruqvayda əhalinin 70 faizi iki doza ilə tam peyvənd olunub.

Braziliyada əhalinin 64 faizinə azı bir doza vaksin vurulub. Argentinada bu rəqəm 61 faizdir.

Kollektiv immunitet nəhayət işə düşüb?

Ekspertlər ehtimal edirlər ki, çox sayda insanda virusa yoluxmadan sonra təbii immunitet işə düşüb.

Pam-Amerika Səhiyyə Təşkilatının müşaviri Jairo Mendez Riko deyib ki, yoluxmaların azalmasını izah etmək çətin olsa da, ola bilsin, adamlarda kollektiv immunitetin yaranması Delta variantının yayılmasını məhdudlaşdırıb.

Lakin ekspert xəbərdarlıq edib ki, kollektiv immunitet yeni virus variantlarının yayılması zamanı kömək etməyə bilər.

Alimləri narahat edən belə variantlar isə artıq mövcuddur.

Qamma ilə səhv salınan Lambda

İlk dəfə Peruda qeydə alınmış və hazırda bütün Cənubi Amerika boyunca yayılmış Lambda variantı son dərəcə yoluxucudur və vaksinlər virusun köhnə ştamları ilə müqayisədə yeni variantlar qarşısında elə də effektli deyil.

Laboratoriya təcrübələri göstərib ki, Lambdanın tac çıxıntısındakı zülal mutasiyası virusa vaksinlə aktivləşdirilmiş anticismlərə müqavimət göstərmək imkanı verir.

National Geographic yazır ki, bu virus Qamma variantına bənzədiyinə görə son 9 ay ərzində müşahidən kənarda qala bilib.

Jurnal bildirir ki, böyük bir ehtimalla Lambda mart-aprel aylarında baş vermiş ikinci dalğa zamanı yüksək yoluxmalara səbəb olub.

Koronavirusun yeni MU ştammı nədir?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

“Layiq olduğumuz həyat”

Məqalədə deyilir ki, ictimai səhlənkarlıq da böyük təhlükə yaradır. Regionun əksər hissələrində məktəblər açılıb, üzbəüz dərslər başlanıb. Hava limanlarında isə keçmişdəki kimi izdihamlar bərpa olunub.

Argentina prezidenti Alberto Fernandez iyulun axırlarında demişdi ki, COVID-dən əvvəlki həyat sürətlə yaxınlaşmaqdadır:

“Biz başqa bir həyata layiqik. Musiqidən, rəsmlərdən, heykəllərdən, kino və teatrlardan zövq ala, üzümüzdə maska olmadan gülə və sevdikllərimizi qucaqlaya biləcəyimiz həyata layiqik”.

Lakin Rio de Janeyro Federal Universitetinin professoru Kristina Barros müsahibələrindən birində deyib:

“Bütün bunlar vaksinlərin effektlivliyini riskə atan ciddi təhlükələrdir. Pandemiyanın soyuması adamları böhrana münasibətdə arxayın salmamalıdır”.

XS
SM
MD
LG