Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:39

Kəskin inflyasiya bir çox iranlını meyvə-tərəvəzdən məhrum edib


Qiymətlərin bahalığı bəzi ailələri xarab olub atılmalı meyvələri almağa məcbur edir
Qiymətlərin bahalığı bəzi ailələri xarab olub atılmalı meyvələri almağa məcbur edir

İran Meyvə-Tərəvəz Satıcıları Assosiasiyasının başçısı Əsədulla Kargər Resalət qəzetinə deyib ki, artan qiymətlərə görə iranlıların meyvə istehlakı 50 faiz azalıb

İranda sıçrayışla yüksələn inflyasiya getdikcə daha çox iranlını meyvə-tərəvəz istehlakında qənaətə məcbur edir.

İran sənayesi hələ də beynəlxalq sanksiyalar altındadır.

İran Meyvə-Tərəvəz Satıcıları Assosiasiyasının başçısı Əsədulla Kargər Resalət qəzetinə deyib ki, artan qiymətlərə görə iranlıların meyvə istehlakı 50 faiz azalıb:

“Qiymətlərin bahalığı bəzi ailələri xarab olub atılmalı meyvələri almağa məcbur edir”.

İran Statistika Mərkəzi bildirir ki, iyul ayında ərzaq qiymətlərində inflyasiya 90.2 faizə çatıb.

Ötən ay İran Malqara Ətinin Pərakəndə Satışı İttifaqının rəhbəri demişdi ki, ət satışı 20 faiz düşüb.

Ərzaq Sənayesi Federasiyasının başçısı isə bildirmişdi ki, ölkədə ərzağın ümumi istehlakı yarıbayarı azalıb.

Süd Məhsulları Sənayesi Assosiasiyası bildirir ki, bu məhsulların qiymətlərinin 80 faizədək bahalaşması ilə bağlı istehlak son aylarda 20 faiz düşüb.

Rəisinin 13 dollar vədi

Prezident İbrahim Rəisinin hökuməti qiymətləri cilovlamağa çalışsa da, ölkədə gərginlik artmaqdadır.

Ötən may ayında hökumət “iqtisadi cərrahityyə” deyilən siyasətə başlamışdı.

Bu siyasət subsidiyaların islahatını və ərzaq kimi mühüm məhsulların alınması üçün xarici valyuta məzənnəsində devalvasiyanın dayandırılmasını nəzərdə tuturdu.

Rəisi hökuməti habelə hər iki ay üçün hər bir bir iranlıya 4 milyon rial və ya 13 dollar müavibnət veriləcəyini vəd edib.

Lakin qiymət artımı hər hansı subsidiya cəhdlərini üstələməkdə davam edir.

İran iqtisadiyaytı illərdir ki, ABŞ-ın sanksiyaları altında əzilir.

İfrat inflyasiya xəstəxana, həbsxana və uşaq bağçaları kimi təsisatların da işini ciddi şəkildə əngəlləməyə başlayıb.

İqtisadi çətinliklər, milli valyutanın dəyərdən düşməsi və bahalıq son aylarda ölkə boyunca etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

XS
SM
MD
LG