Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:49
Ermənistan-Azərbaycan sərhədi
Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Şuşa ətrafında mövqelərinin vurulduğunu deyir

Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gərginlik və atışmalar müşahidə olunur. Bütün atəşkəs pozuntusunda tərəflər bir-birini ittiham edir. Ermənistan iddia edir ki, Azərbaycanı sərhədlərini pozub müəyyən ərazilərini tutub. Azərbaycan isə öz növbəsində bildirir ki, sadəcə, 30 il ərzində işğal altında olan ərazilərinə qayıtmaqla Ermənistan sərhədinə çıxıb.

Azərbaycan iki hərbçisinin yaralandığını, Ermənistan isə 3 hərbçisinin öldüyü bildirir

İyulun 28-də Azərbaycan və Ermənistan qarşılıqlı atəşkəsin pozulması ilə bağlı məlumatlar yayıblar. Azərbaycan iki hərçisinin yaralandığını, Ermənistan isə 3 hərbçisinin öldüyünü, iki hərbçisinin yaralandığını bildirir.

Ermənistan itkiləri açıqlayıb

Ermənistan Müdafiə Nazirliyi iyulun 28-də iki ölkənin sərhəddəki silahlı toqquşma ilə bağlı yekun məlumat yayıb. Məlumatda ölən üç hərbçinin adları qeyd olunub.

Bunlar baş leytenant Hayk Hovhannes Qorqyan, sıravi Koryun Arayik Harutyunyan və sıravi Davit Qarnik Köçəryandır.

Məlumatda qeyd olunur ki, Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində, Sotk-dan Verin Şorjaya qədər olan döyüş əməliyyatlarında üç itkidən başqa Ermənistanın üç hərbçisi yaralanıb, biri isə itkin düşüb.

Rusiyanın təşəbbüsü ilə atəşkəs

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın təşəbbüsü ilə atəşkəs elan olunduğunu bildirir:

"Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir".

Nazirliyin yaydığı sonuncu məlumatda qeyd olunur ki, "buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir".

Bu məlumata , hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

***

Azərbaycan MN: «Kəlbəcər istiqamətində gərginlik davam edir»

Azərbaycan Müdafiə Nazirliyi (MN) Kəlbəcərdə vəziyyətlə bağlı bu gün, iyulun 28-i səhər saat təqribən 10 radələrində növbəti açıqlama yayıb.
Həmin açıqlamada isə vurğulanır ki, iyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir:

«Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmışdır.Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır »

Nazirliyin bildirməsinə görə, Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq öz ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Açıqlamada qeyd edildiyinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar, vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa dəvət edirlər :

«Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. »
Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

***

Azərbaycan Kəlbəcər rayonunda mövqelərinin növbəti dəfə intensiv atəşə tutulduğunu bildirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yazıb.

Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.
Açıqlamaya görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis ( Basarkeçər ) rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşə döyüş mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Nazirlik bildirir ki, qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçuları yaralanıb: «Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur »

Ermənistan Müdafiə Nazirliyi: Ermənistan tərəfdən 3 nəfər ölüb, iki nəfər yaralanıb

Ermənistan müdafiə nazirliyinin yaydığı son məlumatda qeyd olunur ki, səhər saat 9: 20-dək erməni mövqelərinə hücum edən Azərbaycan bölmələri itki verərək əvvəlki mövqelərinə geri çəkilib.

Ermənistanın Müdafiə Nazirliyi 8:0-a olan məlumatda bildirir ki, 3 hərbçisi ölüb, iki nəfəri yaralanıb. Məlumatda döyüşlərin davam etdiyi vurğulanır.

Ermənistanın Müdafiə Nazirliyi isə atəşkəsin 28 iyul saat 03:4-da pozulduğunu bildirir.

Nazirlik iddia edir ki, iyulun 28-i saat 03:40 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində yerləşən erməni mövqelərinə hücuma başlayıb. Məlumata görə, səhər saat 7-dən etibarən yerli döyüşlər davam edib.

Ermənistanın Müdafiə Nazirliyi hər iki tərəfdən itkilər olduğunu bildirir və daha sonra bu məlumatların dəqiqləşdirldiyini əlavə edir. Nazirlik daha sonra saat 7:30 olan məlumatı təqdim edir və məlumatda bildirilir ki, Ermənistanın iki hərbçisi yaralanıb.

Həm də nazirlik vəziyyətin gərginləçməsində Azərbaycanı günahlanbdırır.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur.Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.

Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Hətta, ölən və yaralananların olduğu da bildirilib.

Azərbaycan Kəlbəcər rayonun atəşə tutulduğunu bildirir

Azərbaycan Ermənistan sərhəddi, Ermənistan əsgərləri, 17 may 2021
Azərbaycan Ermənistan sərhəddi, Ermənistan əsgərləri, 17 may 2021

Bu barədə bugün, iyulun 27 -də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yazilib ki, iyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri ərazilərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yuxarı Ayrım kəndlərindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Qarşı tərəfə cavab atəşinin açıldığı, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilir.

Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur.

Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.

Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Hətta, ölən və yaralananların olduğu da bildirilir.

Azərbaycan Kəlbəcər rayonu ərazisində mövqelərinin intensiv atəşə tutulduğunu bildirir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi iyulun 26-sı səhər saat təqribən 05 radələrində məlumat yayıb.

Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.
Açıqlamaya görə, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri ərazisindəki döyüş mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.

Bildirildiyinə görə, Azərbaycan ordusunun həmin istiqamətdə yerləşən bölmələri adekvat cavab tədbirləri görürlər.

Ermənistan Azərbaycan tərəfdən atəş açıldığını bildirir

Ermənistan Müdafiə Nazirliyi isə xəbər verir ki, iyulun 26-sı saat 03.30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin Geqarkunik hissəsindəki erməni mövqelərinə müxtəlif çaplı odlu silahlardan atəş açıblar.

Ermənistan Müdafiə Nazirliyi həmçinin bildirir ki, 26 iyul saat 11: 30-dan etibarən Azərbaycan silahlı qüvvələri Ararat bölgəsi, xüsusilə Yerasx istiqamətində atəşkəsi pozaraq müxtəlif çaplı odlu silahlardan erməni mövqelərinə atəş açıb. Məlumatda qeyd olunur ki, Ermənistan tərəfi əks tədbirlər görür.

***

Azərbaycan Kəlbəcərdə mövqelərinin atəşə tutulduğunu deyir

Azərbaycan Kəlbəcər rayonu istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirir.

Bu barədə bu gün, iyulun 25-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, iyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri öz ərazilərindən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutublar.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur,
qarşı tərəfə cavab atəşi açılıb.

Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir. Atəşkəsin pozulmasına görə, onlar bir- birlərini günahlandırırlar. Hətta, ölən və yaralananların olduğu da bildirilir.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.’’

Arxiv foto
Arxiv foto

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən iyulun 23-də axşam saatlarında bildiriblər.

Qurumdan AZƏRTAC-a qeyd ediblər ki, Azərbaycan ordusunun bölmələri cavab atəşi açıblar.

Ermənistan MN-nin məlumatı

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyulun 23-də, yerli vaxtla saat 17:00-da Azərbaycan qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Geğarkunik sahəsində erməni mövqelərinə atəş açıblar.

Üç erməni hərbçinin odlu silahdan yüngül yara aldığı xəbər verilir.

Ermənistan Müdafiə Nazirliyi habelə Kəlbəcər istiqamətində bir Azərbaycan hərbçisinin erməni tərəfinin atəş açması nəticəsində həlak olması barədə xəbəri təkzib edib.

Nazirlik iddia edir ki, atışma azərbaycanlı hərbçilərin öz arasında ola bilərdi və Ermənistan qüvvələri onların mövqeləri atəşə tutulmayanadək cavab atəşi açmayıblar.

Ermənistan MN bildirib ki, insident Vardenis rayonunun Kut (Zərkənd – red) və Sotk (Zod – red) kəndləri yaxınlığında qeydə alınıb.

Bir-iki atəşi atışma saymırlar...

Azatutuyun Geğamasar (Şişqaya – red) kəndinin icra nümayəndəsi Akop Avetyanın sözlərinə istinadən yazır ki, atışma “şiddətli” olub.

Avetyan əlavə edib ki, yaralanan hərbçilərdən ikisi müqaviləli, biri isə müddətli hərbi qulluqçudur.

Kənd icmasının başçısı sərhəddə hələ də gərginlik olduğunu, Azərbaycan ordusunun Zərkənd və Zod istiqamətindəki erməni mövqelərini atəşə tutmaqda davam etdiyini bildirib.

Avetyan deyib ki, “buralarda bir-iki atəşi atışma saymırlar”.

O əlavə edib ki, şiddətli atışma bir neçə gün əvvəl olub, bir də bugün, iyulun 23-də axşam başlanıb.

***

Bundan əvvəl Azərbaycan Kəlbəcər rayonundakı mövqeylərinin atəşə tutulduğunu bildirilirdi.

Bununla bağlı Müdafiə Nazirliyi bu gün, iyulun 23-də məlumat yayıb.
Məlumatda qeyd edilib ki, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri ərazilərindəki mövqelərindən Azərbaycan ordusunun dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub

Açıqlamaya görə, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Azərbaycan ordusunun gizir rütbəli bir hərbi qulluqçu həlak olub :

"Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir. Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. "

Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.
Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir. Hətta, ölən və yaralananların olduğu da bildirilir.

Azərbaycan Naxçıvan istiqamətində yenə mövqelərinin vurulduğunu bildirilir

Müdafiə Nazirliyi-nin məlumatına görə, iyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub:

"Nəticədə Azərbaycan ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. "

Açıqlamaya görə, cavab atəşi açılıb, hazırda bu istiqamətdə vəziyyət sabitdir.

Bu açılamaya, hələlik, Ermənistan tərəfindən münasibət bəlli deyil.

Bundan əvvəl, iyulun 19- da həm Azərbaycan həm də Ermənistan gündüz və axşam saatlarında Naxçıvan istiqamətində mövqeylərinin atəşə tutulduğunu açıqlamışdılar.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir. Hətta, bundan öncə də ölən və yaralanının olduğu bildirilib.

Azərbaycan Müdafiə Nazirliyinin binası
Azərbaycan Müdafiə Nazirliyinin binası

AZƏRTAC-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, iyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən qeyd edildiyinə görə, qarşı tərəfə cavab atəşi açılıb, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bu açıqlamaya, hələlik, Ermənistan tərəfindən münasibət bəlli deyil.

Azərbaycan yenə Ermənistanı sərhəddə atəşkəsi pozmaqda günahlandırır

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi iyulun 17-də məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində müxtəlif yerlərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, habelə Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Açıqlamaya görə, iyulun 17-si saat 08:30-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Yerevanda da açıq havada müharibə muzeyi yaradılıb
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Qarşı tərəfə cavab verildiyi, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilir.

Amma bu məlumatla baglı, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Dünən, iyulun 16-da da Azərbaycan Ermənistan Silahlı Qüvvələri bölmələrinin onların Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutduğunu bildirmişdi. Lakin ondan bir qədər əvvəl isə Ermənistan Müdafiə Nazirliyinin məlumatında vurğulanırdı ki, iyulun 16-sı həmin istiqamətdə Azərbaycan Ordusu onların mövqelərini atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyi iyulun 15-də də Şuşa , Kəlbəcər, iyulun 13-də isə yenə Naxçıvan istiqamətində mövqeylərinin vurulduğunu açıqlamışdı. Ermənistan tərəfi isə öz növbəsində Azərbaycanı günahlandırırdı. Onların məlumatına görə,iyulun 13-də Naxçıvan istiqamətində Azərbaycan hərbçiləri mühəndis texnikalarından istifadə edərək, istehkam işləri görmək üçün mövqelərini qabağa çəkməyə cəhd edib.Vurğulandığına görə, amma cavab tədbirindən sonra, Azərbaycan əsgərləri Ermənistan ordusunun mövqeyini atəşə tutublar.

Son həftələr istər Azərbaycan Ermənistan sərhəddində, istərsə də Qarabağ bölgəsində atəşkəsin pozulması ilə bağlı tez-tez məlumatlar yayılır. Buna görə, tərəflər qarşılıqlı olaraq bir-birlərini günahlandırırlar. Üstəlik bu olaylar zamanı tərəflərdən ölən və yaralan hərbi qulluqçunun da olduğu bildirilmişdi.

Şuşa və Kəlbəcər ətrafındakı mövqelərin yenə vurulduğu deyilir

Azərbaycan Müdafiə Nazirliyi iyulun 15-də atəşkəsin pozulması ilə bağlı növbəti məlumat yayıb.

Həmin məlumatda da yazılıb ki, iyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Kut kəndi (Basarkeçər rayonunun Zərkənd kəndi ) ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Açıqlamaya görə, cavab atəşi açılıb, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Naxçıvanda da atəşkəsin pozulduğu bildirilir

Azərbaycanda hərbi təlim, arxiv foto
Azərbaycanda hərbi təlim, arxiv foto

Məlumatı Ermənistan tərəfi də təsdiqləyib. Ermənistanın Müdafiə Nazirliyi 1 əsgərinin həlak olduğunu bildirir.

Bu barədə də Azərbaycan Müdafiə Nazirliyinin iyulun 14-də atəşkəsin pozulması ilə bağlı yaydığı növbəti açıqlamasında bəhs edilir.

Orada qeyd edilir ki, iyulun 14-ü, saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub .

Nəticədə Azərbaycan ordusunun bir hərbi qulluqçusunun yaralandığı bildirilir :

"Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. "
Açıqlamaya görə, cavab atəşi açılıb, hazırda həmin istiqamətdə vəziyyət sabitdir.ycan-

Ermənistan dövlət sərhədində silahlı insitent olması barədə məlumatı Ermənistan tərəfi də təsdiqləyib.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, sərhədin Yerasx istiqamıtində baş vermiş bu atışmada 1 Ermənistan əsgəri həlak olub.

Ermənistan tərəfinin məlumatına görə Azərbaycan hərbçiləri mühəndis texnikalarından istifadə edərək , istehkam işləri görmək üçün mövqelərini qabağa çəkməyə cəhd edib.Amma Ermənistan tərəfinin cavab tədbirindən sonra , Azərbaycan əsgərləri Ermnistan ordusunun mövqeini atəşə tutublar.

Ermənistanın müdafiə nazirliyi buna ciddi cavab veriləcəyini xəbərdarlıq edib.

Qeyd edək ki, Ermənistanın Ararat vilayətindəki Yerasx kəndi, Sünik də daxil olmaqla, əvvəllər Naxçıvanla Azərbaycan arasında əsas magistral və dəmir yolunun üstündə yerləşən Naxçıvanın eksklav Kərki kəndi ilə sərhəddə yerləşir.

Azərbaycan XİN: " ...Qəbuledilməzdir"

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi də sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı açıqlama yayıb.

Bu nazirliyin də açıqlamasında qeyd edilir ki, iyulun 14-də Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçuları yaralanıb

Açıqlamada yazılıb ki, son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qınayırlar: "Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir.Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir. "

Naxçıvan istiqamətində yenə atəşkəs pozulub

Naxçıvan istiqamətində atəşkəsin pozulduğu deyilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri onların Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Açıqlamaya görə, qarşı tərəfə cavab verilib : “Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. "

Amma bundan bir qədər əvvəl Ermənistan Müdafiə Nazirliyinin məlumatında isə vurğulanırdı ki, iyulun 16-sı həmin istiqamətdə Azərbaycan Ordusu onların mövqelərini atəşə tutub.

***

Azərbaycan ordusunun mövqelərinin atəşə tutulduğu bildirilir.

Şuşa şəhəri, Şuşa qalası, işğaldan azad ediləndən sonra, 4 dekabr 2020
Şuşa şəhəri, Şuşa qalası, işğaldan azad ediləndən sonra, 4 dekabr 2020

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi iyulun 14-də məlumat yayıb.

Məlumatda yazılıb:

"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub".
Açıqlamaya görə, Azərbaycan bölmələrinin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hələlik, Ermənistan Müdafiə Nazirliyi bu barədə bir məlumat verməyib.

Son günlər istər Azərbaycan Ermənistan sərhəddində, istərsədə Qarabağ bölgəsində atəşkəsin pozulması ilə bağlı tez-tez məlumatlar yayılır.Buna görə, tərəflər qarşılıqlı olaraq bir-birlərini günahlandırırlar.

Azərbaycanın Gədəbəy istiqamətində mövqelərinin atəşə tutduğu bildirilir

Azərbayvan-Ermənistan sərhəddi
Azərbayvan-Ermənistan sərhəddi

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, iyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.Aşıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Son günlər istər Azərbaycan Ermənistan sərhəddindən, istərsə də Qarabağ bölgəsindən atəşkəsin pozulması ilə bağlı xəbərlər yayılır.Tərəflər buna görə, qarşılıqlı sürətdə bir-birlərini günahlandırırlar.

Azərbaycan Tovuzda mövqelərinin vurulduğunu deyir

Arxiv foto
Arxiv foto
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində mövqelərini atəşə tutduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, iyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub: "Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

Azərbaycan Müdafiə Nazirliyindən cavab açıqlaması

Azərbaycan Müdafiə Nazirliyi (MN) bu gün, iyulun 31-i Ermənistan Müdafi Nazirliyinin açıqlamasına cavab verib.

MN qeyd edir ki, Ermənistan tərəfinin Azərbaycan ordusunun bölmələrinin atəşkəsi pozması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur :

"Bildiririk ki, Azərbaycan ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb. "

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Hətta, ölən və yaralananların olduğu da bildirilib.

Azərbaycanın Müdafiə Nazirliyi bundan bir neçə gün öncə, iyulun 28-də isə Rusiyanın təşəbbüsü ilə yenidən atəşkəs elan olunduğunu bildirmişdi.Amma sonra tərəflər yenə bir-birlərini atəşkəsi pozmaqda günahlandırdı.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ermənistan Müdafiə Nazirliyi atəşkəsin pozulduğu bildirir

Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, iyulun 31-də səhər 6.30-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətindən erməni mövqelərini atəşə tutub və istehkam həyata keçirməyə çalışıb.

Məlumatda qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin cavab tədbirlərindən sonra atəşin qarşısı alınıb və istehkam işləri dayandırılıb.

***

Kəlbəcər istiqamətində yenə atəşkəsin pozulduğu bildirilir

Azərbaycan atəşkəsə riayət etdiyini deyir

Azərbaycan Müdafiə Nazirliyi (MN ) bu gün, iyulun 29-da cəbhədəki vəziyyətlə bağlı növbəti açıqlama yayıb.

Həmin açıqlamada isə qeyd edilir ki, Ermənistan tərəfinin atəşkəsi Azərbaycanın pozması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir :

" Bildiririk ki, Azərbaycan Ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir."

***

Azərbaycan Kəlbəcər istiqamətində yenə mövqeylərinin vurulduğunu deyir.

Bu barədə iyulun 29-u Azərbaycan Müdafiə Nazirliyi (MN ) məlumat yayıb.

Məlumata görə, Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Nazirlik vurğulayır ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Aşıqlamaya görə, Azərbaycan mövqelərinə tərəf 10-12 ədəd F-1 əl qumbarası da atılıb, qarşı tərəfə cavab atəşi açılıb.

Ermənistan bir həbçisinin yaralandığını bildirir

Ermənistan müdafiə nazirliyi iyulun 29-da qısa atəşkəs pozuntusu nəticəsində bir həbçinin yaralandığını bildirir və pozuntuya görə Azərbqaycanı ittiham edir.

Məlumatda bildirilir ki, iyulun 29-u səhər saat 3 radələrində Kəlbəcər və Qeqarkun istiqamətində Azərbaycan ordusu Ermənistan mövqelərinə atəş açıb. Açıqlamada səhər saat 7 radələrindən sonra vəziyyətin sakit olduğu vurğulanır.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur.Artıq, tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.

Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Azərbaycan son günlər iki hərbi qulluqçusunun yaralandığını bildirib.Gərginliyə görə, öz növbəsində Azərbaycanı günahlandıran Ermənistanın da açıqlamasına görə, son gündə 3 hərbçisi ölüb, bir neçəsi isə yaralanıb.

Hətta dünən, iyulun 28-də Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın təşəbbüsü ilə atəşkəs elan olunduğunu bildirmişdi.Amma sonra yenə atəşkəsin pozulması ilə bağlı qrşılıqlı iddialar səsləndi.

Azərbaycan Naxçıvanda mövqelərinin atəşə tutulduğunu deyir

Bu barədə bu gün, avqustun 1-i, saat 9 : 35-də Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda yazılıb ki, avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur, qarşı tərəfə cavab verilib :

"Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır"

Ermənistan hərbi maşının vurulduğunu bildirir

Emənistanın müdafiə nazirliyi də bildirir ki, Azərbaycan silahlı qüvvələri Yerasx bölgəsindəki mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Məlumatda həmçinin Ermənistan ordusunun əsgərlərə ərzaq daşıyan hərbi maşının vurulduğu iddia olunur.

Dünən, iyulun 31-də isə Ermənistan Müdafiə Nazirliyi bəyan etmişdi ki, iyulun 31-də səhər 6.30-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətindən onların mövqelərini atəşə tutub və istehkam həyata keçirməyə çalışıb. Amma Azərbaycan həmin məlumatı yalanlamışdı.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Hətta, ölən və yaralananların olduğu da bildirilib.

Azərbaycanın Müdafiə Nazirliyi bundan bir neçə gün öncə, iyulun 28-də isə Rusiyanın təşəbbüsü ilə yenidən atəşkəs elan olunduğunu bildirmişdi.Amma sonra tərəflər yenə bir-birlərini atəşkəsi pozmaqda günahlandırdı.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

MN: Naxçıvan istiqamətində mövqelər atəşə tutulub

Azərbaycan yenə Naxçıvan istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirib.

Bu barədə bu gün, avqustun 2-si, saat 10 radələrində Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb

Məlumatda yazılıb ki, avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur, cavab atəşi açılıb.

"Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda qeyd edilir.

Bu məlumata Ermənistan Müdafiə Nazirliyinin münasibəti, hələlik, bəlli deyil.

Davamı

XS
SM
MD
LG